2025

Udilər və Albaniya kilsəsi haqqında

2024-03-14

Artsaxa və tarixi-mədəni abidələrinə olan öz ambisiyalarını əsaslandırmağa çalışanda Azərbaycan onu Albaniyanın (söz Qafqaz Albaniyası haqqında gedir) tayfalarının və xalqlarının nəsillərinə aid etməyə çalışır, xüsusi ilə bugün də süni şəkildə yaradılmış Azərbaycan Respublikasının tərkibində olan öz tarixi vətənində yaşayan udilərə.

Udilər bu tarixi bölgənin şimal hissəsinin yerliləridir. Onlar bölgənin qədim xalqlarından biridir, sonuncular haqqında öz əsərlərində e.ə. 1-ci əsrin qədim tarixçiləri və coğrafiyaşünasları yazıblar. Ermənilərlə udilərin qədim tarixi, mədəni və mənəvi əlaqələri var. Onlar birlikdə yadelli işğalçılara qarşı vuruşublar. Erməni vaizləri sayəsində Müqəddəs Qriqori (Krikor Lusavoriç) daxil olmaqla 4-cü əsrin başlanğıcında alban-udilər Xristianlığı qəbul etdilər, Erməni Apostol Kilsəsinin yurisdiksiyasında idilər. Sonradan məhz Mesrop Maştots 52 hərfdən ibarət alban-udilərin əlifbasını yaratdı.

Ermənilər kimi alban-udilər də əsrlərcə təqiblərə məruz qalıb və bir çox sınaqlarla üzləşiblər. Bölgəyə İslamın və türk köçəri tayfalarının nüfuz etdiğindən sonra onlar sadəcə Xristian olduğu üçün deyil ki, təqiblərə məruz qalıblar, eləcə də zorla islamlaşdırdılar.

1918 ildən 1990-cı illərə qədər Azərbaycan milli azlıqların məhv edilməsi və assimilyasiyası siyasətini həyata keçirib. Sonradan udilərə təqib siyasətində dəyişiklik edilib və Azərbaycan hakimiyyəti alban (udi) amilini öz hərəkətlərinin tarixi əsaslandırma kimi qəbul edərək ərazi və siyasi iddialarını əsaslandırma yolu kimi istifadə etməyə qərar verdi. Udilərə qarşı həyata keçirilən təqiblər onları Artsaxın, Naxçıvanın (eləcə də Qərbi Ermənistanın, Gürcüstanın, Kilikyanın) kilsələrinin və monastırlarının sahiblərinin varisləri kimi təqdimatı ilə əvəz olunub. Azərbaycan rəhbərliyinin hesablamalarına görə həmin addımlar Dadivəngə (Xudavəng Monastırı), Sisərnəvənga (Ağoğlan monastırı), Gandzasara (Gəncəsar Monastırı), Amarasa (Amaras Monastırı) udi və alban irsi kimi təqdim etməyə yol açmalıydı. Amma tarixi və elmi faktlar alban kilsəsinin həmişə sıx şəkildə Erməni kilsəsi ilə bağlı olduğuna və ona tabe olduğuna şahidlik edir.

Həvarilərin dövründən bəri Tovma yepiskop Müqəddəs Qriqori (Krikor Lusavoriç) tərəfindən təsdiq olunub, 301-310 illər ərzində isə eləcə də onun nəvəsi Qriqoris. Alban kilsəsinin rəhbərləri Erməni kilisəsinin keşişi tərəfindən ya da onun razılığı ilə təyin edilirdilər.

Tezliklə alban kilsəsi tamamilə erməniləşdi, 15-ci əsrin başlanğıcında alban katolikosluğu Gandzasara (Gəncəsar) köçürüldüyündə, ondan sonra «alban katolikos» adı keçmişdən gələn fəxri ad olaraq qalır. Sözdə alban katolikosluğu təbiətcə sadəcə tamamilə erməni deyildi, eləcə də Gandzasar (Gəncəsar) erməni mədəni-ruhani, erməni Qurtuluş Mübarizəsinin əsas mərkəzlərindən birinə çevrilib. İsrail Ori erməni xalqının Qurtuluş Mübarizəsinin istiqamətini Rusiyaya doğru dəyişərək 1699 ildə Gandzasarda (Gəncəsar) katolikos ilə görüşür. Ondan sonra Yesai Həsən-Cəlalyan katolikos olur, onun adı qeyd-şərtsiz Osmanlı təcavüzünə qarşı Artsax Məliklərin mübarizəsi ilə bağlıdır.

Rus imperiyasının himayəsi ilə erməni dövlətçiliyinin bərpasının tərəfdarı Yozef Emin 1762 ildə Gandzasara (Gəncəsar) gəlir və oradakı Hovhannes katolikosu ilə qurtuluş planını müzakirə edir. 1783 ilində isə Gandzasar (Gəncəsar) monastırında toplanan ruhani və dünyəvi hakimittət nümayəndələri knyaz Grigori Aleksandroviç Potyomkinə məktub göndərirlər, Rusiya ordusunun bölgəyə girdiyində hərbi və maddi dəstək göstərməyə hazır olduqlarını bildirirdilər.

Elmdə Artsax kilsə mühəndisliyinin erməni ustaları tərəfindən tikilmiş erməni kilsə mühəndisliyinin bir hissəsi olduğu haqqında şahidlik edən danılmaz faktlar var. Bütün kilsələrin sırf erməni yazıları var, bir çox monastırlar isə erməni yazısının mərkəzləri idi, sonuncu da onların Erməni mədəniyyətinin bir hissəsi olduğu faktını təsdiq edir.

Artsaxın Erməni irsinə sahib olma növbəti mümkün təcrübəsi orta əsr bir sıra müəlliflərinin «albanlaşdırılmasıdır», güya onların əsərləri ən başından alban dilində yazılıb, sonradan erməni dilinə tərcümə edilibdir. Amma alban kimi təqdim olunan erməni müəlliflərinin əsərlərinin araşdırması göstərir ki, sonuncular ən başından erməni dilində yazılıb idi və onların tipoloji xüsusiyyəti erməni orta əsrlər ədəbiyyatının bir hissəsi idi. Onlar erməni dünyası haqqında üçüncü şəxsdən yazmırlar, öz bütün vətəni haqqında erməni mədəniyyətinin daşıyıcısı kimi yazırlar. Bu müəlliflərin əsərlərindən aydın olur ki, Alban kilsəsi Erməni kilsəsinin yepiskop hissəsi idi.

Telegram kanalımıza abunə olun