2025

Azərbaycanda müharibə iştirakçıları dövlət dəstəyindən şikayətlənirlər

2020-ci il Artsax müharibəsindən sonra, Azərbaycanda hərbi əməliyyatların iştirakçıları arasında etiraz aksiyaların keçirilməsi dövri xarakter almağa başladı. İştirakçılardan çoxu, hətta medallara nail olanlar daha çox dövlətin onlara etinasızlıq göstərməsindən şikayətlənirlər. Etiraz aksiyaları təşkil edərək onlar hakimiyyətdən əlillik dərəcəsi, müharibə veteran statusu, pensiyaların artırılması, iş və s. tələb edirlər.

2021-ci il aprel ayında bir qrup müharibə iştirakçısı Sosial Müdafiə Nazirliyinin binasının qarşısında etiraz aksiyası keçiriblər, bildiriblər ki, müharibə zamanı yaralanmışlar, səhhətində problemlər yaranıb, lakin dövlətdən heç bir dəstək almadılar.

Həmin ilin iyununda nazirlik binasının qarşısında aksiya keçirən iştirakçılar şikayətləniblər ki, müharibədən qayıtdıqdan sonra iş tapa bilmirlər. Digər bir aksiyanın iştirakçıları öz etirazlarını Müdafiə Nazirliyinin binası qarşısında bildiriblər, əlillik dərəcəsi verilməməsindən şikayətləniblər.  Aksiya iştirakçılarından biri bildirib.“Hərbi hospitalda əllilik dərəcəsi üçün 4000 manat pul istəyirlər”.

2022-ci il aprel ayının əvvəlində bir qrup qazi Sosial Müdafiə Nazirliyinin binasının yanında etiraz aksiyası keçiriblər. Əlillik dərəcəsinin verilmə prosesinin uzun sürdüyündən şikayətləniblər, bəziləri də hətta lazımi müalicə ala bilmirlər. Qazilərdən biri şikayətlənərək bildirib ki,müharibə zamanı ağır yaralanmasına baxmayaraq, əlillik 3-cü dərəcəsi veriblər, 88 manat (20 min dram) pensiya təyin ediblər, bu da çox azdır.

Aprel ayının ortalarında qazilər “Azərsığorta” dövlət sığorta şirkətinin binasının qarşısında etiraz aksiyası keçiriblər. İştirakçılar bildiriblər. “müalicəyə ehtiyacımız var, amma pul vermirlər”.

Həmin ilin iyun ayında Sosial Müdafiə Nazirliyinin binasının yanında növbəti etiraz aksiyasının iştirakçıları hətta binanın qapısını sındıraraq içəri daxil olublar.

2023-cü il aprel ayında  nazirlik binasının yanında daha bir etiraz aksiyası keçirilib. İştirakçılardan biri şikayətlənib. “Məmurların oğullarının əlində dollarlardı, məndə isə dərmənlər”.

Müharibə iştirakçıları noyabr ayında da digər bir etiraz aksiyası keçiriblər. Bu vaxt Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov onlara yaxınlaşıb, lakin iştirakçıları sona kimi dinləmədən,çıxıb getdi.

Amma müharibə iştirakçıları yalnız aksiyalar keçirmək ilə məhdudlaşmayıblar. Bəziləri mediaya müraciət edərək etiraz səslərini eşitdirməyə çalışıblar. Misal üçün, 2021-ci il dekabr ayında “Region Xəbərləri” saytı video yayımlayıb, həmin videoda Ucar rayonunun Xalac kəndinin sakinləri olan müharibə iki iştirakçısı öz problemlərini təqdim edirlər-müharibədən sonra onların heç bir işi yoxdur və ailələrini dolandıra bilmirlər.

Onlar bildiriblər. “Biz əlillik dərəcəsi, veteran statusu istəmirik. Biz iş istəyirik, bizi işlə təmin edin. Bizi məşğulluq mərkəzinə qəbul etmək istəmirlər. Ucar rayonunda da pulla işə qəbul edirlər”.

2022-ci il sentyabr ayında Cəfərli Oğuz Rüstəm oğlu “Teref.az” media redaktorluğuna məktub yazıb. O vurğulayıb ki, müharibəyə iştirak edib, medallarla təltif edilib, lakin “Müharibə veteranı” adı verilmir. Öz məktubunda Rüstəm oğlu yazıb. “Veteranlıq məsələsi gələndə deyirlər yox döyüşlərdə iştirak etməmişsən. Mən nə qədər gözləyə bilərəm?”. Eyni məsələ ilə “Real TV”-ə E. Əsgərov müraciət edib, O da müharibə iştirakçısıdır, müharibədən sonra da xidmətini davam etdirmişdir, medalları var, lakin “Müharibə veteranı” adını verilməyib. Digər bir müharibə iştirakçısı həmin mediaya öz işsizliyi ilə bağlı məsələni təqdim edib.

2024-cü il avqust ayında Məmmədov Zamiq Rəsim oğlu  “Hürriyyət” qəzetinə məktub göndərib, 11 il hərbi xidmətdə olub, 2020-ci və 2023-cü illərdə Artsaxa qarşı aparılan müharibələrdə iştirak edib. O qeyd edib ki, Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə olunur, lakin ona Əlillik verilmir. Rasim oğlu məktubunda yazıb. “Mən dövlətdən sadəcə 80 manat alıram. Kirayə yaşayıram, hər ay müalicə üçün ən azı 175 manat pul lazımdır. Dəfələrlə məmurlara müraciət etmişəm. Hər görüşdə yaxşı olacaq deyib, yola salıblar”.

O narazılıqlar Azərbaycandakı reallığının yalnız bir hissəsini əks etdirir. Mətbuat azadlığının məhdudlaşdırılması şəraitində çoxunun səsi eşidilmir, əliyev rejiminə qarşı baş verən etirazlar əksər hallarda işıqlandırılmır, bəziləri də hər hansı dəyişiklik gözləməyərək problemlərdən danışmamağa üstünlük verirlər.

Telegram kanalımıza abunə olun