2025
Dünyada öz təsirini artırmaq üçün dövlətlər nəinki hərbi, iqtisadi vasitələrdən, həm də sözdə “yumşaq güc”dən istifadə edirlər. Onlar üçün strateji əhəmiyyət kəsb edən ölkələrdə mədəni təsirlərini artırmağa çalışırlar. Bu fenomen dünyada “yumşaq gücün” istifadəsi adlanır.Dünyada öz rolunu artırmağa çalışan Türkiyə də həmin siyasətə daha çox diqqət yetirməyə başladı, bu türk mənşəli ölkələrdə güclü hiss olunur, xüsusilə də Azərbaycanda.
Xalqların əsas mədəni komponentləri olan dil və dini ümumiliklər Türkiyəyə Azərbaycanda “yumşaq güc” siyasətini daha rahat tətbiq etmə imkanı verir. 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdikdən sonra, iqtisadi tərəfdaşlığı mədəni və ideoloji fəallıqla qarışdıraraq, “bir millət, iki dövlət” şüarı altında Türkiyə orada strateji təsirini artırmağa başlayıb. Türkiyənin “yumşaq güc”ün Azərbaycanda ən təsirli vasitələrindən biri Pantürkizm ideologiyasının yayılmasıdır. Yuxarıdakının məqsədi türkdilli xalqlarının birliyinə nail olmasıdır.Türkiyə də özünü həmin hərəkatın lideri hesab edir.Mədəniyyət proqramları, medianın göstərdiyi fəaliyyəti və tələbələrin mübadiləsi də bu strategiyanın uğruna böyük töhfə verib. Məsələn, təhsil sahəsində Türkiyənin YÖK-ü (Ali təhsil şurası) böyük fəaliyyət göstərir, yuxarıdakının təşəbbüsü ilə yaxın gələcəkdə Bakıda Azərbaycan-Türkiyə universitetinin açılması nəzərdə tutulur. Bir sıra digər təşəbbüslər də həyata keçirilir.
Türk teleserialları da, öz növbəsində, Azərbaycanda çox populyardır, təkcə əyləncə deyil, həm də türk dəyərlərini, tarixini otürürlər, beləliklə azərbaycanlıların həyatında Türkiyənin mədəni varlığını təmin edirlər. Həmin seriallar Azərbaycan cəmiyyətinə o qədər çox böyük təsir göstərdi ki, 2008-ci ildə ölkədə serialların yayımı müvəqqəti dayandırılıb, ondan sonra öz istehsalı olan serialların çəkilişinə külli miqdarda pul ayrılır. Bu qadağaya baxmayaraq, azərbaycanlılar türk serialları veb domenində izləməyə davam edirlər.
Bundan başqa, Türkiyə öz universitetlərində azərbaycanlı tələbələrə təhsil alma imkanı verən təqaüdlər və digər təhsil proqramları təklif edir.
Türkiyənin təsirinin artmasında eləcə də 2009-cu ildə yaradılmış “Türk dövlətlərin təşkilatı” (TDT keçmişdə “Türkdilli ölkələrin əməkdaşlıq şurası” və ya “Türk şurası”) böyük rol oynayır, yuxarıdakının məqsədi türk dövlətləri arasında əməkdaşlığı inkişaf etdirməkdir. Bu və buna oxşar digər strukturların göstərdiyi fəaliyyəti nəticəsində Azərbaycanda və türk mənşəli digər ölkələrdə Türkiyənin mədəni və siyasi təsir rıçaqları artır.
Azərbaycanda yayımlanan Türkiyə mediasını qeyd etməyə dəyər, misal üçün “TRT AVAZ”, sözü gedən tele kanalı regional və qlobal məsələlərda Türkiyənin prespektivlərini təbliğ edir. Proqramlar əsasən türk dilində aparılır, azərbaycan, qazax, özbək və türkmən dillərində də verilişlər var.
“Yumşaq güc”-ün tətbiqi üçün türk dili də əhəmiyyətli bir vasitədir. Ölkədə türkdilli məktəblər, universitetlər və mədəniyyət mərkəzləri fəaliyyət göstərdiyindən bir çox azərbaycanlı türkcə yaxşı bilir. Tələbələrin və mədəniyyət xadimlərinin mübadilə proqramları həmin əlaqələri daha da dərinləşdirir. Məsələn, 2015-ci ilin məlumatlarına görə Yunus Əmrə İnstitutunun xaricdəki türk mədəniyyət mərkəzlərində keçirdiyi türk dilinin imtahanında ən çox iştirakçısı Azərbaycandan olub. Qeyd etməyə dəyər ki, institut 2007-ci ildə Ankarada Türkiyə hökuməti tərəfindən təsis edilib, yuxarıdakı bütün dünyada türk mədəniyyətinin yayılması ilə məşğul olur.
Türkiyə dini diplomatiya vasitəsi ilə də “yumşaq güc” tətbiq edir. Hər iki ölkənin dünyəvi dövlət olduğuna baxmayaraq, əhalinin əksəriyyəti islamın ardıcıllarıdır, bu da öz növbəsində Türkiyənin dini təşkilatlar vasitəsilə öz təsirini artırmağa imkan verir. Azərbaycanlıların əksəriyyətinin şiə dininin ardıcılları olması yeganə maneədir, turklər isə sünni islamın ardıcıllarıdır. “Diyanet” “Dəyanət işlər üzrə rəhbərliyi” və “Türkiyə Dəyanət Vəqfi” (TDV) ən fəal təşkilatlarındandır. Yuxarıdakı 1975-ci il mart ayında “Dəyanət işlər rəhbərliy”-in işlərinə dəstkləməyə və islamın yayılmasına töhfə vermək üçün yaradılmışdır. Bu təşkilatlar Azərbaycanda məscidlər tikirlər, Türkiyəni islam dəyərlərinin qoruyucusu kimi təqdim edərək islam təhsilini yayırlar. “Türkiyə Dəyanət Vəqfi”-ə aid Bakının türk ali təhsilin şagirdləri Azərbaycanda ən yaxşı nəticələri qeyd edirlər.
Qeyd etməyə dəyər ki, Azərbaycan hakimiyyəti hazırda müxtəlif yollarla bu prosesləri mümkün qədər idarəolunan hala gətirməyə çalışır, bunlardan biri də “azərbaycan kimliyinin” inkişaf etdirməsidir. Azərbaycan dilinin ictimai həyatda, mediada və təhsil sahəsində geniş tətbiqi fəal şəkildə təşviq edilir. Hökumət azərbaycan teleserialların, filmlərin və xəbər proqramların istehsalına dəstək verir.
Baxmayaraq ki, Azərbaycan dini qurumlarının ölkədə fəaliyyət göstərməsinə icazə verir, onlara ciddi nəzarət edir. Azərbaycanda bütün dini qurumlar, məscidlər və dini məktəblər Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeyd olunmalıdırlar. Xarici dini qrupların, o cümlədən türk qrupların təsirinin qarşısını almaq üçün bu struktur sərt qaydalar qoyur. Bundan başqa, Azərbaycan qeydiyyata alınmadan və ya dövlət tələblərinə uyğun gəlməyən məscidləri və dini mərkəzləri bağlamağa tədbirlər görür. 2009-cu ildə Bakıda Türkiyə tərəfindən tikilmiş İlahiyyat məscidinin bağlanması diqqətəlayiqdir.
Beləliklə, Türkiyə Azərbaycana dərin və davamlı təsir göstərmək üçün “yumşaq güc”-ün bir sıra vasitələrindən istifadə edir. Mədəniyyət diplomatiyanı, iqtisadi əməkdaşlığını, din maarifləndirməni və siyasi dəstəyi birləşdirərək Türkiyə Azərbaycanda böyük nüfuz qazanıb, bunun qarşısını almaq üçün azərbaycan hakimiyyəti müxtəlif addımlar atır. Bu halda “bir millət, iki dövlət” şüarı siyasi məna kəsb edir və yalnız siyasi problemlərinin həll etməsinə istifadə olunur.