2025

COP29 və Bakının sinizmi

2024-09-19

2024-cü ildə noyabr ayının 11-12-də Azərbaycanda BMT-nin illik İqlim dəyişikliyi konfransı (COP29) keçiriləcək. Belə bir başlıqla, həm də BMT-nin konfransının keçirilməsinə Bakı ən son versiya olacağı görünürdü.

Ekoloji problemlərdən “narahat olan” Azərbaycanda mövcud olanreallığını həmin ölkədə baş verən hadisələri göstərir, ən parlaq nümunələrindən biri də Söyüdlünün hadisələridir. Orada Londondakı “Anglo Asian Mining” şirkəti 12 il əvvəl tullantı anbarı tikib və qızıl yatağı istismar edir. 2023-cü ildə məlum oldu ki, şirkət ikinci tullantı anbarını tikilməyi planlaşdırır. Bütün bunlara qarşı olaraq, 2023-cü il iyun ayının 20-də kəndin sakinləri aksiyaya başlayıblar. “Gələcək nəsil xəstə böyüyür”, “Gədəbəy”, “Şəmkir”,Tovuz”, Qazax, Gəncə, Goranboy”, “Bakı təhlükə altındadır”, “Təbiətin səsi çıxmır, çünki təbiət ölür”, “Bu mübarizə bütöv bir millətin mübarizəsidir, tək Gədəbəyin yox” kimi  şüarları yazılan plakatları iləkənd sakinləri mədənin (yataq) istismarından şikayətlənirlər.

Tullantı anbarına atılan zəhərli maddələr ərazidə ciddi problemlər yaradıb, bu da sakinlər arasında bir sıra xəstəliklərə səbəb olmuşdur. Kənd sakinləri şikayət ediblər.“Uşaqlar xəstə doğulur, müalicə etməyə imkanımız yoxdur. Bizim bütün ağaclarımız qoruyub, biz havadan zəhər uduruq”. Bundan başqa yeni tullantı anbarı kəndin otlaq sahələrində tikiləcək, bu da öz növbəsində heyvandarlığa problemlər yaradacaq.

Lakin, aksiya sakinlərə, xüsusilə də yaşlı sakinlərə (qoca) qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməklə başa çatıb. Kənd sakinləri güc strukturlarının törətdiyi zorakılıqlardan danışıblar. “Biz terroristik, nəyik? Başqa bir dövlətdə belə bir şeyi nə televizorda görmüşük, nə başqa yerdə eşitmişik”.

Aksiya ərzində 7 nəfər saxlanılıb, yaşlı bir qadın isə 1500 manat (təxminən 900 ABŞ dollar) cərimə olunub, digərlərə isə 20 sutkalıq inzibati həbs cəzası verilmişdi. Aksiya ertəsi gün də davam etdi, lakin polis zorakılığı sürət qazandı, polis daha sonra kəndi mühasirəyə alıb, giriş-çıxışını qadağan edib. Kənd sakinlərindən biri bildirib. “Telefonla danışmaq mümkün deyil, kənddən çıxmağa da qoymurlar. İmkanım olsa gedib Bakıda etirazımızı çatdırarıq, dərdimizi deyərik. Nə iş tutmuşuq ki, bizi bağlı halda saxlayıblar, hər 100 metrdən bir iki polis yerləşdiriblər kəndə”.

Polis zorakılığı o qədər artıb ki, sakinlərdən çoxu övladlarının qanunsuz narkotik alveri ittihamı ilə həbs oluna biləcəyindən qorxaraq artıq narazılıqlarını bildirməyiblər.

Kənddə baş verəni gizlətmək üçün hakimiyyət orqanları eləcə də kəndə müstəqil jurnalistlərinin girişini qadağan ediblər, iyun ayının 20-də və 21-də keçirilmiş aksiyalarını işıqlandıra bilən jurnalistləri isə həbs ediblər. Jurnalist Elməddin Şamilzadəni çəkdiyi videolarını (kənd sakinlərə qarşı polis zorakılığı təsvir edilmişdir) silməyə məcbur ediblər. Həbs dalğası daha da geniş spektri əhatə edib. Hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə Gədəbəydə polisin hərəkətlərini tənqid edən sabiq deputatı həbs ediblər, aksiya afişalarını hazırlayan şəxs isə üç il müddətinə azadlıqdan məhrum edilib.

Söyüdlüdə baş verən hadisələrdən sonra hakimiyyət orqanları müvəqqəti olaraq mədəni bağlayaraq yatağın istismarı nəticələrinin araşdırma imitasiya yaratmışlar. Çox az müddətdən sonra mədən öz fəaliyyətini bərpa edib və məlum olub ki, hakimiyyət ikinci tullantı anbarının tikintisinə ərazi ayrılmasına razılıq verib. Diqqətəlayiqdir o ki, “Forbidden Stories”-in jurnalistlərinin araşdırmasına görə, “Anglo Asian Mining” şirkətinin icraşı direktoru İlham Əliyevin yaxın dostudur və yatağın istismardan Azərbaycan hökuməti də eyni dərəcədə faydalanır. Bundan başqa, şirkət Əliyevin qayınatanın və qızlarının idarə etdiyi “Paşa”. bankla müqavilələr bağlayıb. Hətta illər əvvəl “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsi” (OCCRP) ölkədə mədən (yataqların istesmarı) biznesində əliyev ailəsinin iştirakını üzə çıxarmışdır.

Belə çıxır ki, əliyev ailəsi öz mənfəətlərini təmin etmək üçün öz xalqına qarşı kobud güc tətbiq edir, təhdidlərlə susdururlar. Nəticədə, mədən bu gün də öz normal fəaliyyətini davam etdirir, yaxın gələcəkdə tullantı anbarını genişləndirməyi planlaşdırır. Söyüdlü kəndinin sakinləri isə çirkli havada, ağır və pisləşən sosial-iqtisadi şəraitdə yaşamağa davam edirlər. Azərbaycanın qızılının 43 faizi Gədəbəy rayonundakı mədənlərindən çıxarılır, lakin əslində yuxarıdakı ölkənin ən kasıb rayonlarından biri hesab olunur (orada hətta sakinlərin təbii qaz, içməli su və digər kommunal xidmətlərdən istifadə imkanları məhduddur).

Belə şəraitdə Bakıda COP29-un keçirilməsi sadəcə Azərbaycanın kürü diplomatiyasının növbəti təzahürülərdən biridir.

Gündüz Ağayevin karikaturası

Telegram kanalımıza abunə olun