2025

Şuşi və Azərbaycan təbliğatı Misirdə

Müxtəlif vasitələrin tədbiqi və dövlət təbliğatı ilə Azərbaycan Artsax Respublikasının işğal olunmuş əraziləri və oradakı erməni irsi haqqında saxta məlumatlar yaymağa davam edir. Bu yaxınlarda Misirin və nüfuzlu ərəb KİV-dən biri “Əl-əhram” strateji araşdırmalar mərkəzinin internet platformasında məqalə dərc edilib, həmin məqalədə Şuşi “kiçik Paris”, “Qafqaz incəsənət məbədi”, “azərbaycan musiqi institutu” kimi adlandırılaraq azərbaycan şəhəri olaraq təqdim edilir. Ərəbcə məqalədə qeyd edilir ki, hazırda “şuşililər” şəhərin müharibədən əvvəlki görkəmini bərpa etməklə məşğuldurlar.

Məqalənin əvvəlində Artsax münaqişəsini təhrif edilərək Ermənistan və Azərbaycan arasındakı ərazi münaqişəsi kimi təqdim olunur, lakin əvvəldən bu Artsax ermənilərinin öz azad müqəddəratını təyin etmək uğrunda mübarizə idi.

Məqalənin müəllifi Şuşidə müsəlmanların varlığından danışaraq, şəhərin əsas əhalisi olan ermənilərin varlığını unudur. Şuşi ilk növbədə erməni xristian mədəniyyət mərkəzi idi. Şuşinin erməni kilsələri və tarixi qəbiristanlığı buna şahidlik edir, yuxarıdakı 2020-ci ildə, müharibə ərzində Azərbaycan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə hədəfə alınırdı, şəhərin işğalından sonra isə, vandallığa məruz qalır və məhv edilir.

Şəhərdə ermənilərin varlığı haqqında erməni və digər mənbələrindən başqa rus mənbələri də şahidlik edir. Onlara görə, 1916-cı ildə Şuşidə 23.916 erməni yaşayırdı, şəhər əhalisinin yarısından çoxunu təşkil edirdi. 1920-ci il mart ayında Azərbaycan hakimiyyəti Şuşunun erməni əhalisinin qırğını təşkil edir, bunun nəticəsində şəhər xarabalığa çevrilir, minlərlə erməni öldürülür.

Maraqlıdır ki, məqalədə bir sıra türkdilli, müsəlman xadimlər təqdim olunur, lakin Xosrov bəy Sultanov haqqında məlumat təqdim olunmur. Qeyd etməyə dəyər ki, həmin şəxs 1920-ci ildə Azərbaycan tərəfindən təyin olunmuş Qarabağın və Zəngəzurun müvəqqəti general-qubernatoru idi, Şuşinin və Artsaxın digər ərazilərinin ermənilərin qırğınları təşkil etmişdir. Bu “maraqlı” epizodu nədənsə əliyev rejimi və məqalənin müəllifi xatırlamaq istəmirlər.

Bakı bir tərəfdən Şuşini İslam mədəniyyətinin paytaxtı kimi elan edir, digər tərəfdən isə, Qəzza zolağında müsəlmanlara qarşı qırğın törədən, məscidləri dağıdan İsraillə yaxın, qonşuluq, müttəfiqlik münasibətlərindədir.

Məqalə müəllifi Gövhər ağa məscidi haqqında xatırladır, lakin 2009-cu ildə Artsax Respublikasının hakimiyyəti təşəbbüsü ilə bərpa olunmasından bəhs edilmir. Nəinki erməni xalqı xristian irsini qoruduğunu, həm də müsəlman irsinə dövlət qayğısı qöstərdiyini qeyd olunmur, bunun parlaq nümunəsi məhz Gövhər ağa məscidin bərpa etməsidir.

Əslində, məqalə müəllifi birtərəfli və saxta məlumatlar təqdim etməyi, Şuşini erməni kimliyindən məhrum etməyi qarşısına vəzifə kimi qoymuşdu. Artsax 44 günlük müharibəsindən və Şuşinin işğalından etibarən yuxarıdakı Azərbaycanın dövlət məqsədyönlü siyasətidir. Şəhərin qeyri-erməniləşdirmə siyasətinə beynəlxalq konfransların, mədəni tədbirlərin, festivalların təşkili və buna oxşar məqalələrin sifarişi də daxil olur.

“Geğard” elmi analitik fondu jurnalistləri və tədqiqatçıları birtərəfli, qeyri-obyektiv və əliyev rejiminin sifarişi ilə saxta məlumatların yaymasından çəkinməyə çağırır.

Telegram kanalımıza abunə olun