2026

Akademik və ekspert “neytrallıq” suyu Azərbaycan dəyirmanına

2024-09-17

Azərbaycanın soyqırım aktları nəticəsində təxminən bir il əvvəl Artsax tamamilə ermənilərdən boşaldıldı. Fiziki müdaxilə Azərbaycanın apardığı siyasətinin yalnız bir komponentidir, həm də görülən işləri beynəlxalq səviyyədə “qanuniləşdirmək” lazımdır. Bu məqsədlə Azərbaycan uzun müddət Artsaxı, Naxicevanı və digər erməni ərazilərini kimliyindən məhrum etmə, mədəni və tarixi irsini mənimsəməsinə təbliğat kampaniyası aparıb, UNESCO-dan bir çox digər strukturlara qədər.

Azərbaycanın aqressiv hərəkətlərinə beynəlxalq qurumlarının reaksiyası çox vaxt qeyri-adekvat olmuşdur. Yuxarıdakılar görünən neytrallığı qorumağa çalışırdılar, bu da əslində təcavüzkarın xeyrinə idi. Həm təcavüzə məruz qalana, həm də təcavüzkara eyni dərəcədə təmkinli olmağa çağırması əslində təcavüzkara cəzasızlıq mühiti yaradaraq gələcək fəaliyyəti üçün yeni imkanlar verir. Bu termin saxta balans (bothsidesism) kimi tanınır, yuxarıdakının mənası şəraitdən asılı olmayaraq hər iki tərəfi eyni dərəcədə günahlandırmasıdır.

Əgər siyasi saxta balansının (bothsidesism) təzahürləri sadə vətəndaşlara həmişə aydın görünürdü, onda akademik və ekspert saxta balansı(bothsidesism) geniş ictimaiyyətə o qədər də aydın deyil. Lakin, akademik və ekspert dairələri məsələyə “neytrallıqla” yanaşarkən qəsdən və ya bilməyərəkdən təcavüzkarı təşviq edərək eyni şəkildə hərəkət edirlər.

Akademik və ekspert Saxta balansının(bothsidesism) nətəcəsi yalnız təcavüzkarın əllərini azad etməsi və cinayətləri yumşaltması deyil. Bazən belə müəlliflər öz ölkələrinin hökumətlərinə, müxtəlif beynəlxalq təşkilatlarına da məsləhətlər verirlər, bu da öz növbəsində müvafiq siyasətin işlənib hazırlanmasına təsir göstərir, məsələyə dair təhrif olunmuş fikirlərin formalaşmasına töhfə verir.

Bu yaxınlarda “Cənub-Şərqi Avropa və Qara dəniz tədqiqatları” nüfuzlu elmi jurnalında Birləşmiş Ərəb Əmirliklərin Rabdan akademiyasının professoru Arsen Saparovun məqaləsi dərc olunub, neytrallığın təzahürlərini araşdırma məqsədini daşıyırdı. Məqalənin başlığı özlüyündə mənalıdır “Münaqişəni normallaşdıraraq soyqırımı gizlətmək mi? Ermənistan-Azərbaycan münaqişəsində ekspret neytrallığı”.

Müəllif bir sıra beynəlxalq platformalarda Artsax münaqişəsi ilə bağlı dərc olunmuş ekspert məqalələrini araşdırıb, həmin məqalələr məsələni neytral mövqedən təqdim etməyə çalışırlar.

Saparov xüsusi ilə Tomas de VaalınLaurens Broersin ekspert nəşrlərinə diqqət çəkib. Bu iki müəllif dünyada Ermənistan-Azərbaycan münaqişəsi məsələsinin nüfuzlu tədqiqatçıları kimi hesab edilir, onların əsərlərinə isə elmi çərşivəsində böyük istinadı var.

Arsen Saparov xüsusi ilə bu iki müəllifin görünən neytrallığı və bərabər məsafə saxlama naminə əslində hadisələrini təhrif etməsi halını təqdim edir.

Məqalənin müəllifinə görə, ekspertlər demək olar ki, həmişə daha geniş kontekstinə məhəl qoymurlar, bu da təhlillərdə bərabərliyin qorunması məqsədinə mane ola bilər və saxta balansda (bothsidesism) yer ala bilməyən faktlarına istinad etmirlər. Müəllif, haqlı olaraq, qeyd edir ki, belə bir yanaşma təhlükəli presedent yaradaraq beynəlxalq auditoriya üçün münaqişəni normallaşdırır və planlaşdırılan soyqırımını beynəlxalq auditoriyanın diqqətindən uğurla gizlədir.

Məqalədə Saparov kontekstinə məhəl qoymamağa dair çoxlu misallar verir.

Belə.

Broers yazır. “Uzun müddət özünü ərazi ambisiyaların qurbanı kimi təqdim edən Azərbaycan, 2020-ci il qələbəsindən sonra niyə eyni siyasəti (redaktor 1994-cü ildən etibarən Ermənistan Respublikasının apardığı siyasətinə istinad edir) təkrarlayır?”.

Saparov həmin iddianı təhlil edərək qeyd edir. “bu məntiqlə, hər iki tərəfin də ərazi ambisiyaları olduğundan onları bərabərləşdirir. Lakin, bu sadə müqayisə daha geniş kontekstini gizlədir. Məsələ ondadır ki, erməni ambisiyaları heç vaxtAzərbaycan dövlətini ləğv etmə məqsədini güdmürdü, yalnız DQR ilə məhdudlaşıblar. Azərbaycan ambisiyaları isə Ermənistanın bir dövlət kimi məhv edilməsi və ya Qəzza kimi rezervasiyaya çevirməsi nəzərdə tutur”.

Kontekstsiz belə bir müqayisə iki hərbi qələbənin uzunmüddətli nəticələrini gizlədir.

Saxta balansın(bothsidesism) digər bir misalı azərbaycan həbsxanalarında erməni əsirlərə işgəncə verməyə ekvivalent kimi “azəri əzabın” kəşf etməsidir. Həm Broers, həm də Vaal bunu şübhəli bir oxşarlıqla edirlər, Artsaxda yerləşdirilmiş minaların azərbaycanlılara verdiyi əziyyətlərini qeyd edirlər.

Saparov xatırladır ki, əldə edilmiş razılaşmalara əsasən erməni əsirlər çoxdan azad edilməli idi, minalara gəlincə isə, Ermənistanın Azərbaycanın nəzarətinə keçən yerlərdə heç nə etmə imkanı yoxdur.

Ondan sonra müəllif “bitərəf” ekspertlər tərəfindən mətndən kənarda qoyduğu boşluğunu doldurur, bununla da onların niyyəti və texnikaları ifşa olunur. Məsələn, 2022-ci il sentyabr ayında Ermənistana qarşı Azərbaycanın hücumlarına istinad edərək, onlar yeni zorakılıq dalğasından danışırlar, lakin Azərbaycan ordusunun videolarla sənədləşdirilmiş döyüş cinayətlərindən bəhs etməyi “unudurlar”, digər hallarda da erməni əsirlərə qarşı amansız rəftarı haqqında susurlar. Azərbaycanın diktatura xarakterindən bəhs edilmir. “bitərəf müəlliflər” 2023-cü il sentyabr ayında Artsaxa qarşı Azərbaycanın hücumu haqqında yazarkən “etnik təmizləmə” ifadəsinin işlədilməsindən inadla qaçırdılar. Broers etnik təmizləməsinin yerinə “qorxutma yolu ilə əhalini yormaq” ifadəsini işlədir.

Beləliklə, Saparov “neytrallığa” nail olmaq üçün üç əsas texnikanı təqdim edir. 

  1. Faktları seçmə şəkildə təqdim edərək hər iki tərəfin hərəkətlərində oxşarlıq tapmaq.
  2. Vəziyyətin geniş kontekstini təqdim etməmək.
  3. Bərabərlik təəssüratı yaratmaq niyyətini məhv edə bilən bütün faktlarını kənara qoymaq.

Saparova görə, bu texnikaların istifadəsi belə təəssürat yaradır ki, baş verəni iki ölkə arasında sadə ərazi mübahisədir, dünyanın o ucqar nöqtəsində qeyri-adi heç nə baş vermir.

Məqalənin müəllifi eləcə də fərq edir ki, 2020-ci il müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdə erməni qalmadığı faktını “bitərəf” ekspertlər gizlədirlər və Azərbaycan onilliklər boyunca erməni mədəni irsini sistemli şəkildə məhv edib, Artsaxdakı mədəni irsinə eynisi gözlənilir.

Hər iki tərəfi bərabərləşdirərək, neytrallığa nail olunması yolverilməz hesab edilməlidir. Saparovun qeyd etdiyi kimi. “real görüntünün təhrif edilməsi soyqırım siyasətini gizlətməsinə və dolayısı ilə soyqırımın törədilməsinə töhfə verə bilər”.

Foto Sasun Danielyan tərəfindən çəkilmişdir

Telegram kanalımıza abunə olun