2025
1804-cü il yanvar ayında general Pavel Sisianovun rəhbərliyi ilə Rusya silahlı qüvvələri Gandzak (Gəncə) xanlığını zəbt edir. Xanlıq Rusiya imperatoru Aleksandr Pavloviçin arvadının imperatriça Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılır. Mərzin mərkəzi Yelizavetpol şəhəri idi.
1828-ci il fevral ayının 10-da Türkmənçay müqaviləsi ilə Rusiya Zaqafqaziyanın fəthi prosesini başa çatdırdı. Lakin, regionun yeni inzibati sərhadlərini müəyyən edilməsində, xüsusilə erməni əhalisinin mənafeyinə etinasızlıq göstərildi. Erməni vilayətinin ləğvindən sonra Yerevan, Naxicevan, Aleksandrapol və Gandzak-Yelizavetpol əyalətləri Gürcüstan-İmeretiya quberniyasının tərkibinə, Artsax və ermənilərin sıx məskunlaşdığı digər yerləri isə Kaspi vilayəti tərkibinə daxil edildi. Sonradan, 1867-ci il dekabr ayının 9-da Yelizavetpol quberniyası yaranır, yuxarıdakı Zaqafqaziyada ən genişi idi-44 min kvadrat kilometrdən çox sahə ilə. Quberniyanın 8 qəzası var idi- Ərəş, Cəbrayıl, Cavanşir Yelizavetpol, Zəngəzur, Qazax, Nuxa, Şuşi, rəngarəng milli və dini tərkibə malik idi.
Burada çoxlu sayda türkdilli müsəlmanlar var idi, onları topluca tatarlar adlandırırdılar. Zəngəzur və Şuşi qəzalarında ermənilər mütləq çoxluq təşkil edirdi. Quberniyada onlar əsasən şəhərlərdə cəmləşmişdirlər. Yelizavetpolda ermənilər türk-tatarlardan çox az aşağı idilər, Nuxada çoxluq, Şuşi şəhərində mütləq çoxluq təşkil edirdilər.
Yelizavetpol quberniyasında tatlar və talışlar iran mənşəli xalqlarından idilər, onların bir hissəsi Zəngəzur qəzasının Lekvazi, Nüvadi, Qazax, Tat, Kadir kəndlərində və digər yerlərdə yaşayırdı. İrandilli xalqlardan olan kürdlər əsasən Zəngəzurda, az sayda isə Cavanşir, Cəbrayıl, Ərəş qəzalarında cəmləşmişdilər.
O rəngarəng müsəlman kütləsi üç dini qola bölünürdü-Şiə, Sünni və Ali-Allah.
Yelizavetpol quberniyasında yəhudilərin kiçik bir icması var idi. Nuxa qəzasının Vartaşen (Oğuz) qəsəbəsi məşhur idi, yuxarıdakının yəhudi məhəlləsi kəndə çevrildi (Chudlar adı ilə). 1897-ci il ümumrusiya siyahıyaalınması məlumatlarına görə Nuxa qəzasında 2031 nəfər yəhudi yaşayırdı.
Regionun qədim və alban mənşəli Xristian xalqlarından olan udilər Nuxa qəzasının Vartaşen və Nij yaşayış məntəqələrində yaşayırdılar. Erməni kilsə inancının davamçıları olaraq özlərini erməni adlandırırdılar, ermənicə yazırdılar, lakin daha çox udi dilində danışırdılar.
Yelizavetpol quberniyasında eləcə də qaraçılar və gürcülər yaşayırdılar.
Rus hakimiyyəti dövründə quberniyanın ərazisində ruslar, almanlar və başqa milətlər də məskunlaşdılar. Hələ 19-cu əsrin əvvəllərində Zaqafqaziyanın rus əhalisi ilə məskunlaşdırılması üçün ilk addımlar atıldı. Onların böyük bir hissəsi də rus məzhəbçi kəndliləri idi-malakanlar, duxaborlar, anabaptistlər, priqunlar, subotniklər, ikonoborlar, staroobryadlar. Xüsusilə əhəmiyyətli faiz malakan qrupu təşkil edirdi. İlk dəfə məzhəbçilər 1830-cu il oktyabr ayının 20-də qəbul edilmiş qərarı ilə Zaqafqaziyaya köçmək üçün rəsmi hüquq aldılar. Regionda onların ilk yaşayış mantaqələri Artsaxın və Gandzakın əraziləri idi. 1830-cu illərdə Yelizavetpol qəzasında duxaborların 4 kəndinin əsası qoyuldu. 19-cu əsr boyu yenidən məskunlaşma prosesi davam etdi. 1886-cı ildə Yelizavetpol quberniyasında artıq 14 rus kəndi var idi, bundan 8-i Yelizavetpol, 1-i Cəbrayıl, 1-i Zəngəzur, 3-ü Qazax və 1-i Şuşi qəzalarında. Bunlar erməni kəndlərinin qonşuluğunda salınırdı (təməlini qoymaq), onların əkin sahələrinin ayrılması isə erməni kəndlərinin əkin sahələri hesabına həyata keçirilirdi. 20-ci əsrin əvvəlində burada rus əhalisisnin sayı 28 min nəfərə çatıb.
1818-ci ildən etibarən Zaqafqaziyada eləcə də almanlar məskunlaşdılar. Yelizavetpol qəzasının Annenfeld və Yelenedorf kəndləri onların koloniyalarından idilər. 1897-ci ildə aparılmış ümümrusiya siyahıyaalınması məlumatlarına görə, Yelizavetpol quberniyasında onların sayı 3194 nəfər idi.
Quberniyanın şəhərlərində az sayda ingilislər, fransızlar, polyaklar, yunanlar yaşayırdılar.
Fərq etdiyiniz kimi, quberniyada yaşayan milli əhali arasında “azərbaycanlı” xalq yox idi.
1918-1921-ci illər ərzində keçmiş Yelizavetpol quberniyasının ərazilərinin çoxu yeni yaradılmış Azərbaycan dövlətinin tərkibinə daxil oldu. Yerli müsəlman xalqların türkləşməsi prosesi başladı. Qeyri-müsəlman xalqların çoxu hələ 1918-1920-ci illərdə ya quberniyanın ərazisini tərk edib ya da Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövründə qırğınlara məruz qalıblar. Yalnız Artsax və Sünik ərazilərində ermənilər uzun mübarizə sayəsində öz dədə-baba yurdlarında yaşamağa davam etdilər.