2025

Mətbuat azadlığı Azərbaycanda-5-ci hissə. Qanunun sərtləşdirilmələri

2024-09-13

“Medianın inkişafı agentliyi” (MEDİA) əslində Azərbaycanda müstəqil informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdırmağa xidmət edir, 2021-ci ildə yaradılıb. İlham Əliyevin tapşırığı əsasında agentlik “Media haqqında” qanun layihəsini hazırlama öhdəsini götürdü, yuxarıdakını

2021-ci il dekabr ayında Azərbaycanın parlamenti (Milli Məclis), 2022-ci il fevral ayında isə ölkə başçısı təsdiq edib. Bu qanunun qəbul etməsi ilə jurnalistlərə qarşı göstərilən təqiblər daha da sərtləşib.

Bu qanun Azərbaycanda çox tez bir zamanda və müəyyən edilmiş qaydada əvvəlcədən ictimailəşdirmədən təsdiq ediblər. Bu Azərbaycan hakimiyyətinə nəinki xəbər saytlarının və jurnalistlərin fəaliyyətini, eləcə də bloggerləri, YouTube kanalının adminlərini, ictimai məzmun yaradan bütün şəxsləri izləmə imkanı verir.

Qanuna görə, Azərbaycanda kütləvi informasiya vasitələri üçün ümumi reyestri yaradılıb, qeyd olunaraq, informasiya vasitəsinin təsisçisi redaktorlarının və jurnalistlərin məlumatlarını təqdim etməlidir. Ali təhsilli olmayanlar, əlil olanlar, Azərbaycanda yaşamayanlar və həmin ölkənin vətəndaşı olmayanlar, əvvəllər məhkum olunmuş şəxslər media orqanını qeydiyyatdan keçirə və təsis edə bilməz. Qanunun sonuncu maddəsi ilə Azərbaycan hakimiyyəti hökumət adresinə tənqid etməsi ilə, yuxarıdakıların cinayətlərin aşkar etməsi ilə (buna görə həbs cəzalarına məruz qalırlar) fərqlənən jurnalistlərin göstərdiyi fəaliyyətini məhdudlaşdırmağa çalışırlar.

KİV-nin reyestrındə qeyd olunmayan bütün media qruplar lisenziya almırlar, media və onların əməkdaşları isə jurnalistlər hesab edilmir. Bu da öz növbəsində yeni bloklar, informasiyanın əldə ediməsi və yayılmasına məhdudiyyətlər yaradır. 2024-cü ildə “Medianın inkişafı agentliyi” bir sıra saytların bloklanması (həmin saytlar qeyd olunmadığından) üçün məhkəməyə müraciət edib. Sertifikat olmadıqda həmin şəxs dövlət tədbirlərində, mətbuat konfranslarında iştirak edə bilməz, onlara küçə sorğuları keçirməyə və ya aksiyalar işıqlandırmağa icazə verilməyə bilər. Bu da nəinki veb resurslar üçün, eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərən (misal üçün. “Meydan TV”) problemlər yaradır.

Yeri gəlmişkən, nəzarət vasitəsi kimi dövlət qeydiyyatından istifadə etməsi Azərbaycanda qəbul olunmuş təcrübədir. Eynisini hakimiyyət orqanları dini icmalara tətbiq edirlər, qeydiyyata alınmayanlar qanunsuz hesab edilir.

Reyestrdə qeydiyyatdan keçməsi yeganə problemi deyil. Qanuna görə, “siyasi və ya hüquqi müqavilə əsasında mediada fəaliyyət göstərən (gəlir əldə etmə məqsədi ilə davamlı məlumat toplanması, hazırlanması, redaktə edilməsi, ötürülməsi, fikir ifadəsi olan )” şəxs jurnalist hesab edilir. Bu öz növbəsində deməkdir ki, jurnalist hesab olunduğu üçün şəxs müqavilə bağlama öhdəsini öz üzərinə götürür, yəni sərbəst jurnalist fəaliyyəti məhdudlaşdırılır.

Jurnalist Fatimə Movlamlı öz narahatlığını bildirib. “Mən bundan sonra sülh şəraitində işləyə bilməyəcəyəm, deyək ki, hansısa hadisə işıqlandırıramsa (və bu artıq çətindir, polis bizə mane olur). Bu qanun layihəsi isə polislərə məni döyməyə və kameramı sındırmağa qanuni əsaslar verir”.

Digər tərəfdən onlayn platformalar üçün əlavə məhdudiyyətlər də yaradılmışdır. Gündə 20-dən az məqalə dərc edən platform fəaliyyət göstərən onlayn media hesab edilməyəcək.

Müxalif “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti media üzərində nəzarətin qurulması prosesini hələ 10 il əvvəl başa çatdırıb. Lakin, buna paralel olaraq, Azərbaycan siyasi cəmiyyəti ifadə vasitəsi kimi sosial şəbəkələrdən istifadə etməyə başlayıb, bunu da indi yeni qanunun qəbul etməsi ilə məhdudlaşdırırlar.

Qanunla bağlı Mehman Əliyev vurğuladı.“qanun dövlətə bütün həlledici normativ mexanizmləri ötürür, Hüquqi jurnalistika ilə kimin məşğul ola biləcəyi anlayışını müəyyən etməkdən tutmuş icra orqanları tərəfindən onlayn mediaya lisenziya verilməsinə qədər. Onlayn media üçün lisenziya tələb etmək internet azadlığına ziddir”.

Qanun eləcə də araşdırmaçı jurnalistlər üçün yeni maneələr yaradır. Məsələn, gizli çəkiliş də qadağandır. Məxfi video və ya çəkiliş aparılmış şəxs həmin materialların istifadəsinə və yayılmasına yazılı razılıq verildikdən və ya məhkəmə icazəsindən sonra həmin materiallardan istifadəsinə icazə verilir. Bu şəkildə hakimiyyət orqanları seçkilərdə seçici saxtakarlığının aşkarlanmasının qarşısını alırlar.

Bununla bağlı məşhur müxalif jurnalist Mehman Hüseynov bildirib. “Mən dəfələrlə drondan istfadə edərək məmurların villalarının şəkillərini çəkmişəm. Məni vaxtaşırı həbs edirdilər, polisə aparıb deyirdilər ki, “vətəndaşların şəxsi həyatına müdaxilə edirəm”. İndi isə qanunla gizli çəkilişləri qadağandır. Seçki pozuntularının işıqlandırılması da çətin olacaq. İndi gizli çəkilişlərin qadağan olduğundan qanunu pozan şəxslərin fotoşəkillərini, videolarını və səs yazılarını yayması qeyri-mümkün olacaq. Birincisi, jurnalist qanunu pozduğuna görə məsuliyyətə cəlb olunacaq. İkincisi,səsyazma gizli şəkildə aparıldığından dövlət qurumları bunu sübut hesab etməyəcəklər”.

2014-cü ildən etibarən kütləvi informasya vasitələri və ictimai təşkilatlar üçün, əgər maliyyələşdirməni həyata keçirən fiziki və ya hüquqi şəxs medianın rəhbər şəxslərdən və ya mənsublarından biri deyilsə Azərbaycanda xarici maliyyələşdirmə də ciddi şəkildə məhdudlaşdırılıb. Buna əsasən sonradan Azərbaycanda jurnalistləri ovlamağı başlayıblar. qaçaqmalçılıqda ittiham olunurlar ( “Mətbuat azadlığı Azərbaycanda”. 2-ci hissədə mövzuya təfərrüatlı istinad etmişik).

Media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə,bu sənəd hakimiyyət əlində kozırdır, bunu onlar nəyisə bəyənmədikdə müstəqil mediaya qarşı istifadə edə biləcəklər və əgər əvvəllər jurnalistlərə göstərilən təzyiqləri hərhansı şəkildə maskalanmalı idilərsə onda indi belə bir repressiya üçün qanunvericilik özü təzyiqlərə yeni imkanlar yaradacaq.

Və nəhayət, Azərbaycanda bu qanunun qəbul etməsi bir sıra beynəlxalq normaları pozur, çoxlu təşkilatların Azərbaycanı həmin qanunu qəbul etməməsini çağırdığına baxmayaraq Bakıda nəinki qəbul ediblər, eləcə də bunun əsasında, faktiki olaraq, bir sıra təqiblər həyata keçiriblər.

Telegram kanalımıza abunə olun