2025

Azərbaycan ordusunda əsgər orqanlarının satışı (44 günlük müharibəsindən əvvəl). 1-ci hissə

Azərbaycan ordusunda baş verən hərbçilərin intiharları və ölümləri barədə mütəmadi olaraq danışıldı. Hələk olmuş hərbçilərin valideynləri və müxalifətçilər dəfələrcə Azərbaycan hakimiyyəti tərəfindən ehtiyatla gizlətməyə çalışdığı qeyri-adi bir hadisədən danışıblar. Söz Azərbaycanın silahlı qüvvələrinə daxil olmuş “orqanların biznesindən”, hərbçilərin daxili orqanların qanunsuz satışından gedir.

Hələ 2012-ci ildə azərbaycan kütləvi informasiya vasitələrində azərbaycanlı 97 hərbçinin ölümü barədə məlumat yayırdılar, onlardan 22 nəfəri intihar edibdi, 13 nəfəri öz əsgər yoldaşları tərəfindən öldürüldü, 17 nəfəri “qəzada” öldülər, 14 nəfəri xəstəlik nəticəsində öldü və s. Bütün bunlara qarşı Bakıda etiraz aksiyaları baş verib. Çoxlu azərbaycanlı ekspertlər “transplantasiya” biznes işığı altında şübhəli ölümlər haqqında çıxış ediblər. Onlardan Surxan Lətifov bu kriminal biznes üçün donorların hardan götürüldüyünü öyrənməyə çalışıb. Yuxarıdakının fikrincə, “Azərbaycan ordusu qeyri-qanuni orqan alverinin potensial bazasıdır, xüsusilə tibb vəsiqəsi olan gənclərin burada xidmət etdiyini və bunların cinayətkar qruplar üçün hazır donorlar olduğunu nəzərə alsaq”.

 

Azərbaycan ordusunda hərbçilərin orqanlarının satışı barədə eləcə də “müəmmalı şəkildə” ölmüş Pərviz İsgəndərovun anası Kifayət Əsgərova şahidlik edir. Yuxarıdakı iddia edir ki, öldürülmüş əsgərlərin orqanları Türkiyəyə və İrana verilir. Pərviz İsgəndərovun atası Cahan İsgəndərov öz növbəsində bildirir ki, azərbaycan ordusunun hərbi hissələrində orqanların satışı geniş vüsət alıb. Öldürülmüş .hərbçinin anası qeyd edir ki, atəşkəs dövründə oğlunun ölümündən sonra, onun orqanlarının çıxarılmış vəziyyətdə olduğu faktı özünü narahat edir.

Təbii ki, Pərviz İsgəndərov azərbaycan ordusunda əliyev ailəsinin “biznesinin” qurbanı olan yeganə hərbçi deyildi. 19 yaşlı Orxan Alıyev Naftalandakı 157 saylı hərbi hissədə müəmməli şəkildə hələk olan növbəti hərbçi idi. Orxan Alıyevin atası qeyd edir ki, oğlunun səhhətində heç bir problem yox idi. Onların məqsədi oğlunun orqanlarını 1.5-2 saat ərzində hərbi hissədən çıxardaraq satması idi.

2013-cü ildə mətbuatda Ceyhun Qubadovun ölümü barədə xəbər yayıldı.Qubadovun ölümünün rəsmi versiyasının ürək çatışmazlığı nəticəsində təqdim edilməsinə baxmayaraq, əsgərin üzərində zorakılıq əlamətləri olan cəsədinin fotosu sosial şəbəkələrdə yayılıb, bu da şübhə doğurdu. 19 yaşlı əsgərin anası öz növbəsində iddia edir ki, oğlunu döyərək qəsdən öldürüblər.

Deyilənlərdən aydın olur ki, Azərbaycanda illərlə çiçəklənən daxili orqanların satışı hərbçilər arasında da öz donorlarını tapıb.

İllər boyunca azərbaycan ordusunda xidmətə keçmiş hərbçilər əliyev rejimi tərəfindən aparılan həmin dəhşətli siyasətinə qurban olurlar, faktlarla sübut olunduğu kimi, onlar əsasən kasıb ailələrin övladlarıdır.

Qeyd etməyə dəyər ki, bu cür hadisələrin sayı bununla məhdudlaşmır, oxşar cinayətlər haqqında məlumatlar ictimai etirazı və bunları gizlətmək olmadığı halda yayılır, çoxlu hallar isə, ictimaiyyətə sadəcə naməlum olaraq qalır.

Telegram kanalımıza abunə olun