2025

Mətbuat azadlığı Azərbaycanda - 4-cü hissə Azərbaycandan kənarda azərbaycanlı jurnalistlərin təqib edilməsi

Azərbaycanda diktatura, söz azadlığının olmaması və təzyiqlərin mövcud olduğu şəraitində çoxlu azərbaycanlı jurnalistlər, fəallar Azərbaycandan kənarda sığınacaq axtarırlar və fəaliyyət göstərirlər. Lakin Bakı hakimiyyət orqanları onları eləcə də ölkənin sərhədlərindən kənarda Avropaya qədər təqib edirlər. Həmin təqiblər həm jurnalistlər adresinə təhdidlər, fiziki zorakılıq, sui-qəsd cəhdi, həm də beynəlxalq axtarış elan etməklə qeyd olunan ölkədən jurnalistin həbsi və ekstradisiyası əhatə edir.

Xaricdə müxalif fəallarına, jurnalistlərinə Azərbaycan hakimiyyət orqanlarının göstərdiyi təqibləri, Avropa Parlamentində Azərbaycanda siyasi məhbusların vəziyyəti haqqında qətnamə qəbul edilmədikdən sonra, 2014-cü ildən etibarən aktivləşdirilib. Leyla Yunusun sözlərinə görə, Bakıda bunu başa düşdülər ki, sanksiyalardan qorxmağa ehtiyac yoxdur və həm ölkədən kənarda, həm də ölkənin daxilində müxalifətçilərə qarşı təqiblər göstərməyə başlayıblar. Azərbaycan hakimiyyət orqanları “kürü diplomatiyası” ilə müxtəlif ölkələrdə təsir agentləri əldə ediblər, beləliklə göstərilən təqibləri asanlaşdırıblar, cəzasız qalmasını təmin ediblər.

Belə, 2014-cü ildə Türkiyədə rus dilində nəşr olunan “Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov həbs olunaraq Azərbaycana deportasiya edilib. Azərbaycanda onu dövlətə xəyanət maddəsi ilə həbs ediblər.

2014-cü ildə Bakının sifarişi ilə Gürcüstanda Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının üzvü, “Turan TV” ilə əməkdaşlıq edən Daşgın Ağalarov həbs edilib. 6 aydan sonra azadlığa buraxılıb. Lakin, Gürcüstan hakimiyyəti Ağalarova Gürcüstanı tərk etmək əmri verib. Ağalarov Norveçə köçüb, amma 2020-ci ildə Polşaya səfəri zamanı Qndansk şəhərində aeroportda saxlanılıb.

2017-ci il may ayında Tiblisidə müxalif jurnalist Əfqan Muxtarlı oğurlanaraq Bakıya göndərilib. Bakıda o 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsi geniş beynəlxalq reaksiya ilə qarşılandı. Nəticədə, 2020-ci ildə Əfqan Muxtarlı sərbəst buraxıldı, həbsxanadan dərhal sonra hava limanına apararaq Berlinə göndəriblər.

2019-cu ildə Rusiyadan müxalif blogger Elvin İsayev deportasiya edilib. O Ukraynaya köçüb, oradan da Azərbaycana deportasiya edilib. Bakıda onu həbs ediblər. Ukraynada 2017-ci ildə də jurnalist həbs edilibdi, lakin məhkəmə jurnalistin ekstradisiyası tələbini yerinə yetirməyib.

2019-cu ildə “Azərbaycan saatı” televiziya layihəsinin rəhbəri Qanimat Zaidov Strasburqda hücuma məruz qalıb. Eyni ildə Almaniyada blogger Qabil Məmmədov da hücuma məruz qalıb. Yuxarıdakına 2021-ci il yanvar ayında da hücum oldu.

ABŞ-da yaşayan Sevinj Osmanqızı da ona qarşı edilən təhdidlərdən danışıb. Öz proqramı çərçivəsində Azərbaycanda insan hüquqlarının pozulması halları, korrupsiya halları təqdim edir.

2021-ci il fevral ayında, ondan sonra 2022-ci il noyabr ayında Berlində bloger Orxan Ağayev döyülüb. Hücumdan sonra onun evi polis qüvvələri tərəfindən mühafizə olunub.

2021-ci il mart ayında Fransanın Nantes şəhərində məskunlaşan blogger, siyasi fəal Məhəmməd Mirzəliyə bacısının intim videosunu göndərərək və dərc etməklə təhdid edərək fəaliyyətinin dayandırmasını tələb ediblər. Bir müddət sonra ona sui-qəsd təşkil edilib. Onu 16 bıçaq zərbəsi alıb. Bloqerin özü xəbər verdiyi kimi, onun dilini kəsməyə çalışıblar, lakin bacaramadılar. Üstəlik, bu, ona qarşı ilk sui-qəsd deyildi. 2020-ci il oktyabr ayında onun maşınına 4 güllə atılıb.

2021-ci ildə naməlum şəraitdə azərbaycanlı 3 fəal hələk olub. Vüqar Rza Brüsseldə, Bayram Məmmədov İstanbulda, Hüseyn Bakıxanov Tibilisidə (ölümündən iki gün əvvəl də döyülüb). Bütün hallar intiharla əlaqələndirilib, lakin azərbaycanlı hüquq müdafiəçiləri bu versiyalara inanmırlar.

2024-cü il avqust ayında Gürcüstanda jurnalist Ə. Sadıxov həbs edilib. Onu da ekstradisiya gözləyir.

Azərbaycanlı jurnalist Emin Əhmədbəyovun sözlərinə görə, Azərbaycan hakimiyyət orqanları jurnalistləri təqib etdiyi üçün xüsusi mexanizmlər yaratmışlar. Xüsusilə, Almaniyada onlar Əliyev hakimiyyətinin müxalifətçilərini təqib edən və döyən idmançıların xüsusi qrupunu maliyyələşdirirlər. Başqa sözlə, Azərbaycan hakimiyyət orqanları mümkün olan hər şəkildə onları tənqid edən, cinayətlərini ifşa edən səsləri susdurmağa çalışırlar.

Telegram kanalımıza abunə olun