2026

Dağlıq Qarabağ Muxtar Vilayətinin və Kürdüstan qəzası demoqrafiyasının barəsində (1920-ci illər)

2024-03-11

1920-ci illər başlanğıcında Dağlıq Qarabağ və yeni qurulan Kürdüstan qəzası ərazisinin demoqrafiyasının araşdırılması baxımından 1921 ilində həyata keçirilən kənd təsərrüfatı siyahıyaalınmasının böyük mənbə əhəmiyyəti vardır.

Dağlıq Qarabağda siyahıyaalınma 1921 il avqust ayında keçirilib, demək olar ki, Qafqaz Bürosunun plenumunun 1921 iyulun 5-in iclasının ədalətsiz qərarından dərhal sonra. Dağlıq Qarabağa regional muxtariyyətin verilməsində uzun bir gecikmədən sonra Sovet Azərbaycan icraedici komitəsinin 1923 iyulun 7-də qəbul olunmuş fərmanı ilə Dağlıq Qarabağ Muxtar vilayəti quruldu. Amma bütün Dağlıq Qarabağa regional muxtariyyət verilmədi. Keçmişdə heç vaxt olmayan Kürdüstan əyaləti  quruldu. 1923-1936 illər ərzində muxtar vilayətinin rəsmi adı «Нагорно-Карабахская автономная область» deyil «Автономная область Нагорного Карабаха» olduğu diqqətə layiqdir (yuxarıda qeyd olunan adlar erməni dilində eyni şəkildə tərcümə edilir, Dağlıq Qarabağın sadəcə bir hissəsində muxtariyyət statusu vermək, amma birinci ad Dağlıq Qarabağı Muxtar vilayəti ərazisi ilə məhdudlaşdırır. 1918-1921 illər ərzində Dağlıq Qarabağ deyincə sadəcə sonradan Dağlıq Qarabağ Muxtar vilayətinin qurulduğu əraziləri deyil, eləcə də Şimali Artsaxı, Karvaçar (Kəlbəcər), Cənubi Dağlıq Artsaxı Araz çayına qədər daxil olmaqla başa düşülürdü.

1921 il gələcək Dağlıq Qarabağ Muxtar vilayətinin ərazisində keçirilən siyahıyaalınma nəticələri barədə nəticələrini tamamlanan xəbər bülletenilərində əvvəldən digər məlumatlar, sonradan isə düzəlişlərdən sonra digər nəticələrin əldə edilməsi baxımından bəzi qarışıqlıq var. Bu eləcə də siyahıyaalınmadan sonra həyata keçirilən inzibati-sərhədlərin yenidən formalaşdırılması ilə əlaqəlidir. 1921 il kənd təsərrüfatı siyahıyaalınması məlumatları ilə Craberd (Çiləbürt), Xaçen (Xaçın), Varanda (Vərəndə), Dizak əyalətlərində 126.368 insan hesablanıb, buna əlavə olaraq Şuşi əhalisinin sayı (sonuncu 1921 ildə 9223 nəfər ilə azalıb, onlardan 8894 nəfəri türk idi, 289 nəfəri isə erməni/1920 il mart ayında Şuşinin bütün erməni əhalisi qırğına məruz qalıbdır/135.591 nəfər olur.İnzibati vahidlərin hələ dəqiq sərhədlərinin olmaması səbəbindən 1924 ilində bəzi qeyri-dəqiqliklərə yenidən baxıldı. Buna görə Dağlıq Qarabağ Muxtar vilayətinin 129243 nəfərindən 122426 nəfəri yə da yüzdə 94.73-ü erməni idi, 6550 nəfəri ya da yüzdə 5.07-i türklər, 267 nəfəri ya da yüzdə 0.2-i digər millətlərin nümayəndələri). Gördüyümüz kimi Dağlıq Qarabağ Muxtar vilayətinin əhalisinin mütləq əksəriyyəti ermənilər idi.

Birinci ümumittifaq siyahıyaalınması məlumatları ilə ermənilərin sayı Dağlıq Qarabağ Muxtar vilayətində 111694 nəfərindən,türklərin sayı 12592 nəfərindən, rusların sayı 596 nəfərindən, digər millətlərin sayı isə 277 nəfərindən ibarət idi.

Yəni 5 il ərzində erməni əhalisinin sayı azalıb, bunun yerinə türk əhalisinin sayı ikiqat artıb.

Amma Dağlıq Qarabağda erməni əhalisinin sayı məsələsindən başqa eləcə də Kürd əhalisinin yerləşdirilməsi və sözdə Kürdüstan qəzası məsələsi son dərəcədə maraqlıdır. Bəzi tədqiqatçılar «Kürdüstan» terminin ilk istifadəsi məhz 1921 il Sovet Azərbaycanın vahidi kimi ait edirlər. 1923 il iyul ayının 7-də Qafbüro plenumunda Muxtar Kürdüstan qurulması haqqında digər bir qərar qəbul olunub. Sonuncunun mərkəzi və sərhədləri sadəcə Dağlıq Qarabağ Muxtar vilayətinin sərhədlərinin düzəlişlərindən sonra müəyyən edilməli idi. İyul 16-da Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsinin sədrliyi Qarabağ sahə bölməsindən iki qəzası quruluşu haqqında qərar verdi. «Kürdlərin əhatə etdiyi ərazilərindən Kürdüstan qəzası qurmaq». Yəni bir neçə gün ərzində muxtariyyət fikri əyaləti ilə məhdudlaşdı. Amma hətta əyalət statusunda da Kürdüstan ya da adi adlandığı kimi Kürdüstan qəzası öz qısa müddətli mövcud olduğu ilə yerli və geosiyasi səviyyəsində mühüm rol oynadı. Dağlıq Qarabağ Sovet Ermənistandan olduqca böyük ərazisi ilə ayrılmalıydı. Məhz bu məqsədi ilə 6 kilometr enində süni dəhliz qurulur.Sonradan ziyalı Şakro Mhoyan Kürdüstan geosiyasi əhəmiyyəti haqqında yazır.«Kürdüstanın quruluşu kürd milli-azadlıq hərəkatının Türkiyədə, İranda və xüsusi ilə İrakda yayıldığı dövrü ilə uyğun gəldi. Kürd milli məsələsi demək olar ki, bütün beynəlxalq görüşlərdə müzakirə olunub. ...İrak Kürd liderlərinin Mahmud Barzancının Britaniya imperializminə qarşı mübarizəsində dəstək və əməkdaşlıq istəyiylə Leninə ünvanladığı məktublar var. Kürd milli məsələsinin beynəlxalq əhəmiyyətinin Sovet kürdlərə göstərilən diqqətində daha az rol oynamadığına şübhə olmamalıdır».

,Kürdüstan ərazisi 34324 kvadrat kilometr idi. 1923 il iyul ayının Sərhədin müəyyənedilməsi iclasının protokolundan aydın olur ki, sonuncu eləcə də Cavanşir, Şuşi və Qubadlı Kürd bölgələri daxil edirdi, daha daqiq Cavanşirin qərbi və Qubadlının şimali hissələri. 1929 ilində Karvaçar (Kəlbəcər), Laçin (Laçın), Sanasar (Qubalı)  rayonları və Crakan (Cəbrayıl) rayonunun  bir hissəsi əhatə edirdi.

Bu rayonların milli reallığını araşdırması olduqca problemlidir. Müxtəlif tədqiqatçılar Kürdüstan əhalisinin sayısı ilə əlaqədar fərqli təxminlər qeyd edirlər. 60 min və 50 min rəqəmləri tez-tez xatırladırlar. Amma Kürdüstanın qurulduğu ərazi 1923 ilinə qədər burada heç vaxt çoxluq təşkil etmədiyi üçün heç vaxt bu rəsmi adını daşımadı. Bundan başqa əyalət Kürd əyaləti adlandırılmadı, bu açıq şəkildə əyalətdə çoxluqla kürd yaşadığını göstərirdi, geosiyasi keyfiyyətə malik idi, bununla Azərbaycan digər inzibati vahidlərinə xüsusi statusu yox idi. Kürdüstan əyaləti 6 rayonundan ibarət idi, Garağşlağ, Karvaçar (Kəlbəcər), Qubadlı, Kuturli, Kürd-Həci və Muradxanlı. Laçın qəsəbəsi əyalətinin mərkəzi oldu.

1924 il Zaqafqaziya Mərkəzi statistika idarəsinin digər bir nəşriyyatında Kürdüstanın ümumi əhalisinin 35219 nəfər olduğu, ondan yüzdə 80.7-i kürdlər, yəni 28422 nəfər olduğunu qeyd edilir.Amma Sovet böyük ensiklopediyasının birinci nəşriyyatında Azərbaycanda (sadəcə Kürdüstanda deyil) Kürd əhalisinin ümumi sayı kimi 34098 rəqəmi qeyd olunur. Amma bu rəqəm Kürd əhalisinin Kürdüstanda sayısının artırılması düşünməyə əsas vermir, tam tərsinə 1925 il Türkiyədə kürd üsyanından sonra Azərbaycanda sığınacaq tapan kürdlərini Azərbaycan hakimiyyəti Kürdüstanda deyil (bu tamamilə məntiqli və başa düşülən olardı) Yevlaxda məskunlaşdırırdı. Başqa bir halda 181 Kürd ailəsindən Nərimanabad kəndi yaradılmışdır, sonuncu da Kürdüstan sərhədlərində deyildi. Sovet Azərbaycan hakimiyyəti Kürdüstan əyalətinin ya da ümumiyyətlə sözügedən ərazisində kürd faktorunun varlığı ilə heç həyəcanlı deyildi. Belə ki, sonrakı illərdə kürdlərə qarşı tətbiq olunan siyasəti kürd elementinin süni tənəzzülünə, assimilyasiyasına,siyahıyaalma siyahılarında türk azərbaycanlı kimi qeydiyyətdən keçirmək ilə məntiqinə gəlirdi.

Sovet Azərbaycan hakimiyyəti türkləşdirmə, ondan sonra uzunmüddətli məqsədi olan bu rayonların sonradan Dağliq Qarabağ Muxtar vilayətinin birləşdirilməsi və sonuncunun etnik obrazını dəyişməsi olan azərbaycanlaşdırma prosesini həvəsləndirirdilər.

1926 il birinci ümumittifaq siyahıyaalınmasının məlumatlarına görə Kürdüstan qəzasının ümumi əhalisi 51.426 nəfər idi, bundan 37128-i Kürd idi. Azərbaycanda Kürdlərin ümumi sayı 41193 nəfər idi, ondan 2649 nəfəri Naxçıvan Muxtar Respublikasında yaşayırdı.

Telegram kanalımıza abunə olun