2025

Mətbuat azadlığı Azərbaycanda, 3-cü hissə, jurnalistlərin susdurma üsulları

Jurnalistləri və fəalları susdurmaq üçün Azərbaycanda sadəcə həbslərlə məhdudlaşmırlar. Mobil telefonlarına giriş əldə etməklə və telefonları dinləməklə azərbaycan hakimiyyət orqanları onların bütün fəaliyyətlərini izləyirlər, şəxsi məlumatlarını əldə edirlər və bunları yayımlamaqla hədələyirlər. Bütün bunlar həmin ölkədə artıq ənənəvi iş üsuludur.

Bunu sübut edən ən məşhur halı Azərbaycandakı “Azadlıq” radiosunun jurnalisti, hüquq müdafiəçisi  Xədicə İsmayılova haqqındadır. 2010-2012-ci illər ərzində o əliyevlər ailəsinin korrupsiya əməliyyatlarının təhqiqatı ilə məşğul olub, ona görə də özünə qarşı. “etdiyin işi dayandır, yoxsa xəcalət çəkəcəksən” məzmunu ilə hədə-qorxu gəlib. Ondan sonra Azərbaycanın hakimiyyət orqanları əməli addımlar atdılar, İsmayılovanın iştirakı ilə evində quraşdırılmış gizli kameralar ilə çəkilmiş şəxsi videoçarxlar dərc ediblər. Bunları yayımlamaqdan sonra iqtidaryönlü media ilə jurnalistin hədəf alınması kampaniyasına start verilib, onu satqın və xarici güclərin, o cümlədən ermənilərin xidmətçisi kimi təqdim ediblər.

Sonradan İsmayılova bildirib.“Bəzən hiss edirəm ki, üzümü televizorda kadr kimi istifadə edirlər. satqınlardan danışanda adımı belə çəkmədən sadəcə üzümü göstərirlər”.

Qalmaqaldan sonra İsmayılovaya qarşı təqiblər dayanmayıb. 2014-cü il oktyabr ayında ona qarşı ölkədən çıxışa qadağa qoydular, dekabr ayında isə “intihara təhrik ittihamı ilə” həbs ediblər. Azərbaycanın hakimiyyət orqanları keçmiş həmkarını hətta ona qarşı şikayət yazmağa məcbur ediblər. Sonradan iş ortağı şikayətini geri götürdü, lakin hakimiyyət orqanları İsmayılovaya qarşı yeni ittihamlar irəli sürüblər. mənimsəmə, qanunsuz iş aparma, səlahiyyətdən sui istifadə. 2015-ci ildə İsmayılova 7.5 il müddətinə həbs edilib. Müraciətlərdən və geniş beynəlxalq reaksiyadan sonra 2016-cı il may ayında 3.5 il müddətinə şərti azadlıqdan məhrum etmə ilə hökm ləğv edilib, ölkədən çıxış qadağası isə 2021-ci ilə qədər qalmağa davam edib.

İsmayılovaya qarşı təqiblərinə beynəlxalq təşkilatlarının və ölkələrinin o cümlədən ABŞ-ın reaksiyasına baxmayaraq, Azərbaycan hakimiyyət orqanları onu təqib etməyə və fəaliyyətini məhdudlaşdırmağa davam ediblər. Xüsusi ilə 2021-ci ildə “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” (“OCCRP”) üzə çıxardı ki, Azərbaycan hakimiyyət orqanları müxalifətçiləri, jurnalistləri, fəalları və onların yaxınlarını izləmək üçün İsrailin “Pegasus” casus proqramından istifadə ediblər. Proqram telefon dinləmələri həyata keçirib, mobil telefon məlumatlarına çıxış təmin edib, sahibin xəbəri olmadan video çəkilişlər aparıb. Digər jurnalistlər arasında həmin proqramla Azərbaycan hakimiyyət orqanlarının hədəfi altında eləcə də Xədicə İsmayılova olub.

“Pegasus”la telefon dinlənilməsi barədə məlumat verildikdən sonra jurnalist, hüquq müdafiəçisi əqidəsini bildirib.“söhbətlərimizi necə gizli saxlamağı düşünürdük, bir-birimizə müxtəlif proqramlar və alətlər tövsiyə edirdik, lakin dünən anladım ki, çıxış yoxdur. Əgər dəmir qübbəyə qapanmırsan, onlar hər hansı şəkildə daxil olurlar”.

İsmayılovaya qarşı istifadə olunan üsullar, digər jürnalistləri susdurmaq üçün də istifadə olunub. 2019-cu ildə Azərbaycanda 17 yaşlı fəal, jurnalist Fatima Mövlamlının şəxsi xarakterli fotolarını və videolarını dərc ediblər. Videoları yerləşdirməzdən əvvəl güc strukturları onu qaçırıblar, təzyiqlərə məruz qoyaraq 5 sutka müddətinə həbs ediblər.

Digər bir fəal İlkin Rüstəmzadəyi arvadının fotolarını dərc etməklə hədələyiblər. Təhdidlərdən sonra Rüstəmzadə öz müxalifət fəaliyyətinə davam edib, bunun nəticəsində isə onun arvadının fotoları və telefon nömrəsi internetə düşüb. Aylar sonra eləcə də Rüstəmzadənin arvadının və onun keçmiş sevgilisinin fotoları yayımlanıb. İctimai qınaq fonunda cütlük boşandı.

Həm Mövlamlı, həm də Rüstəmzadə hakimiyyət orqanları tərəfindən “Pegasus” proqramı ilə izlənilən jurnalistlər arasındadır. “Pegasus” proqramı ilə izləmələri Azərbaycan hakimiyyət orqanları üçün işlər görməyin yeni üsuludur. Əvvəllər məlum olub ki,hakimiyyıt orqanları xüsusi casus cihazı vasitəsilə “Azercell” mobil operatorunun abonentlərinin telefon zənglərini və yazışmalarını izləyiblər. Hətta 2009-cu ildə Azərbaycanın Milli Təhlükəsizlik xidmətinə çağıraraq “Eurovision” da Ermənistan təmsilçisinə səs verən sadə azərbaycanlını təzyiqlərə məruz qoyublar.

Şəxsi məlumatlarını dərc etmə təhdidindən başqa jurnalistləri susdurmaq üçün Azərbaycanın güc strukturlarının nümayəndələri həm həbs edərkən, həm də həbs edəmədən onlara qarşı zorakılıq da tətbiq ediblər, bütün bunlar sistemli xarakter daşıyırdı. Bəzən fiziki zorakılıqdan xüsusi vəhşiliklə istifadə edilirdi. 2017-ci ildə jurnalist Nicat Əmiraslanova güc strukturları işgəncələr veriblər, dişlərini çıxarıblar.

Əmiraslanovun vəkili bildirib. “Əlləri və ayaqları titrəyirdi. Gördük ki, ümumiyyətlə dişləri yoxdur”.

Fiziki zorakılıqdan istifadə etməklə 2023-cü il sentyabr ayında jurnalist Nurlan Qəhrəmanlını müharibəyə qarşı post yazmamağa məcbur ediblər.

Əvvəllər, 2020-ci il müharibə zamanı azərabaycan güc strukturları onu Ermənistan xüsusi orqanları ilə əməkdaşlıqda ittiham ediblər, bu da öz növbəsində jurnalistləri ictimaiyyət arasında nüfuzdan salma və onlara qarşı dava açmağın qəbul edilmiş üsullarından biridir.

Təqdim edilmiş faktlar Azərbaycanda jurnalistlərin sıxışdırılması hallarının yalnız kiçik bir hissəsidir. Əliyev diktaturası altında bunlar davamlıdır və getdikcə artır.

Telegram kanalımıza abunə olun