2025

“Azərbaycanda mətbuat azadlığı”. (2-ci hissə) Jurnalistlərə qarşı yeni təqib dalğası Azərbaycanda

Jurnalistlərə qarşı təqiblər və təzyiqlər, mətbuata məhdudiyyətlər Azərbaycanda dövri xarakter daşıyır. Geniş auditoriaya malik müxalifət xəbər saytları bloklanmış vəziyyətdədir. Hakimiyyət orqanlarını tənqid edən, müstəqil məlumat verməyə cəhd edən bütün media təqiblərə məruz qalır.

2023-cü il noyabr ayından etibarən azərbaycan hakimiyyət orqanları xüsusi ilə “Abzas Media” xəbər saytı, “Toplum TV”, “Kanal 1”, “Kanal 13” youtube kanallarını hədəf altına alıblar. 2023-cü il noyabr ayının 20-də mülki geyimli polislər tərəfindən zorakılıq tətbiq edilərək “Abzas Media” xəbər saytının rəhbəri Ülvi Həsənli saxlanılıb. Eləcə də medianın ofisində axtarış aparılıb, güc strukturlarının açıqlamasına görə, 40 min avro tapılıb. Ertəsi gün, Azərbaycana qayıdarkən, yolda media platformasının baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Ondan sonra xəbər saytının direktorunun köməkçisi Məhəmməd Kekalov, əməkdaşlar-Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova da həbs ediliblər. Onlar 3 və ya 4 ay müddətinə həbs ediliblər, lakin jurnalistlər bu günə qədər azadlıqdan məhrumdurlar. Həbs edilən şəxslər barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb. Onları 8 il həbs gözləyir. Həsənlinin həbsindən sonra “Abzas Media” bəyanat yayıb, vurğulayaraq ki, xəbər saytının rəhbərinin həbsi onun jurnalist fəaliyyəti ilə və hakimiyyətin korrupsiya hallarının araşdırılması ilə məşğul olmaqla bağlıdır. Söz xüsusi ilə Artsaxın iğal olunmuş ərazilərində Əliyev ailəsinə məxsus şirkətlərinin korrupsiya əməliyyatlarının açıqlanmasından gedir.

Sayt bəyanat yayıb.“Bu qanunsuz həbsdə İlham Əliyev məsuliyyət daşıyır. Biz ölkə başçısının və onun tərəfindən təyin olunmuş məmurlarının törətdiyi korrupsiya cinayətləri ilə bağlı silsilə araşdırmaları dərc etmişik və düşünürük ki, Həsənlinin həbsi də bununla bağlıdır. Hesab edirik ki, xəbər saytımızı bağlamaq üçün və korrupsiya cinayətləri haqqında məlumatların dərcinin qarşısını almağa prezident Ülvi Həsənlinin həbsinə göstəriş verib”. Ülvi Həsənlinin həbsi zamanı polis əməkdaşlarından birinin ona ünvanladığı sual da bunu təsdiq edir. “Niyə Qarabağ haqqında yazmırsan? Niyə korrupsiya haqqında yazırsan?”.

Paralel olaraq “Abzas Media”-a və onun əməkdaşlarına iqtidaryönlü KİV tərəfindən də məlumat kampaniyası aparılıb.

Həbslərdən sonra “Abzas Media” artıq araşdırmalar dərc etmir və xəbərlərlə məhdudlaşır.

Yayılan bəyanata görə, 2024-cü il fevral ayından etibarən xəbər saytı öz araşdırma fəaliyyətini ölkə xaricində, xarici jurnalistlərin dəstəyi ilə davam edəcək. Almaniyada məskunlaşmış Leyla Mustafayeva isə saytın idarəçiliyini öz üzərinə götürəcək.

“Abzas Media”-dan başqa bu həbslər silsiləsi digər media orqanlarını da əhatə edib. “Kanal 13” youtube kanalının rəhbəri Əziz Orucov da həbs edilib O torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan quraşdırma işləri aparma maddəsi ilə ittiham olunub, bu da 1-3 il müddətinə həbs deməkdir. Sonra o, qaçaqmalçılıqda ittiham olunub və bu 8 ilə qədər həbs cəzası nəzərdə tutur. Orucovun dediyinə görə, özü jurnalist fəaliyyətinə təqiblərə məruz qalır, çünki “Kanal 13” etiraz aksiyalarını və insan haqlarının pozulmasını işıqlandırması ilə tanınır. Məntiqi olaraq onun həbsindən sonra Azərbaycan hakimiyyəti kanalı bağılayıblar.

Orucov elan edib.“Bu ölkədə jurnalistika cinayətdir. Doğru məlumatı ötürsəniz, asanlıqla həbs oluna bilərsiniz”. Eləcə də həmin kanalın əməkdaşı Rüfət Muradlı həbs edilib, xuliqanlıq ittihamı ilə 30 sutka müddətinə həbs edilib. Digər bir əməkdaşı Şamo Eminov qaçaqmalçılıqda ittiham olunub. Həbsdə olarkən Eminov hətta intihara cəhd edib.

Həbs dalğası “Kanal 11” yotube kanalının rəhbəri Teymur Kərimova da çatıb. Kərimov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Həbs olunmazdan əvvəl Kərimov dövlət məmurlarının fəaliyyətini tənqid etdiyindən və etiraz aksiyalarını işıqlandırmaq üçün mütəmadi olaraq hədələrə məruz qalıb.

Təhdidlər vasitəsilə hədə-qorxu ilə tələb etmə ittihamı ilə “azərinfo.az” xəbər saytının rəhbəri İbrahim Hümbətov (İbrahim Qubadoğlu) saxlanılıb. Həmin ittihamı ilə 2024-cü il yanvar ayının 13-də  “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev saxlanılıb. Günlər sonra “JAMnews” saytının jurnalisti Şahin Rzayev həbs edilib. O 15 sutkalıq həbs edilib, 50 manat inzibati cərimə olunub. Şahin Rzayev Facebook sosial şəbəkəsindəki statusuna görə saxlanılıb.

Azərbaycanın güc strukturları “Toplum Tv”-nin ofisində axtarış aparıb, onu araşdırmaçı-müxbir Xədicə İsmayıl idarə edirdi. Yuxarıdakı jurnalist karyerası boyu təqiblərə və həbslərə məruz qalıb. O “Pegasus” casus proqramı ilə azərbaycan hakimiyyət orqanları tərəfindən dinlənilmiş jurnalistlərdən biridir. “Toplum TV” fevral ayında Azərbaycanda növbədənkənar prezident seçkilərində baş verən pozuntularla bağlı nəşrlər dərc edib. Bundan sonra o hakimiyyətinin hədəfinə düşüb. Ofisə girdikdən sonra güc strukturları 4 jurnalisti Fərid İsmayılovu, Elmir Abbasovu, Müşviq Cabbarovu, Ramil Babayevi həbs ediblər. Digər bir əməkdaşı Ələsgər Məmmədli daha sonra həbs olundu. Onlar da qaçaqmalçılıqda ittiham olunublar. Həmin ittihamla “Məclis.info” saytının rəhbəri İmran Əliyev də həbs edilib. Həbslərdən başqa adıçəkilən media orqanları ilə əlaqəsi olan jurnalistlər də təzyiqlərə məruz qalıblar-bank hesablarının bloklanması, ölkədən çıxış qadağası.

Azərbaycan hakimiyyət orqanlarının göstərdiyi təqibləri sadəcə öz olkəsinin ərazisi ilə məhdüdlaşmır. Avqust ayının əvvəlində Gürcüstanda azərbaycanlı müxalif jurnalist Əfqan Sadıqov həbs edildi. Tiflis çox güman ki, onu Bakı hakimiyyətinə təhvil verəcək. Başqa bir müxalif jurnalist Əfqan Muxtarlı ilə olduğu kimi.

Azərbaycan hakimiyyətinin bu hərəkətləri Beynəlxalq insan haqları təşkilatlarının diqqətindən yayınmır. “Sərhədsiz reportyorlar” (Reporters Without Borders) beynəlxalq müşahidə təşkilatı həbsləri müstəqil jurnalistlərə qarşı ov adlandırıb, Avropa Şurasını Əliyevə öhdəliklərini xatırlatmağa çağırıb. Nəinki “Freedom House”, “Human Rights Watch”, eləcə də “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Bakı hakimiyyətinin müstəqil jurnalistlərə qarşı hərəkətlərini repressiya adlandırıb. Azərbaycanda jurnalistlərə qarşı yeni təqiblər dalğası həm də ABŞ-la münasibətlərdəki gərginliyin və erməni-amerika təmaslarının aktivləşməsinin nəticəsi kimi qiymətləndirilib, çünki adıçəkilən media və onların nümayəndələri hökumətyönlü KİV-də “Vaşinqtonun casusları” kimi təqdim edilib.

Telegram kanalımıza abunə olun