2025

1886-cı ildə aparılmış Rusiya siyahıyaalınmasının həqiqi rəqəmləri

1893-cü il Qafqaz qubernatorluğunun mülki hissəsinin Zaqafqaziya Statistika komitəsinin əmri ilə 1886-ci ildə ailə siyahıları əsasında formalaşmış Zaqafqaziya əhalisinin statistika məlumatları yayılıb[1].

Dövlət şurasınnın rəyi əsasında 1886-cı il fevral ayının 24-də rus imperatorunun razılığı ilə bütün Zaqafqaziyanın və Şimal Qafqazın şəhərlilərinin, kəndli və xarici əhalinin siyahılarının tərtibinə başlanıldı. Bunun forması Qafqaz qubernatorluğunun mülki hissəsinin rəhbəri tərəfindən Daxili işlər və maliyyə nazirlərinin razılığı ilə təsdiq olunmalıydı. Qafqaz qubernatorluğunun mülki hissəsinin rəhbəri general adyutant Dondukov-Korsakov Aleksandr ailə siyahılarının forması və qaydası, qaydalarının işlənib hazırlanması Qafqaz (sonradan Zaqafqaziya) statistika komitəsinə tapşırıb. Sözügedən komitənin işinə ali şura üzvləri, qubernatorlar, mərz qubernatorları və digər səlahiyyətli şəxslər iştirak etməli idilər.

Komitə tərəfindən ailə siyahılarının yenidən işlənmiş forması 1886-cı il aprel ayının 21-də qubernator tərəfindən təsdiqlənib.

Zaqafqaziya əhalisinin ailə siyahılarının tərtibi 1886-cı il may ayından başlanıb, həmin ilin sonunda başa çatıb. Qubernatorun tapşırığı ilə Zaqafqaziyanın vilayət (qəza) statistika komitələrinin təqdim etdiyi məlumatlarının işlənib hazırlanması komitənin baş katibi, baş redaktoru, dövlət müşaviri Nikolay Zeydlitsa tapşırıldı. Ailə siyahılarının nəticələrini nəzərdən keçirərək və həmin ildə regionun əsas hökumətinə Zaqafqaziya əhalisinin sayı və onun dini mənsubiyyəti haqqında cədvəllərini təqdim edərək baş katibi 1886-cı il dekabr ayının 17-də komitəyə siyahılarının tərtib etmə layihəsini təqdim edir. Ona görə, hər bir şəhər və kənd üçün aşağıdakı məlumatların daxil etməsi vacib idi. ailələrin sayı, kişi və qadın sakinlərin sayı, hər bir cinsin milliyyət, inanc və sinfə görə bölgüsü, yaşa, ailə dilinə, savadına görə kişi cinsi, ailələrin məşğulluğuna görə bölgüsü və şəhərlərin, kəndlərin əmlakı haqqında məlumatlar.

1887-ci il may ayının 19-da yuxarıda qeyd olunan layihə qubernator tərəfindən təsdiqləndi.

Komitə ailə siyahılarının materiallarının işlənib hazırlanmasına keçdi. Zəruri məlumatlar vilayətlərin (qəza) və mərzlərin rəhbərləri tərəfindən təqdim olunub.

1886-cı il ailə siyahılarına görə Yerevan quberniyasının 670.405 nəfər sakini var idi.

Yerevan quberniyasının şəhərlərinin (Yerevan, Aleksandropol, Naxçıvan, Yeni Bəyazid, Ordubad) kişi və qadın əhalinin ümumi sayı 57.594 nəfər idi. Milliyyətinə görə aşağıdakı mənzərəsi var idi. ruslar-403, yunanlar-321, kürdlər-38, ermənilər-39.941, tatarlar-16.732, digər millətlər (gürcülər, polyaklar, almanlar, yəhudilər, qaraçılar, imeretiyalılar)-159 nəfər.

Yerevan quberniiyasının qəzalarının (Yerevan, Aleksandrapol, Naxçıvan, Yeni Bəyazid, Sürməli, Şərur-Dərələyəz, Eçmiədzin) kişi və qadın əhalinin ümumi sayı 612.811 nəfər idi. Milliyyətinə görə aşağıdakı mənzərəsi var idi. ruslar-3.749, polyaklar-4, yunanlar-705, kürdlər-36.440, ermənilər-335.759, assuriyalılar-1.682, gürcülər-4, imeretiyalılar-143, tatarlar-234.325 nəfər.

1886-ci il ailə siyahılarında türk millətləri arasında osmanlı türklər, azərbaycanlı tatarlar, şimali tatarlar (qumuqlar) və kazan tatarları qeyd olunub. Azərbaycanlı tatarlar deyəndə İranın şimal-qərbindəki Atropatena vilayətinin ərazisindən Zaqafqaziyada məskunlaşan türk mənşəli sakinlərini nəzərdə tuturdular. Maraqlıdır ki, komitə cədvəllərdə millətlərin sırasını qeyd etdiyi zaman hansı prinsipi rəhbər tuturdu.

Yuxarıda qeyd olunan statistika məlumatları göstərirlər ki, erməni əhalisi Yerevan quberniyasının şəhərlərində və qəzalarında əksəriyyət təşkil edirdi.

[1] Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г.

Telegram kanalımıza abunə olun