2025
2024-08-10
Azərbaycan “Qərbi Azərbaycan” saxta terminini dövlət kanalları vasitəsi ilə yaymağa davam edir. bu dəfə Azərbaycandan kənarda yaşayan azərbaycanlı və əcnəbi gənclər hədəfdədir. Avqust ayının 6-da Berdzorda dünyanın 60 ölkəsindən 115-ə yaxın gəncin iştirakı ilə keçirilən “Diaspor gənclərinin 5-ci yay düşərgəsi” çərçivəsində “Qərbi Azərbaycan icması” təşkilatının rəhbərliyinin düşərgəçiləri ilə görüşü baş tutub.
Bu Heydər Əliyev fondu, Azərbaycan Respublikasının Diasporla iş üzrə Komitəsi tərəfindən təşkil olunmuş növbəti tədbiri idi. Görüş zamanı “Qərbi Azərbaycan icması” təşkilatının üzvləri Ermənistan Respublikasının ərazisinə azərbaycan açıq ambisiyaları, saxta “Qərbi Azərbaycan” tezisi haqqında çıxış ediblər. Tədbirdə “Qərbi Azərbaycana yaxından baxış” adlı sənədli filmi nümayiş olunub, Ermənistan Respublikasının tarixi-memarlıq abidələrinin, təbii gözəlliklərinin fotolarını “qədim azərbaycan” kimi göstərilib.
Digər abidələr arasında “qədim Azərbaycanın ərazisindəki abidəsi” kimi Sisian bölgəsində yerləşən Zorakarer (Qoşundaş) tarix-mədəniyyət qoruğunu da təqdim edilir.
Azərbaycan dövlət təbliğatı sadəcə erməni irsinin mənimsəməsi ilə məhdudlaşmır. o həmçinin İranın Atropatena vilayətinin mədəni irsini də daxil edir.
Azərbaycan tərəfindən aparılan regionun irsinin şəxsiyyətinin saxtalaşdırılması və özəlləşdirilməsi siyasəti Ermənistan Respublikasına və ümumiyyətlə regiona olan Azərbaycanın ambisiyalarını leqallaşdırılmasına meyllidir.
Azərbaycan tərəfindən erməni mədəni irsinin mənimsəməsi və təhrif edilməsi, apardığı ekspansionizm siyasəti erməni xalqına və Ermənistan Respublikasına təhdiddir. Xüsusilə gənc nəslin nümayəndələri Azərbaycan hakimiyyətinin hədəfindədirlər. Onlara regionun tarixi və mədəniyyəti haqqında ermənilərə qarşı nifrətlə dolu, təhrif olunmuş fikirlər təqdim olunur. Əliyev rejimi tərəfindən təşkil olunan, “beyin yuması” baş verən tədbirlər keçirilir.
Beləliklə, buna oxşar tədbirlərin təşkil etməsi və bunlarda gənclərin daxil etməsi göstərir ki, azərbaycan dövləti ermənilərə nifrət siyasətinin nəsil dəyişməsini təmin etməyi qarşısına vəzifə qoymuşdur.