2025

1905-ci il Naxçıvanda erməni-tatar toqquşmaları

1905-ci il fevral ayının 6-da Bakıda başlayan erməni-tatar millətlərarası döyüşləri Naxçıvana da sirayət edib, orada türk və tatar rəhbərləri aktiv şəkildə fəaliyyət göstərirdilər. Onlar Naxçıvanın erməni əhalisini panislamizm və pantürkist proqramlarının həyata keçirilməsi yolunda təbii maneə kimi qəbul edirdilər, buna görə də ermənilərin məhv edilməsi lazım idi. Qırğınların təşkil etməsinə eləcə də Naxçıvanda Çar hakimiyyəti tərəfindən vali təyin edilmiş Alixanov-Avarski[1] töhfə verib. Adı çəkilən şəxs Makunun xanlar və bəylər ilə əməkdaşlıqda 1905-ci il may ayının 12-15-də ermənilərin üç günlük qırğını həyata keçirib. Cinayətkarlar həmin günlərdə çoxlu evlər yandırıblar, çoxlu sayda ermənini qərat edərək öldürüblər. 400-ə yaxın erməni öldürülübdü, çoxlu yaralılar da var idi[2]. Rəsmi məlumatlara görə, qırğınlar ərzində Naxçıvan rayonunda 47 erməni kəndi hücuma məruz qalıb, bundan yalnız beş kəndi təsir görməmişdir. 18 kənd öz “mal-qaranın bir hissəsini itiribdi”, 10 kənd qismən, 19 kənd isə tamamilə dağıdılıb, yandırılıbdı və ermənilər isə deportasiya edilibdi... ermənilərə məxsus 2240 ev və mağazaqarət edilibdi, bundan 138-i yandırılıbdı, 20 kilsə dağıdılaraq murdarlanıbdı. Yalnız Naxçıvanda ermənilərə dəymiş maddi ziyanı 1 285 366 rubl qiymətləndirilibdi[3].

Zaqafqaziyada vəziyyət yalnız 1906-cı ilin birinci yarısından etibarən sakitləşməyə başlamışdı. Tatar cinayətkarlara qarşı əsasən Daşnak döyüşçüləri qəti tədbirlər görüblər. Partiya tərəfindən regiona göndərilən Sargis, Murad Sebastatsi, Xeço və digərləri özünumüdafiə əməliyyatları təşkil edibdilər, bunun sayəsində də sonrakı qırğınların qarşısını alınıb və bir müddət pantürkist agentlərinin, tatar kütlələrinin həvəsi donduruldu.

Əlavə edək ki, qırğınlardan sonra 1908-ci il yanvar ayının 15-16-da Naxçıvanda məhkəməsi baş tutmuşdu, yalnız 24 nəfər məhkum edilibdi, onlar da sonradan bəraət aldılar. Baş verənlər regionda cəzasızlıq presedenti yaradıb, türk-tatar cinayətkarları bundan həvəslənmiş ermənilərə qarşı daha genişmiqyaslı qırğınlar təşkil etdilər.

Qordon Braun tərəfindən çəkilmiş foto. Naxçıvanda zəngin erməninin evi alovda.

[1] Mikayel Varandyan öz “E. İ. F. Daşnaktsutyun tarixi” kitabında onu Tatardan doğulmuş biri kimi təqdim edir, lakin rus mənbələrində o mənşəcə avar general-leytenant kimi qeyd edilir.

[2]Detallı Mikayel Varandyanın “E. İ. F., Daşnaksutyun tarixi” əsərində bax, Yerevan, 1992, sayfa 313-320.

[3]В. Иванов, Деарменизация Нахиджевана в XX веке, газета "Ноев Ковчег" № 22 (228), Декабрь (1-15) 2013 года.

Telegram kanalımıza abunə olun