2025

44 günlük müharibəsindən sonra intihar edən hərbçilər

44 günlük müharibəsindən sonra Azərbaycan Respublikasında hərbçilər arasında intiharların sayı xeyli dərəcədə artıb, həmin rəqəm otuzdan çox olur. Qeyd etməyə dəyər ki, intihar edən şəxslərin çoxu hərbi əməliyyatlar zamanı əldə edilən uğurlara görə təltif edilən şəxslərdir. Hərbçilər arasında intiharların belə artması xüsusilə müharibədən sonrakı dövrdə 2021-2022-ci illər ərzində nəzərə çarpır[1]. Azərbaycan hakimiyyət orqanları baş verən intihar hadisələri mövcud sosial problemlərlə, psixi pozğunluqlarla əlaqələndirirlər.

Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlarına görə (onun düzəltməyə ehtiyacı var), hərbçilar arasında intiharlar müxtəlif şəraitdə, müxtalif vasitələrlə törədilib[2].

Faiz nisbətə görə 44 günlük müharibəsindən sonra azərbaycanlı hərbçilərinin intiharları

44 günlük müharibəsində iştirak etmiş azərbaycanlı hərçilər arasında özünü yandıraraq intihar halları.

Elvin Cəfərov “Mauqli”

Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü dərəcə 44-günlük müharibəsi əlili, 1987-ci il təvəllüdlü. Sosial durumunun ağır olmasına və icra başçısının laqeyd münasibətinə görə intihar edib[3]. İctimaiyyət arasında o “Mauqli” ləqəbi ilə tanınıb, həmin ləqəb hərbi əməliyyatlar zamanı aldığı taqşırığını yerinə yetirərkən alıb (guya ermənilərin Berdzor (Laçın) meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmiş[4]).

Nizaməddin İbadov

44 günlük müharibəsinin iştirakçısı 33 yaşlı Nizaməddin İbadov Biləsuvar rayonunun Səmədabad kənd sakini idi. Öz evinin önündə özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb[5]. Qeyd etməyə dəyər ki, İbadov Azərbaycanın müvafiq orqanları tərəfindən “Xocavəndin (erməni Martuni) azad olunmasına görə” medalı ilə təltif edilmişdi[6].

Elvin Alıyev

1992-ci il təvəllüdlü Ağstafa şəhər sakini, 44 günlük müharibəsinin iştirakçısı Alıyev üzərinə neft töküb özünü yandıraraq intihar edib[7], bədənin 70 faizinin yandığı məlum olub. Onu Bakı xəstəxanasına yerləşdiriblər, orada da dünyasını dəyişib[8].

Ardı var...

[1] 27sentyabr.az, Azərbaycandamüharibəveteranıintiharlarıvəsosialişintəşkiledilməsininəhəmiyyəti: https://27sentyabr.az/552/,(giriş 26.06.2024).

[2] Eyni yerdə.

[3] Foto.info.az, Vətən müharibəsi qazisi Elvin Cəfərov intihar etdi: https://foto.info.az/gundem/11067-vtn-muharibsi-qazisi-elvin-cfrov-intihar-etdi.html (giriş 26.06.2024).

[4] Modern.az, Prokurorluq qazinin intiharı ilə bağlı araşdırmalara BAŞLADI: https://modern.az/hadise/358492/prokurorluq-qazinin-intihari-ile-bali-arasdirmalara-basladi/ (giriş 26.06.2024).

[5] Foto.info.az, Daha bir Qazı intihar etdi: https://foto.info.az/gundem/15587-daha-bir-qazi-intihar-etdi.html (giriş 26.06.2024).

[6] Buta.media, Özünü yandıran qazi vəfat etdi – foto:

https://buta.media/az/guc-strukturlari/20439/zunu-yandiran-qazi-vefat-etdi-foto/ (giriş 26.06.2024).

[7] BIZIM.MEDIA,Vətən müharibəsinin iştirakçısı Bakıda xəstəxanada öldü - SƏBƏB/FOTO; https://a.bizim.media/az/cemiyyet/198596/veten-muharibesinin-istirakcisi-bakida-xestexanada-oldu-sbbfoto/, (giriş 26.07.2024).

[8] Foto.info.az, Bir neçə gün əvvəl Ağstafada özünü yandıraraq intihar edən qazi vəfat edib: https://foto.info.az/gundem/19299-bir-nec-gun-vvl-agstafada-ozunu-yandiraraq-intihar-edn-qazi-vfat-edib.html, (giriş 24.07.2024).

Telegram kanalımıza abunə olun