2025
Bu yaxınlarda Vatikanın “L Osservatore Romano” rəsmi qəzeti “A Khudavang, Ganjasar e Khatiravang tra le nuvole” (“Dadivanq, Gandzasar və Xatravanq buludlarda”) başlığı ilə məqalə nəşr etdi, həmin məqalədə erməni irsinin ən mühüm abidələri Dadivanq, Gandzasar və Xatravanq alban mirası kimi təqdim olunur. Məqalədə Azərbaycana öz səfərlərindən bəhs edən publistik yazının müəllifi Rosella Fabiani qeyd edir ki, “Garabagh”-a səfər edib (məqalədə vurğulanır) və alban irsinin məşhur monastırları ilə tanış olub.
Qeyd etməyə dəyər ki, məqalənin heç bir elmi əsası yoxdur və yalnız müəllifin müşahidələrinə, təəssüratlarına əsaslandığı elmin standartlarına ziddir. Həttə məqalənin başlığında erməni abidələrinin azərbaycanlaşdırılmış adlarının istifadəsi belə göstərir ki, azərbaycan dövlət təbliğatı Vatiikanın rəsmi qəzetində də yer alıb.
Azərbaycan tərəfindən erməni mədəni irsinin “albanlaşdırma” tezisinin haqqında dəfələrlə “Geğard” fondunun akademik platformasında təqdim olunub. Qeyd etməliyik ki, erməni mədəni irsinin bu zorla mənimsəmə mexanizmi yeni beynəlxalq platformaları cəlb edir. Bunun əsasında təbii olaraq Azərbaycanın zəngin neft nənayesi və dövlət tərəfindən beynəlxalq strukturların, təşkilatların fəaliyyətinə külli miqdarda vəsait qoyması dayanır. Bir tərəfdən Azərbaycan guya özünün “multikultural və demokratik” imicini yaradır, digər tərəfdən isə erməni mədəni irsinin zorla mənimsədiyi mexanizmlərini “beynəlmiləlləşdirir” və tarixin saxtalaşdırılması təkcə dövlətdə deyil , beynəlxalq platformalarda da səslənən nəzəriyyəyə çevirir. Aylar əvvəl Polşada sözdə “alban irsinin” foto sərgisi təşkil olundu, Azərbaycan səfirliyinin fəal təsiri olmuşdur. Bütün bunlar erməni irsinin kimliyinin təhrif edilməsinə, tarixi faktlarının saxtalaşdırmasına və beynəlxalq platformalarda həmin tezislərin yayılmasına təhlükəli zəmin hazırlayır.
“Geğard” fondu əliyev diktatura rejiminin bütün mümkün vasitələri ilə erməni mədəni irsinin zorla mənimsəmə siyasətini pisləyir. Beynəlxalq nüfuzlu elmi təşkilatları, strukturları, KİV-i azərbaycan anti-erməni dövlət təbliğatına boyun əyməməyə çağırır.