2025

Azərbaycan hakimiyyət orqanları tərəfindən təqib olunan Talış ictimai xadimləri

Armine Xanpikyan

Azərbaycanda milli azlıqlara qarşı aparılan siyasətinin araşdırması aktualdır və böyük elmi əhəmiyyətə malikdir. Azərbaycanda Talış xalqına qarşı aparılan siyasətini araşdıraraq demək olar ki, mübarizə əsasən ideoloji dairə kimi Talış ziyalılarına qarşı yönəlmişdi.

Aşağıda Azərbaycan hakimiyyət orqanları tərəfindən təqib olunan Talış ictimai xadimləri, tarixçiləri və fəalları təqdim olunur.

Fəxrəddin Abbasov

Millətcə talış alimi, tarixçisi, politoloqu Fəxrəddin Abbasov 1956-cı ildə Lerik rayonunun Blaband kəndində anadan olub. bir neçə lüğətin və talış dilində yazılmış başqa əsərlərin müəllifidir. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini[1] bitirib. Sankt-Peterburq şəhərində “Tolış” qəzetinin baş redaktoru[2] olub.

Abbasovun həbsi barəsində ziddiyyətli məlumatlar var.

Hələ 2019-cu il mart ayının 1-də DTX Fəxrəddin Abbasovun Heydər Əliyev adına Hava Limanında saxlanılması ilə bağlı xəbər yayıb. Lakin onun yaxınları isə Azərbaycan xüsusi xidmət orqanlarının 2019-cu ilin fevral ayında onu başqa ölkədən gətirdiklərini iddia edirlər[3].

Avropa Şurasına yönəlmiş Talışların İctimai Şurasının hazırladığı Alternativ Hesabatında da qeyd edilir ki, millətcə talış xadimi Rusiya Federasiyasında həbs edilib, ondan sonra Azərbaycan Respublikasına[4] gətirilib.

Abbasov CM-in 281.2-ci (Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlar), 283.1-ci (milli nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) və 274-cü (dövlətə xəyanət) maddələri[5] ilə təqsirli bilinib. Fəxrəddin Abbasov Azərbaycan hakimiyyət orqanlarının sifariş ilə həbsxanada öldürülən Talış xadimlərindən biridir.

Qeyd etməyə dəyər ki, Abbasovun öldürülməsindən əvvəl Talış mediası Qobustan həbsxanasında onun təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edirdi. Azərbaycanda Abbasovun saxlanıldığı Qobustan həbsxanasında guya koronavirus epidemiyasının yayılması ilə bağlı xəbərlər yayılırdı. Talışlara görə bu xəbərlərin yayılması sonradan onun qətlinə haqq qazandırmaq üçün əsas yaradırdı[6].

Həbsda olan Abbasov, yaxınlaşan təhlükəni sanki hiss edərək, demiş.“Məni Qobustan həbsxanasına gətirildikdən sonra İstintaq orqanının nümayəndələri mənimlə “danışmağa” gəldilər. Onlar dedilər ki, mənim üçün dözülməz şərait yaradacaqlar, buna görə intihar etməli olacam...”[7].

“Həttə indi də həyatım üçün təhlükə var. Mən bunu hiss edirəm və hər an gözləyirəm. Buna görə də aşağıdakıları bəyan edirəm-başıma gələn və ölümümə səbəb olan hadisələr iradəmin əleyhinə olacaq. Mən bütün sevdiklərimə, həmrəylərimə demək istəyirəm ki, heç bir halda inanmasınlar ki, intihara əl atmışam[8]”.

Diqqətə layiqdir o ki, həttə azərbaycan tərəfi qeyd edir ki, guya 2020-ci il noyabrın 9-da Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib, həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib[9].

İntihar səbəbi kimi qeyd olunur ki, F.Abbasov həbsxanada saxlanıldığı son dövrlərdə azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatlarını hiddətlə qarşılayıb, Şuşi şəhərinin “azad olunmasından isə” dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb[10].

F.Abbasov son iillər ərzində Azərbaycanın həbsxanasında öldürülən ikinci Talış ziyalısı idi. Ondan əvvəl 2009-cu ildə Talış tədqiqatçı, filosof, professor Novruzəli Məmmədov həbsxanada öldürülüb[11].

Tolışi Sedo” (“Talışların səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov

Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Azərbaycanın Astara rayonu, Ərçivan kəndində anadan olub. Azərbaycan Xarici Dillər Universitetində ingilis filoloqiyası fakültəsini bitirmiş. 2007-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmiş, 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdir[12].

Novruzəli Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib. O, Talış Mədəniyyət Mərkəzinə[13] də rəhbərlik edirdi.Paralel olaraq iki dildə nəşr olunan “Tolışi Sedo” (“Talışların səsi”) qəzetinin redaktoru idi.

2007-ci ildə Novruzəli Məmmədov saxlanılıb işgəncələrə məruz qalıb, o İran kəşfiyyatı ilə əməkdaşlığı haqqında dindirilib[14]. 2007-ci ildə N.Məmmədov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilib, lakin özünü təqsirli bilməyib[15]. Həbsxanada öldürülüb. Qətldən sonra Azərbaycan hakimiyyət orqanları tərəfindən onun ailə üzvləri təqiblərə məruz qalıb.

Novruzəli Məmmədovun həbsdən sonra onun oğlu Kamran Məmmədov naməlum şəxsləər tərəfindən vəhçicəsinə döyülüb. Növbəti gün Kamran dünyasını dəyişib. Digər oğlu Emil Məmmədov avtoqazaya düşüb[16]. Ailənin yeganə sağ qalan üzvü, Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova ölkəni tərk edərək Niderland Krallığında[17] siyasi sığınacaq istəmək məcburiyyətində qalıb.

Novruzəli Məmmədovun və ailəsi haqqında çəkilən “Bir ailənin faciəsi” filmi Niderland Krallığının Rotterdam şəhərində KİFT Beynəlxalq Film Festivalında nümayiş olunacaq[18].

Gənc fəal Aslan Qurbanov

Gənc fəal Aslan Qurbanov sosial şəbəkələrdə fəaliyyətinə, media platformalarında dövlət əleyhinə təbliğat aparmaq üçün 2020-ci il iyul ayında saxlanılıb, 2021-ci ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.1-ci (milli, dini, sosial ayrı-seçkilik salma) maddələri ilə Qurbanov 7 il müddətinə həbs olunub[19]. Qurbanovun hökmünün qanuni qüvvəyə minənədək onu cəzaçəkmə müəssisəsinə aparıblar, orada işgəncələrə məruz qalıb. Gənc fəal azərbaycan hakimiyyət orqanları tərəfindən separatçı kimi təqdim olunub. Ailə üzvləri qeyd edirlər ki, belə bir keyfiyyət daha sonra həbsxanada onun ölümünü təşkil etmək üçün əsas olacaq[20].

Talış fəalı Elvin İrşadov

Milliyətcə Talış Elvin İrşadov 1990-cu ildə Astara rayonunda (daha sonra Lənkaran rayonunda məskunlaşıb), çoxlu Talış gənci kimi sosial şəbəkələrdə öz göstərdiyi fəaliyyətinə uzun müddət hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub[21]. Gənc Talış sosial səhifələrdən istifadə edərək millətinin problemlərindən danışırdı[22].

İrşadov tərəfindən yayılmış videoda indiki Azərbaycan hakimiyyət orqanları tərəfindən Talış xalqına ait dəyərlərinin məhv etməsindən danışılır. Talış fəalı 1995-ci ildə nəşr edilmiş Azərbaycan tarix kitabını təqdim edir, kitabda Talış Xanlığının adı çəkilir, bu Lənkərən xanlığı adlandırıldığı Talış Xanlığı müasir dərsliklərin məzmunu ilə ziddiyyət təşkil edir[23].

Talış fəalı çıxışını bu sözlərlə yekunlaşdırır:“Bu kitab Azərbaycan tarixi 9-cu sinif dərsliyidir, 1995-ci ildə nəşr olunubdur, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş dərslikdir. Heydər Əliyev dönəmində nəşr olunmuş bir kitabdır. Nəyə görə bu kitaba istinad etmək istəyirəm, çünki Azərbaycan tarixini yazan tarixçilər son dövrlər iddia edirlər ki, tarixdə “Talış” xanlığı adında bir xanlıq, dövlət qurumu mövcud olmamışdır. O iddiaların nə dərəcədə əsassız olduğunu indi görəcəyik. Bu kitabda xanlıqlar bölməsi var – İrəvan, Naxçıvan və Talış xanlıqları başlığı ilə.

Talış Səfəvi dövləti tərkibində özünəməxsus yer tuturdu, bəzən daxili idarəetmədə müstəqiliyə nail olurdu. Gördüyünüz kimi Talış Səfəvi dövləti tərkibində ayrıca bir ərazi vahidi kimi qeyd olunur...

1995-ci ildən bu yana nə dəyişdiyini başa düşmək istəyirəm. Nəyə görə Talış xanlığın adı məhz Lənkərən Xanlığı adı altında təhrif olundu. Yeri gəlmişkən bu kitabda Talış Xanlğı istisna heç bir xanlığın adı dəyişdirilməyib, yalnız Talış Xanlığının adı. Əlbəttə tutarlı bir arqument gətirə biməzlər, çünki zatən tutarlı bir arqument yoxdur. Cavabı əslində bəllidir-Talış Xanlığı və Talış adı ümumiyyətlə tarixdən çıxarılır[24].

Deyilənlərdən aydın olur ki, Azərbaycanda Talış xalqı və ümumilikdə bu ölkədə yaşayan milli azlıqlar öz milli simasını və etnik kimliyini qorumaq hüququndan məhrumdurlar. Faktlarla sübut olunduğu kimi xüsusilə etnik kimliklərini qoruması, söz azadlığı, vətəndaş hüquqları ilə bağlı problemlərini qaldırmağa çalışarkən onlar müntəzəm olaraq təzyiqlərə, həbslərə və işgəncələrə məruz qalırlar.

Gündüz Ağayevin karikaturası

[1]Stimulxəbər.az, Fəxrəddin Abbasovun erməni kəşfiyyatı ilə şok planları – FAKTLAR:

https://stimulxeber.az/manset/30958-fexreddin-abbasovun-ermeni-keshfiyyati-ile-shok-planlari-faktlar.html (Giriş 12.05.2024).

[2]Eyni yerdə.

[3]BBC NEWS Azərbaycanca, Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasov sağ-salamatdır: https://www.bbc.com/azeri/azerbaijan-52286801  (Giriş 12.05.2024).

[4]Azərbaycan Respublikasında Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişinin” talış xalqına münasibətdə 2016-2021-ci illər ərzində realizəsi ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının hazırladığı Alternativ Hesabat, səhifə 11.

[5]Turan.az, Fəxrəddin Abbasov həbsxanada intihar edib:

https://turan.az/az/cemiyyet/fexreddin-abbasov-hebsxanada-intihar-edib  (Giriş 12.05.2024).

[6] Talyshistantimes.com, SOS! ГОТОВИТСЯ УБИЙСТВО ФАХРАДДИНА АБОСЗОДА В ГОБУСТАНСКОЙ ТЮРЬМЕ: https://www.talyshistantimes.com/content/covid  (Giriş 12.05.2024).

[7] Известный талышский активист скончался в тюрьме Азербайджана, 13 ноября 2020: https://oc-media.org/ru/izvestnyy-talyshskiy-aktivist-skonchalsya-v-tyurme-azerbaydzhana/  (Giriş 06.05.2024).

[8] Oc-media.org, Известный талышский активист скончался в тюрьме Азербайджана: https://oc-media.org/ru/izvestnyy-talyshskiy-aktivist-skonchalsya-v-tyurme-azerbaydzhana/  (Giriş 12.05.2024):

[9] Report.az, Penitensiar xidmət: Fəxrəddin Abbasov Şuşanın azad olunmasından dərin psixoloji sarsıntı keçirərək intihar edib: https://report.az/hadise/penitensiar-xidmet-fexreddin-abbasovun-intihari-ile-bagli-melumat-yaydi/  (Giriş 12.05.2024).

[10] Eyni yerdə.

[11] Azərbaycan Respublikasında Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişinin” talış xalqına münasibətdə 2016-2021-ci illər ərzində realizəsi ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının hazırladığı Alternativ Hesabat, səhifə 11.

[12] Avesta Talysh, Talış milli fəalı Novruzəli Məmmədov və ailəsini necə öldürdülər? – GÜNAHKARLARIN SİYAHISI: https://avestatalysh.com/2016/08/18/talis-milli-f%C9%99ali-novruz%C9%99li-m%C9%99mm%C9%99dov-v%C9%99-ail%C9%99sini-nec%C9%99-oldurdul%C9%99r-gunahkarlarin-siyahisi/  (Giriş 13.05.2024).

[13] https://www.azadliq.org/a/1802349.html  (Giriş 13.05.2024).

[14] Amerikaninsesi.org, Avropa məhkəməsi Novruzəli Məmmədovun işi üzrə Azərbaycanı cərimələyib: https://www.amerikaninsesi.org/a/avropa-m%C9%99hk%C9%99m%C9%99si-novruz%C9%99li-m%C9%99mm%C9%99dovun-i%C5%9Fi-%C3%BCzr%C9%99-az%C9%99rbaycan%C4%B1-c%C9%99rim%C9%99l%C9%99yib/4797920.html (Giriş 18.05.2024).

[15] Irfs.org, NOVRUZƏLİ MƏMMƏDOV DOĞULDUĞU KƏNDDƏ DƏFN EDİLİB: https://www.irfs.org/az/news-feed/novruzali-mammadov-buried-in-his-native-village/  (Giriş 13.05.2024).

[16] Mikroskopmedia.com, Həbsxanada həyatını dəyişən “Tolışi Sedo” qəzetinin təsisçisi Novruzəli Məmmədov haqqında film Beynəlxaq Festivalda nümayiş olunacaq. https://mikroskopmedia.com/2018/03/09/h%C9%99bsxana-h%C9%99yatini-d%C9%99yis%C9%99n-tolisi-sedo-q%C9%99zetinin-t%C9%99siscisi-novruz%C9%99li-m%C9%99mm%C9%99dov-haqqinda-film-beyn%C9%99lxaq-festivalda-numayis-olunacaq/ (Giriş 13.05.2024):

[17] Eyni yerdə.

[18] MEYDAN.TV çəkilmiş film festivalda nümayiş olunacaq: https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/novruzeli-memmedov-haqqinda-cekilmis-film-festivalda-numayis-olunacaq/ (Giriş 13.05.2024).

[19] Azadlıq.org, Bloqer qapalı həbsxanaya göndərilir: https://www.azadliq.org/a/bloqer-aslan-qurbanov/31629721.html (Giriş 29.05.2024).

[20] Azərbaycan Respublikasında Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişinin” talış xalqına münasibətdə 2016-2021-ci illər ərzində realizəsi ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının hazırladığı Alternativ Hesabat.

[21] Azadlıq.org, Sosial şəbəkə fəalı həbs olunub: https://www.azadliq.org/a/sosial-%C5%9F%C9%99b%C9%99k%C9%99-f%C9%99al%C4%B1-h%C9%99bs-olunub/30622049.html (Giriş 31.05.2024).

[22] Azərbaycan Talışların İctimai Şurası - Azərboyconi Tolışon İctimoi Şura:

https://www.facebook.com/TalishlarinIctimaiShurasi/photos/a.104108874425483/159785425524494/?type=3&amp%3Bsource=54&amp%3Bpaipv=0&amp%3Beav=AfY4MMcerYFg0CkavPZQpoTSDcNqENE14V3fO9-UEy4aYUgeg69QM3G2Qa-EkUUVVIo&amp%3B_rdr (Giriş 31.05.2024).

[23] Infoteka24.ru, В Азербайджане уничтожают любое упоминание о талышах: задержан талышский активист Эльвин Иршадов: https://infoteka24.ru/2020/05/19/63748/  (Giriş 31.05. 2024).

[24] Eyni yerdə.

Telegram kanalımıza abunə olun