2025

Azərbaycanda siyasi məhbusların sayı günbəgün artır

2024-07-09

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya görə, ölkədə siyasi məhbusların sayı 288 nəfərə çatıb, 2023-cü ilin dekabrında isə dərc edilən məlumatlara görə 245 nəfər idi.

Ümumilikdə, siyahı 7 qrupa təsnif edilib:“Jurnalistlər və blogerlər”, “müxalifət partiyaları və hərəkatların üzvləri”, “Almaniyadan deportasiya olunan mühacirlər”, “Tərtər işi” üzrə məhkumlar, “dindarlar”, “Gəncə işi” üzrə məhkumlar, “ömürlük məhkumlar”[1].

Bununla yanaşı “Gəncə işi” üzrə müttəhimin cəza müddəti başa çatdığına görə siyahıdan çıxarılıb. “Jurnalistlər və blogerlər” qrupuna 9 yeni ad daxil olub və bu kateqoriyadan olan siyasi məhbusların sayı 20 nəfərə çatıb. “Partiyalar və ictimai təşkilatların üzvləri” qrupunda da siyasi məhbusların sayı 9 nəfər artaraq 22 nəfərə çatıb. “Dindarlar” kateqoriyasına 25 yeni siyasi məhbus daxil olub. Hazırda onların sayı 208 nəfərdir.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə bildirib ki, siyasi məhbusların sayının artması narazılıqların artması ilə bağlıdır.“Ölkədə narazılıqlar çoxdur. Narazı olanların, problemi olanların həll etmirlər. Hakimiyyət vəziyyətdən çıxışı problemin həllində yox, narazıları həbs etməkdə görürlər”.

Adı çəkilən əlavə edib ki, son aylarda dindarların və jurnalistlərin həbsi kəskin çoxalıb. Dindarlara qarşı əməlli-başlı kampaniya aparılır. Onları narkotik ittiham ilə və ya əsassız ittihamla həbsə atırlar, əsas səbəb isə dindar olmalarıdır. Belə davam etsə narazılıqlar və etirazlar da çox olacaq[2].

Martın əvvəlində hüquq müdafiəçiləri qeyd edirdilər ki, İranla münasibətlərin pisləşməsi fonunda Azərbaycanda siyasi repressiyaların vektoru qərbyönlü fəallardan “Müsəlman Birliyi” üzvlərinə keçdi. Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənovun dediyinə görə son 2-3 ay ərzindənarkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 90 nəfər həbs edilib. Onların həbsləri İranın casusluq şəbəkəsini ifşa etmək üçün aparılan təbliğatla müşayiət olundu, lakin onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunublar[3].

Bu mövzuya Azərbaycanda müxalif siyasətçi Əli Kərimli mütamədi olaraq istinad edir. Adı çəkilən qeyd edir ki, Azərbaycanda siyasi məhbusların sayı narahat edicidirvə ölkədə repressiyalar genişvüsət alıb.“Azərbaycanda hər bir milyoninsana 26 siyasi məhbus düşür, Rusiyada isə 600 nəfər siyasi məhbus var. Orada hər bir milyon insana 4 nəfər siyasi məhbus düşür. Azərbaycanda siyasi məhbusların sayı Rusiyadan belə təqribən 6-7dəfə artıqdır. Azərbaycanda 30 ildi vəziyyət belədi...Hamıya aydın olur ki, repressiyalar Azərbaycan cəmiyyətinin bütün spektrini əhatə eliyir: dindarlar, Qərbə inteqrasiya tərəfdarları, qadınlar, yaşlılar, cavanlar, savadlılar, savadsızlar. Bugün ölkənin ən savadlı insanları həbsxanalardadı”. Müxalifətçinin fikrincə hakimiyyət hamını eyni səviyyədə görür: qadın-kişi, yaşlı-cavan, savadlı-savadsız, Qarabağda döyüşən-döyüşməyən. “Yetər ki, sən Azərbaycanı sevirsənsə, azad sözünü deyirsənsə, tabe olmursansa, bu ölkədə dəyişiklik istiyirsənsə sən artıq qara siyahıdasan[4]”.

Bununla yanaşı rəsmi Bakı mövcüd olan bütün faktlarına baxmayaraq ölkəsində siyasi məhbusların olduğunu inkar etməyə davam edir.

Bütün bunlardan sonra Bakı hakimiyyət orqanları tərəfindən insan hüquq və azadlıqlarından danışması, hüquqi normaların dəyişdirilməsi platformasında qonşu ölkələrə tələblər irəli sürülməsi, ölkədə milli azlıqların hüquqlarının “qorunmuş” olduğunu vurğulaması ən azı cəfəngiyyatdır.

[1]‘Azərbaycanda 200-dən çoxsiyasiməhbusvar’ - hüquqmüdafiəçiləri, https://www.azadliq.org/a/azerbaycan-siyasi-mehbuslar/32528046.html , giriş 24.06.2024 il, 22:00.

[2]Azərbaycanda siyasi məhbusların yeni siyahısına 288 nəfərin adı daxil edilib, https://www.amerikaninsesi.org/a/7532079.html, giriş 24.06.2024 il, 21:40.

[3]Число политзаключенных в Азербайджане превысило 200, https://www.kavkaz-uzel.eu/articles/391068, giriş 26.06.2024 il, 23:0.

[4]ƏliKərimli: Siyasiməhbuslarıntaleyinə biganə qalmağahaqqımızyoxdur, https://www.youtube.com/watch?v=vN9MRxkCOy0, giriş 26.06.2024 il, 22:29.

Telegram kanalımıza abunə olun