2025
Azərbaycanda korrupsiya geniş yayılıb. Müxalifət dairələrinin fikrincə sonuncu eləcə də ölkənin elm və təhsil sferasında kök salıb.
Üzə çıxan qalmaqallı halları buna dəlalət edir.
Demokratiya və Rifah uğrunda Hərəkat (ADR) “Transparrency İnternational” tərəfindən yayılmış Korrupsiya Qavrama İndeksi-2018-ə münasibətini əks etdirən sənəd yayıb. Bu indeksə əsasən Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutub və dünyanın ən çox korrupsiyalaşmış 28 ölkəsindən biri olub, 2017 ildə isə Azərbaycan 122-ci yeri tutub.
Əgər vəziyyət yaxşılaşmasa, KQİ-də aşağı reytinq ölkədən kapital axınana, xarici investisyaların azalmasına, turistlərin sayının azaəlmasına, ölkənin kredit reytinqinin azalmasına gətirib çıxaracaq, Dünya Bankının və digər beynəlxalq maliyyə müəssisələrinin və instututlarının Azərbaycan üzrə qiymətləndirmə hesabatlarına mənfi təsir göstərəcək[1].
Bakı Dövlət universitetində rüşvətxorunluqla bağlı qalmaqallı hallar qeydə alınıb. Bakı Dövlət universitetinin Beynəlxalq və İqtisad fakültəsinin müallimi Sədaqət Əhmədovanın səs yazısı yayılıb. “İmtahandan kəsildinsə birinci dəfə, ikinci şans verilər, şansa bir də girirsən, şansda kəsildinsə , sentyabrda yeni imtahan olacaq, ya da belə də ki, 3 min 5 min arası pul verirsən birincidən keçirsən”.
Faktla bağlı “araştırmalara” başlanılıb.
Son üç ildə universitetdə obyektivliyin qoruması və negativ hallarla mübarizə aparma istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, amma xeyri yoxdur. Daha bir qalmaqallı rüşvət hadisəsi haqqında faktını bu dəfə tələbələr sənədləşdiriblər. Jurnalistin indi imtahan zamanı nə qədər pul istədikləri ilə bağlı sualına tələbələrdən biri cavab verib.“qiymətlər hər il dəyişir, ən minimal olaraq 100 manat”. Digər bir tələbə isə qeyd edib. “imtahanda heç vaxt pul istəməsi demirlər, yəni başqaların sayesinə çatdırırlar, ən minimum` 150, 200, 250 manat[2]”.
Bakı İqtisad Universitetində də qalmaqallı korrupsiya halları baş verib. Universitetin rektoru Ədalət Muradovun adı kölgəli, şübhəli təşəbbüslərdə dövr edir. Həmin məlumatlara görə indi ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir. Proses bu şəkildə həyata keçirilib. Rektor “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb.
Belə ADİU-da fakültə dekanları ayda 2000 manat məbləğində “əmək haqqı” alırlar. Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prossinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb. Bu proses isə hazırda rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib[3].
Daha bir rüşvət faktı haqqında Azərbaycanın Baş Prokurorluğu qeyd edir. “Tələbələrdən rüşvət alan Aqrar Universitetinin dekanı saxlanılıb. Onun rəhbərlik etdiyi fakültənin bəzi tələbələrinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. O, vəzifədən kənarlaşdırılıb və barəsində ev dustaqlığı seçilib[4]”.
Təhsil sektorunda kök salmış korrupsiya haqqında azərbaycanlı iqtisadçı ekspert Qadir İbrahimli qeyd edir.“Təhsil haqqlatı rektorların korrupsiya maraqlarına xidmət edir. BDU-nun sabiq rektoru Abel Məhərrəmov işdən çıxarılanda obyektlərin siyahısı yadınızdadır. Təhsil haqlarının oğurlaması hesabına hətta uzaq İspaniyada belə oğluna böyük biznes qurmuşdu. Sosial ödənişlər azaldılır, pensiya yaşı artırılır, təhsil bahalaşır. Bir sözlə, sosial qapılar kasıb zümrənin üzünə qapadılır. Ancaq müharibə yenidən başlasa, o kasıb uşaqlarını dərhal tapıb ön cəbhəyə göndərəcəklər, erməni gülləsinə tuş edəcəklər, sonra da “şəhidim var” deyib” vətənşüvənlik edəcəklər. Və təbii, öz uşaqlarını gizlədəcəklər[5]”.
Bu qalmaqallı korrupsiya hadisələri silsiləsini sonsuz olaraq davam etdirə bilərik.
Azərbaycan Beynəlxalq İctimaiyyətinə özünü demokratik ölkə kimi təqdim etməyə çalışdığına baxmayaraq, ölkənin korrupsioner təhsil sistemi bunun əksini sübut edir.
[1] Korrupsiya milli təhlükəsizlik üçün qorxunc miqyas alıb – ADR, https://turan.az/az/siyaset/korrupsiya-milli-tehlukesizlik-ucun-qorxunc-miqyas-alib-adr, giriş 30/06/2024 il, 21:24.
[2] BDU-da 5 min manatlıq rüşvət iddiası - BAKU TV, https://www.youtube.com/watch?v=bCj-2Bs_g9U, giriş 30/06/2024 il, 22:09.
[3] İqtisad Universitetində "iqtisadi korrupsiya- müdhiş faktlar, https://sonxeber.az/12089/iqtisad-universitetinde-iqtisadi-korrupsiya-mudhis-faktlar, giriş 30/06/2024 il, 22:48.
[4] Azərbaycan Universitetləri, https://t.me/s/uniaze?before=6838, giriş 30/06/2024 il, 23:39.
[5] Təhsil haqqları rektorların korrupsiya maraqlarına xidmət edir, https://newscenter.az/2021/06/28/thsil-haqqlari-rektorlarin-korrupsiya-maraqlarina-xidmt-edir.html, giriş 30/06/2024 il, 23:21.