2025
2024-06-11
Əvvəlki məqaləmizdə qeyd etdiyimiz kimi məhz Varşavanın mərkəzində Kościołem Sióstr Wizytek kilsəsinin binasının qarşısında “Azərbaycanın multikultural kimliyində xristian mirası” adlı fotosərgi açılıb. Sonuncu Polşada Azərbaycan səfirliyinin təşəbbüsü ilə təşkil olunub. Sərgidə abidələrin erməni kimliyini silətək Xristian mirası alban kimi təqdim edilir. Bu Azərbaycan tərəfindən Beynəlxalq konvensiyalarının və bəyannamələrinin kobud şəkildə pozulmasıdır. Qeyd edək ki, erməni irsini mənimsəmə məqsədi ilə Azərbaycan dövlət təbliğat maşını öz ölkəsində yaşayan milli azlıqlarını öz mənfəəti üçün istifadə etməsi halı birinci dəfə deyil, Azərbaycanda yaşayan Udi icması da istisna deyil. Bu yaxınlarda azərbaycan veb saytlarından biri Varşavada keçirilən fotosərgisinə istinad edərək qeyd edib ki, multikulturalizmin Azərbaycan modeli bütün dünyada öyrənilir, xalqlar və inanclar arasında münasibətlərin qurulması üçün bir model kimi tanınır, millətlər və inanclar həqiqətən sülh və tam qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan təbliğat maşını öz “demokratik”, “multikultural” və “tolerant” xarakteri ilə nə qədər də Beynəlxalq ictimaiyyətini çaşdırmağa çalışsa da, həmin obrazı ictimailəşdirmək üçün nə qədər pul xərcləsə də, onların Artsaxda erməni kimliyinə və mədəni irsinə (sonuncunu mənimsəyirlər, dağıdırlar və təhrif edirlər) yürütdüyü siyasətini xatırlamaq kifayətdir.
Maraqlıdır ki, həmin məqalənin müəllifi bizim “Geğard” fondunun yaydığı məqaləsinə istinad edərək qeyd edib ki, Ermənistan ictimai səhifələrində “Geğard” elmi-analitik fondunun bəyanatı dövriyyəyə buraxılıb, ondan sonra güyə fondun yaradıldığı tarixi və missiyasını “təqdim edir”. Fondun fəaliyyətini məqalə müəllifi özü təsdiq edir. O “Anti-erməni kampaniyasına mübarizəsidir” (eləcə də əlavə edək – azərbaycan tarixşünaslıq saxtakarlığına qarşı).
Azərbaycan xəbər səhifəsi “Geğard” elmi-analitik fondunun yaydığı məqaləsinə güyə “əks arqument” kimi şərhi üçün Alban-udi Xristian icmasının sədri Robert Mobilinə müraciət edib. Sonuncu qeyd edib ki, tədbir “ermənilər ilə deyil Azərbaycanda mövcud olan Xristian irsi ilə əlaqəlidir. Katolik və pravoslav kilsələrinin necə bərpa edildiyini və qorunduğunu göstərməyə məqsəd qoymuşuq”.
Xatırladaq ki, Azərbaycanın apardığı siyasət ikimənalıdır. Bir tərəfdən erməni mirasının mənimsəməsinə, erməni izinin aradan qaldırılmasına, digər tərəfdən isə Beynəlxalq ictimaiyyəti arasında öz “demokratik”, “tolerant” xarakterin “yaranmasına” yönəlmiş.