2025

“Tərtər işi” Azərbaycan ordusunun əsl siması

2024-06-10

“Ermənistan xeyrinə casusluqda” ittihamı ilə Azərbaycan Müdafiə və Daxili işlər nazirlikləri, Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik xidməti Azərbaycan Silahlı qüvvələrinin hərbçilərinin həbsləri barəsində birgə bəyanat yaydılar (2017 il may ayı). Bunlar “həbslər” deyil, məhkəmədənkənar repressiyalar idi.

Həbs etdikdən sonra hərbi qulluqçularını Tərtər rayonunun ləğv edilmiş hərbi hissələrinə aparıblar (burdan da “Tərtər işi” adı gəlir). Orada da onları işgəncələrə məruz qoyublar (əl-ayağı bağlı halda döymə, yüksək mərtəbələrdən aşağı atma, suda boğulma, dırnaqları cırma, aç susuz saxlama, zorlama və s.).

Bu iş çərçivəsində təxminən 400 hərbçi işgəncələrə məruz qalıb.

İşgəncələrə məruz qalan İzzət Cəfərov deyib.“Məni Cəmilliyə çağırdılar, hər şey də orda baş verdi. Vüsal dedi (söz “Tərtər işi” üzrə təqsirləndirilən şəxslərdən biri Vüsal Ələsgərov haqqında gedir), bizdə məlumat var ki, sən erməniyə işləyirsən. Mən etiraz etdikcə, onlar daha da üstümə gəldi. Başıma torba keçirib, yerə yıxmışdılar, biri də üstümdə oturmuşdu. Vüsal dedi ki, al boynuna. Tapşırdı ki, aparın bunu otağa, ordakıları görsün, ağıllansın. Məni bir otağa apardılar, içəri girəndə dəhşətə gəldim. Yerdə qan içində, qolları arxasına qanadllı iki nəfər uzanmışdı, demək olar ki, meyit idilər. İşgəncədən elə vəziyyətdə idilər ki, demək olar ikisi də ölmüşdü. Dedilər istəyirsən, səni də bu günə qoyaq?”.

Zərərçəkənlərdən Tural Qocayev də qeyd edib.“Məni ordan hərbi hissəyə gətirdilər. Hikmət Həsənov da orda idi. Hərbi Hissənin binasından ilahi, qışqırtılar, yalvarmalar gəlirdi, sanki eyni vaxtda yüzlərlə insana işgəncə verilirdi. Vahimədən az qalırdı adamın ürəyi partlasın. Hərbi hissənin qarşısında dayanmışdım. Hər yer qan idi. İnsanları lüt soyundurub qan içərisində uzandırmışdılar, əl-qolları qanadllı, gözləri bağlıydı. Nə baş verdiyini hələ də dərk edə bilmirdim. İnanmazsız, adamları “Kamaz”larla gətirirdilər, “Kamaz”ların kuzasında yerə kartof kisəsi kimi götürüb atırdılar. Kimsə qışqırırdı ki, bu vətəni satanları da yığın içəri. Gözümün qabağında lüt soyundurmuş və işgəncə görmüş bir zabiti çamadan kimi qatladılar, dörd tərəfə skoçladılar, maşının baqajına yerləşdirə bilmirdilər, basırdılar ki, baqaj bağlansın. Mənə yaxınlaşan yox idi. Məni gətirən sürücü dedi, burdan uzaqlaşaq. Elə maşını işə salıb yerindən tərpənəndə arxadan fit çaldılar. Sonra da hər şey iki dəqiqənin içərisində baş verdi”.

İşgəncələr nəticəsində ən azı 13 hərbi qulluqçu ölüb, onlardan 5 nəfərə cinayət işi başlanmayıb, 30 nəfəri isə dövlətə xəyanət ittihamı ilə 10-12 il müddətinə azadlıqdan məhrum edilib.

İşgəncədən bir müddət sonra hay-küy salmadan həyata keçirənlər barəsində hüquqi proseduralara başlanılıb. Artıq 2021 ildə Azərbaycan hakimiyyət orqanları etiraf ediblər ki, orduda belə repressiyalar olub.

2021 il dekabr ayında Azərbaycan Daxili işlər nazirliyi, Baş Prokurorluğu və Milli Təhlükəsizlik xidməti birgə bəyanat yayaraq qeyd ediblər ki, işgəncələr işi üzrə yeni istintaqa başlayıblar.

Nəticədə - xəyanət üçün məhkum edilimiş 20 nəfər və Cinayət Məcəlləsinin digər maddələri ilə məhkum edilmiş 16 nəfər bəraət aldılar (2018-ci ildə daha 13 nəfərə bəraət verilib).

“Tərtər işi” ilə 10 təqsirləndirilən şəxs hələ də həbsdədir. Onların yaxınları və hüquq müdafiəçiləri işə yenidən baxılmasını tələb edirlər.

İllər sonra “Tərtər işinin” yenidən açılmasına və işgəncələr verən şəxslərə qarşı məhkəmə proseslərinin başlanmasına baxmayaraq həm hüquq müdafiəçiləri, həm də zərərçəkənlərin yaxınları prosesdən narazıdırlar.

Bir tərfdən hakimiyyət orqanları yalnız bir qurban təsdiqləyiblər, lakin qurbanların sayı ən azı 13 nəfərdir. Digər tərəfdən bu işdə əsas müttəhimlərin hamısı həbsxanada deyil, bunun üçün də zərərçəkənlərin yaxınları hərbçilərə işgəncə verməyi əmr edənlərin cəzalandırılmasını tələb edirlər. Bu kontekstdə yaxınları ədalətli və obyektiv məhkəmə araşdırmasına inanmırlar.

İşgəncələrə məruz qalan şəxslər iddia edirlər ki, onları işgəncələrə məruz qoyma prosesinə şəxsən Birinci Ordu korpusunun komandiri Hikmət Həsənov izləyib və iştirak edib. Şahidliklərə baxmayaraq, nəinki Həsənova qarşı cinayət işi açılmayıb, eləcə də 2020 il 44 günlük müharibəsinə iştirak etməsi üçün müxtəlif medallara layiq olub, 2021 il avqust ayında isə Azərbaycan Hərbi akademiyasının rəis müavini təyin edilib.

İşgəncələrə məruz qalan Vaqif Abdullayev qeyd edib.“Hərbi qulluqçu Qarayev kimdir ki, özbaşına aparıb kiməsə işgəncə verə? Müdafiə naziri, Xanlar Vəliyev (hərbi prokuror), Hikmət Həsənov bura gəlməlidir. Onlar tutulana qədər bu iş obyektiv getməyəcək”.

Azərbaycanda hərbçilərə kütləvi işgəncə səbəblərini anlamaq üçün diqqət çəkmək lazımdır ki, həmin proseslər 2016 il aprel döyüşlərindən sonra başlanıb.

İşgəncələrə məruz qalan Allahverdiyevin sözlərinə görə Aprel döyüşlərindən sonra Müdafiə Naziri Zakir Həsənov İlham Əliyevə məlumat verib ki, Seysulan və Talış kəndləri “azad edilib”, amma əslində onlar erməni nəzarətində idilər.

“2017-ci ilin may hadisələri (“Tərtər hadisələri”) ilk növbədə prezidentə yalan məlumat verilməsi ilə bağlı idi-guya kütləvi satqınlıq törədilib, bunun nəticəsində düşmən əks hücuma keçərək, guya bizim azad etdiyimiz Seysulan və Talış kəndlərini öz nəzarəti altına qaytarıb”, deyə Allahverdiyev bildirib.

Məhiyyətcə - 2016 ildə müharibədə məğlubiyyətini Azərbaycanın hərbi rəhbərliyi orduda “casusların” olması ilə əsaslandırmağa çalışıb-öz hərbi qulluqçularına aman vermərək.

“Tərtər işi” Azərbaycan ordusunda höküm sürən real mənzərənin parlaq şahidliyidir. Bu Azərbaycan hərbi rəhbərliyinin öz hərbçilərinə necə davrandığını göstərir, və nəinki cəzalandırılmır, həm də mükafatlara layiq olur. Azərbaycan ordusunun hərbi qulluqçuları öz rəhbərliyi üçün sadəcə baş sayı və top yemidirlər.

“Tərtər işi” ilə bağlı başqa bir diqqətəlayiq hal, hərbi rəhbərliyin münasibətini bir daha sübut edir.

İş üzrə təqsirləndirilən şəxslər Sənan Maşıyev, Cabir Qəhrəmanov, Ruslan Mikayılov, Elçin Əliyev hələ 2019 il mart ayında 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilibdirlər. 2020 il oktyabr ayının 1-də onları azad etdilər və oktyabr ayının 2-də hərbi əməliyyatlara iştirak etməyə göndəriblər. Onlar həttə göstərdikləri “şücaətlərə görə” medallar da alıblar. 2021 ildə “Tərtər işinin” yenidən baxıldığında qeyd olunan şəxslər yenidən məhkum ediliblər. Onlara iyunun 4-də hökm oxunub. Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Ruslan Mikayılov 6 il 10 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2021 il dekabr ayında Baş Prokurorluğu cinayət işi üzrə icraatın uzadılması barədə qərar qəbul edib. Araşdırma (Məhkəmə istintaqı) zamanı məlum olub ki, yuxarıda qeyd olunan şəxslər hərbi qulluqçularına işgəncə veriblər və qanunsuz olaraq azadlıqdan məhrum ediblər, bunun üçün də onlar Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə sılahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vermə) məddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Bu o halda ki, sadəcə işgəncə və ya “səlahiyyətdən su-istifadə etmək” deyil, faktiki olaraq qətllər baş verib. Nəticədə - qeyd olunan maddələri ilə təqsirləndirilən şəxslər 5-9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Telegram kanalımıza abunə olun