2025

“Virtual Qərbi Azərbaycan” saxtakarlıq anbarı

Son dövrdə Azərbaycan tərəfindən aktiv şəkildə dövriyyəyə buraxdığı “Qərbi Azərbaycan”, “Qərbi Azərbaycan icması” terminlərinə daha biri “Virtual Qərbi Azərbaycan” əlavə edilib.

Dövlət himayəsində olan bu veb saytı, eləcə də yuxarıda qeyd olunan təşkilatları (sadəcə bu deyil) bugün tarixşünaslıq saxta məlumatları ilə doludur. Azərbaycan dünya elmi ictimaiyyətinə anti-elmi və anti-erməni uydurma konseptlərə əsaslanan nəşrlərlə özünü təqdim edir. Yalanın yayılmasında təkcə Əliyev rejimi cavabdeh deyil, eləcə də rejimdən bəslənən bütün “elmi” ictimaiyyəti.

Loqotipi Ermənistan Respublikasının xəritəsi olan yeni yaradılmış bu veb saytın materialı 4 dildə təqdim edir – azərbaycan dilində, ingilis dilində və ispan dilində. Baş səhifədə Ermənistan Respublikasının xəritəsi təqdim olunmuş, özləri tərəfindən 35 inzibati rayona bölünür (Yerevan, Talin, Aparan, Ararat, Artik, Goris, Meğri, Kapan və s.). Hər bir rayon güyə öz yaranma tarixi, toponimin etimologiyası ilə təqdim olunur və eyni məzmunla yekunlaşır – “1987 ildən etibarən rayonun yerli azərbaycanlı sakinləri məcburən öz yaşayış məntəqələrini tərk ediblər”. Hər rayon öz yaşayış məntəqələri ilə (söz indiki Ermənistan Respublikasının kəndlərindən gedir) təqdim olunmuş, hər bir yaşayış məntəqəsinin “tarixi”, toponimin “etimologiyası”, 1831 ildən etibarən yaşayış məntəqələrinin əhalisinin sayı təqdim olunmuş. Yaşayış məntəqələrinin toponimləri və sonunculara aid məlumatları “Ermənistan Respublikasının yaşayış məntəqələrinin lüğətindən” alınmış, oraya daxil olan yaşayış məntəqələrinin və əhalinin sayı haqqında məlumatları (1831-1931) üçün əsas mənbə Z. Korkotyan “Sovet Ermənistanın əhalisi” kitabı olub, sonuncu 1932 ildə nəşr olunub. Sonrakı illər üçün əsas mənbə kimi 1939, 1959, 1970 və 1989 illərin Ümumittifaq siyahıyaalınmasının, eləcə də 2001 il Ermənistan Respublikasının siyahıyaalınmasının məlumatları, “Ermənistan Respublikasının və Dağlıq Qarabağ Respublikasının yol xəritəsi” və digər rəsmi bülleten materialları istifadə edilib.

Azərbaycan veb saytında olan materiallarını yuxarıda qeyd olunan lüğətində yer alan məlumatları ilə birləşdirərək, görürük ki, lüğətdən aldığı əsas materialına azərbaycan anlayışlardan yaranan xətlər əlavə edilmişdir.“1918 ildə kənd ermənilərin hücumuna məruz qalıbv, sakinləri azərbaycanlılar isə öz tarixi etnik torpaqlarından məcburi deportasiya ediliblər”, və ya “1922 ildə kənddə 22 azəri yaşayırdı,sonuncular kəndi 1924-1925 illər ərzində tərk etdilər” kimi.

Lüğətdə qeyd olunmuş erməni yaşayış məntəqələrində mövcüd olan kilsələri haqqında veb-saytda məlumat yoxdur, toponimlər isə “... türk sözündən törəmişdir, sonuncunun ... anlamı var” şəkildə izah edilir.

Veb saytın birinci səhifəsində Əliyevin müraciəti təqdim olunub.“əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.

Dizayn baxımdan sayt 5 əsas bölmədən ibarətdir – “Tarix”, “Elm və mədəniyyət”, “erməni vandalizmi”, “resurslar”, “şahid ifadələri”. Hər bir bölmə alt bölmələrindən ibarətdir.

“Tarix” bölməsinə 11 həcmli material daxil edir (bu an) – “Qədim dövrlərdə Qərbi Azərbaycan”, “Orta əsrlərdə Qərbi Azərbaycan”, “Qərbi Azərbaycan icması”, “Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü” və s.

“Elm və mədəniyyət” bölməsində “Qərbi Azərbaycanda mətbuat”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycanda təsviri incasənət”, “tarixi şəxsiyyətlər” və digər alt bölmələri təqdim olunur.

“Tarixi şəxsiyyətlər” alt bölməsində güyə Yerevanda anadan olan azəri tarixi şəxsiyyətləri təqdim olunur (bəziləri də ölüblər və “doğma yurdunda” dəfn edilmişlər). Misal üçün – Əkbər Yunis oğlu Süleymanov (Əkbər Yerevanlı), Əhməd Rəcəbli, Əfşən Qədimova, Teymur xan Makinski, Həbib bəy Səlimov və digərləri.

“Erməni Vandalizmi” bölməsinin alt bölmələrindən “Saxtalaşdırılmış Azərbaycan toponimləri”, bu da öz növbəsində ayrı hissələrə bölünür – “Yaşayış məntəqələri”, “Yaylaq və qışlaqlar” və s., “Qərbi Azərbaycanda dağıdılmış Azərbaycan abidələri” adı ilə hissəsi, sonuncuda (güyə ermənilər tərəfindən məhv edilmiş) “İrəvan qalası”, “Zal xan məscidi”, “Sərdar sarayı” və digər abidələri təqdim olunmuş.

“Resurslar” bölməsi 5 alt bölməsindən ibarətdir – “fotolar”, “xəritələr”, “sənədlər”, “kitablar” və “videolar”. Qeyd etmək lazımdır ki, “kitablar” alt bölməsində yer alan əsərlər 1992-2023 illər ərzində nəşr edilmiş, 2020 ildə (44 günlük müharibəsindən sonra) nəşr edilmiş kitablarında ön sözü kimi Azərbaycanın liderinin çıxışından parçalar təqdim olunmuş.

“Şahid ifadələri” bölməsində 20 material – güyə ermənilər tərəfindən təcavüzlərə məruz qalan, qırğınlardan “qurtulmuş” azərbaycanlıların hekayələri təqdim olunur.

Bu saxtakarlığı sənədləşdirən veb saytından çıxarışdır.

“Qərbi Azərbaycanın ərazisi Azərbaycanın ən qədim və zəngin bölgələrindən biridir, Keçmişdə bu ölkə mühüm karvan yollarında yerləşirdi, sonuncular Azərbaycanın şimali cənubla birləşdirirdi, bütün Qafqazı və Yaxın Şərqi, indi isə o şimalda Gürcüstan ilə, şərqdə və cənub-şərqdə Azərbaycan Respublikası ilə, qərbdə Türkiyə ilə, cənubda İran ilə həmsərhəddir”.

Qeyd etmək lazımdır ki, əslində yuxarıda təqdim olunan hissə öz həmsərhəd ölkələri ilə Ermənistan Respublikasına aiddir.

Beləliklə, İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış” konsepsiyasından “ilhamlanmış” bu veb saytı öz yaydığı materialların məzmunu ilə tarixşünaslıq və anti-erməni saxtakarlıqlarının yayılma mənbəsidir.

Telegram kanalımıza abunə olun