2025
2024-05-25
Qafqaz tarixi-mədəni irsinin qorunması təşkilatı yüksək keyfiyyətli peyk şəkillərindən istifadə edərək Naxçıvan Muxtar Respublikasının erməni mədəni irsinin yerlərini sənədləşdirib. 1970-80-ci illər Amerika məxfiləşdirilən peyk görüntüləri 1930-1990-ci illər Sovet topoqrafları tərəfindən yaradılmış xəritələri və müasir peyk görünütüləri ilə müqayisə ediliblər.
Naxçıvanda olan tarixi, memarlıq, mənavi və digər abidələrinin indiki vəziyyətini tədqiqatçılar qiymətləndirərək bildirirlər ki, 1997-2011 illər ərzində Naxçıvanda orta əsr və erkən dövrə aid 108 erməni monastır, kilsə, qəbiristanlıq və digər tarixi-mədəni abidələri dağıdılıb, sonuncular Naxçıvanın erməni mədəni irsi yerlərinin 98 faizi təşkil edir.
Sistemləşdirilmiş şəkildə erməni mədəni abidələrinin gizli məhv etməsi Azərbaycanın mənimsədiyi siyasətidir.
2005 il Şotlandiyalı səyyah Stiven Sim erməni abidələrinin vəziyyətini araşdırmasına Naxçıvana getdiyində hakimiyyət orqanları tərəfindən həbs edilib, ondan sonra ölkədən qovulub.
Bir il sonra, 2006 il avqust ayında Azərbaycan Avropa Parlamentinin nümayəndə heyətinin Culfaya girişini (sonuncular Culfa erməni qəbiristanlığının vəziyyətini qiymətləndirilməli idilər), 2011 ildə isə Azərbaycanda ABŞ səfiri Metyu Brayzanın həmin əraziyə girişini qadağan ediblər.
2021 ildə dərc edilmiş hesabatın müəlliflərinə görə Naxçıvanın erməni irsinin məhv etməsi hazırda sənədləşdirilmişdir. Sonuncular dünya üzrə mədəni irsini qorunma səlahiyyətinə malik olan (UNESCO, İCOMOS və digərləri) beynəlxalq strukturlarına bununla əlaqədar məhkəmə qərarları qəbul etməyə çağırırlar. Qafqaz tarixi-mədəni irsinin qorunması təşkilatının hesabatında qeyd edilir.“qorxmaq üçün əsaslar var ki, Naxçıvanın mədəni irsinin məhv etmə siyasəti Dağlıq Qarabağ regionunda da həyata keçiriləcək”.
Azərbaycan hakimiyyəti orqanları illər boyunca Naxçıvanda həyata keçirilən vandalizmi hər yolla gizlətməyə və Naxçıvanda heç vaxt ermənilər yaşamadığı, heç bir erməni tarixi-mədəni abidənin olmadığı yalan tezisini yaymağa çalışıblar.
Lakin, müasir texnologiyalarından istifadə etmə sayəsində sübut edilib ki, Naxçıvanda mədəni soyqırım baş veribdi. Uyğun strukturlar tərəfindən cəza tədbirləri həyata keçirilmədikdə Artsaxdakı tarixi-mədəni abidələri də eyni aqibətinə nail olacaqlar. Bu həm də qlobal təhlükədir, çünki digər soyqırım rejimləri üçün presedentə çevrilə bilər.