2026
2024-05-15
May ayının 10-da azərbaycan xəbər səhifələrində Əliyevin mesajı yayılıb, sonuncuda aydın şəkildə indiki azərbaycan hakimiyyətinin işğal olunmuş ərazilərdə erməni kimliyini və izlərini mənimsəməyə, silməyə ambisiyaları olduğunu görünür.
Mesajda xüsusilə deyilir.«...2003 ildən etibarən sizin və bütün keçmiş məcburi köçkünlərinin öz doğma torpaqlarına qaytarması üçün hər şeyi etdim. Biz hazırlaşdıq, ölkəmizi, iqtisadiyyatımızı gücləndirdik, güclü ordu potensialı yaratdıq. Və ən əsası gənc nəsil yetişdirdik ki, öz hayat bahasına bugün bizim qürur mənbəyimiz olan Şuşanı və digər əraziləri azad etdilər. ...Biz savadlı, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, vicdanlı gənc nəsil tərbiyə etmişik və onlar düşmənə üz-üzə gedərək, mənim əmrim ilə 44 gün ərzində torpaqları azad etdilər. Bu gün üçün onlara, şanlı ordumuza, silahlı qüvvələrimizə, şəhidlərimizə borcluyuq».
Öz çıxışında Azərbaycanın rəhbəri ermənilərə olan açıq-
aydın nifrətini gizlətmir. Təxminən iki onillik ərzində İlham Əliyev azərbaycan cəmiyyətini qanlı müharibəyə hazırlaşdırıb, son onilliklər ərzində erməni-azərbaycan münaqişənin həllinə yönəlmiş bütün beynəlxalq səylərini pozub, dövlətlərarası münasibətlərini görməzdən gəlib. Azərbaycanın lideri gizlətmədən göstərir ki, heç vaxt müharibə təhrik etməkdən əl çəkməyib və erməni-azərbaycan müharibələrinə özü başlayıbdır (2016 il 4 günlük müharibəsi, 2020 il 44 günlük müharibəsi və 2023 ilo sentyabr ayındakı müharibəsi, sonuncunun nəticəsində nəhayət ermənilər ermənilər Artsaxdan məcburi köçürüldülər).
«Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bugün bütün dünya Azərbaycanın oğulları haqqında danışır və xalqımıza hörmətlə yanaşır. Çünki haqqlarımızı danışıqlar yolu ilə, güzəştləri ilə deyil döyüş meydanında bərpa etdik. Şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, itkilər verdik. 44 gün ərzində bütün azərbaycan xalqı bir yumruğa birləşdirildi».
Öz mesajında Əliyev vurğulayır ki, qan tökməsi, danışıqlar olmadan münaqişəni müharibə yolu ilə «çözməsi» öz «nailiyyətidir» «qəhrəmanlığıdır». O əgər Azərbaycan sivil və demokratik dəyərlərinə uyğun fəaliyyət göstərsəydi münaqişəni həll edə biləcək beynəlxalq ictimaiyyətinin səylərinin ləyaqətlərini aşağılayır.
Azərbaycan diktatoru qeyd edir.«...Hiyləgər düşmən səhv hesablamış, onlar öz uydurduqları mifinə o qədər inanırdılar ki, torpaqlarımızı işğal altında əbədi saxlayacaqlarına inanırdılar. Onların havadarları, arxalarında duran böyük güclər həmin əminliyi daha da möhkəmləndirdilər. Lakin biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq».
Əliyev rejimi tərəfindən aydın şəkildə düşünülmüş və inkişaf etmiş düşmənçilik siyasət yürütməyə davam etdiyindən Ermənistan-Azərbaycan sülh gündəmi qeyri-mümkün olur. Ermənini öldürəni qəhrəmanlaşdırması yeni bir şey deyil.Azərbaycan dış dünyaya özünün sülhə doğru gittiyinə inandırmaq istəyir, lakin daxili auditoriyaya sülhü təbliğ etmir.
«...mən prezident olaraq uzun illər danışıqlar yolu ilə həmin sorunu çözməyə çalışdım, mənim fəaliyyətim açıq idi, onlarla, həttə yüzlərlə görüşlər, danışıqlar. Amma hər şey boşuna. Nədən? Çünki yenə deyirəm Ermənistan torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Vasitəçi kimi onların arxasında duran ölkələr isə həmin işğalı əbədiləşdirmək istəyirdi».
Böyük güclərin diqqətini faktına cəlb etmək lazımdır ki, görsünlər Azərbaycan sadəcə onların göstərdiyi səylərini deyil ki, inkar edir, eləcə də münaqişəni həll etməməsində birbaşa onları günahlandırır.
Rəqibi alçaltması və qeyri-insani təmsil etməsi azərbaycan siyasəti tam sürətlə davam edilir. Öz çıxışında erməni əsgərlərini alçaldaraq Əliyev erməni və azərbaycanlı xalqlarının arasındakı düşmənçiliyini saxlama, dialoqun kənarlarını tapmasına imkan verməmə niyyətindədir.
«44-günlük Vətən Müharibəsi bizim şanlı tariximizdir və azərbaycan xalqı həmişə bu qələbə ilə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəliyə gedirdik. Ermənistan ordusundan fərqli olaraq bizim hərbçilərimizdən heç biri döyüş meydanını tərk etməyib. Öz etirafı ilə onların təxminən 12 min fərarisi olubdur. Əsgərlərimiz və zabitlərimiz hər gün irəliyə gedirlərdi və müharibənin ilk günündəki qələbəsi, bir neçə kəndin azad etməsi, son gününə qədər davam edildi, 2020 il noyabr ayının 8-də isə Şuşa şəhərinin azad etməsi düşmənin arxasını qırdı».
Öz mesajında Əliyev 44-günlük müharibəsindən həmən sonra Şuşidə başlanan geniş tikinti və «bərpa» işlərindən danışaraq, erməniləri mədəni vandalizmində ittiham edir. Lakin bütün dünyaya aydındır və videolar ilə sübut edilibdir ki, Şuşini işğal etdikdən sonra Azərbaycan bütün vasitələrlə sadəcə Şuşini deyil, eləcə də işğal olunmuş ərazilərinin erməni tarixi-mədəni irsini məhv edir. Hələ 44-günlük müharibə ərzində iki dəfə Müqəddəs Qazançı kilsəsini atəşə tutub. Yaşıl saat adı ilə məşhur Surb Hovhannes Mkrtiç (Müqəddəs Hovhannes Mkrtiç) kilsəsini, Şuşinin köhnə qəbiristanlığını təməl şəkildə dağıdıb.
Şuşinin muzeyləri və muzey nümunələri müsadirə olunub və onların taleyi məlum deyil.
Öz çıxışında Əliyev Ermənistan Respublikasını açıq şəkildə təhdid edərək qeyd edir ki, əgər öz «əmirləri» yerinə yetirilməsə, onda yenə müharibə başlayacaq. Bu siyasətin sadəcə Ermənistan Respublikasının severenliyinə deyil, eləcə də bütün regionun sabitliyini pozmasına təhdid olduğundan Azərbaycanın macəraçı liderini beynəlxalq ictimaiyyəti ciddi şəkildə cilovlamalıdır.