2025
Müxtəlif ictimai kanallar vasitəsilə, internet, beynəlxalq konfranslar, müxtəlif tədbirlər, elmi nəşrlər anti erməni saxta elmi tezisləri həmişə dövriyyədə olublar. 2020 il Artsax 44-günlük müharibəsindən sonra buna oxşar verilişlərin və nəşrlərin sayı müxtəlif beynəlxalq platformaları əhatə edərək əhəmiyyətli dərəcədə artdı.
Azərbaycan dövlət təbliğat maşını saxta elmi tezisləri vasitəsilə işğal olunmuş erməni ərazilərinin irsini, tarixini və şəxsiyyətini mənimsəməyə və məhv etməyə davam edir.
Bunun nümunələrindən biri də Şuşinin zorla mənimsəməsidir, sonuncu bir tərəfdən «Azərbaycan mədəni paytaxtı», «Qarabağ incisi» və «Azərbaycanın musiqisinin» beşiyi kimi təqdim edilir, digər tərəfdən isə Şuşinin erməni irsi, tarixi izi dağıdılır və məhv edilir.
Hələ 44-günlük müharibə ərzində ermənilərin zəfər sembolü hesab edilən Surb Ğazançetsots (Müqəddəs Xilaskar Kafedralı) kilsəsi iki dəfə atəşə tutulub, ondan sonra isə kilsənin görünüşünün dəyiştirməsi başladı. Şuşidə Yaşıl Saat Hovhannes Mkrtiç (Müqəddəs Vəftizçi Yəhya) kilsəsi, Şuşinin köhnə qəbiristanlığı təməl şəkildə dağıdılıbdırlar.
2022 ildə yeddi hissədən ibarət «Şuşa» kitabı nəşr olunub, müxtəlif italyan, yunan, ərəb (İordaniyada), bolqar, latviya, tacik, fransız dillərində yayılıb.
Kitab dövlət sifarişi ilə yazılan aydın mesajla əsərdir, sonuncunun məqsədi şəhərin tarixi erməni izini silərək Şuşini azərbaycan şəhəri kimi təqdim etməsidir. Kitabın müəllifi Azərbaycan prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı, siyasi elmlər doktoru, «Qarabağ irsi» tədqiqat mərkəzinin müdiri Elçin Əhmədovdur. Daniel Pomier Vinçeli, Kaspars Klavins, Nigar Sultanova və Jan-Mişel-Brun həmmüəllifləridir.
Kitab UNESCO-nun Azərbaycanın milli komissiyasının dəstəyi ilə nəşr olunub. Kitabın sərgisi Romada, Sofiyada, Ammanda, Riqada, Düşənbədə baş verib.
Kitabda erməni mədəni irsi alban və azərbaycan kimi təqdim edilərək saxtalaşdırılır. Əsərdə güyə 20-ci əsrin sonunda sözdə «azərbaycan irsinə» qarşı Ermənistan mədəni vandalizm törətdiyi haqqında saxta tezisi irəliyə sürülür.
Azər4baycan Şuşi şəhərinin «azadçısı» kimi təqdim olunur o halda ki, 2020 il müharibə ərzində və sonra həmin dövlət Şuşinin erməni tarixi-mədəni profilini təhrif edir.
Buna oxşar elmi «tədqiqatlarının» qarşısını elmi dairələr tərəfindən alınmalıdır, çünki Azərbaycan tərəfindən regionda vandalizmin və mədəni soyqırımının həyata keçirməsinə töhfə verirlər.