2025
Abbasqulu ağa Bakıxanov (1794-1847) azərbaycan tarixçilərinə görə Azərbaycan elmi tarixşünaslığının banisi hesab olunur. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının tarix institutu onun adını daşıyır.
Onun tərcümeyi-halı (həyat) haqqında bir neçə kəlmə, A. Bakıxanov Bakı xanının Mirzə Məhəmmədin oğlu idi. Dövrünə görə yaxşı təhsil almışdır. Yerli türk dilindən başqa, fars, ərəb,rus və fransız dillərini mükəmməl bilirdi. 1819 ildən etibarən rus xidmətində idi. 1826-1828 illər rus-fars və 1828-1829 illər rus-türk müharibələrinə iştirak edibdir. Bədii və tarixi əsərlər yazıbdır, eləcə də tərcüməçi kimi çalışıb.
Onun ən mühüm əsərlərindən biri «Gülüstani-İrəm» (1841 il) tarixi əsər hesab olunur.Vurğulamaq lazımdır ki, o həmin əsəri fars dilində yazmışdır. Kitab 1844 ilində «Qafqazın şərq hissəsinin tarixi» başlığı ilə rus dilinə tərcümə edilib. Kitabın azərbaycanca tərcüməni sadəcə 1951-ci ildə nəşr edilmişdir.
Azərbaycan tarixşünaslıq həmin əsəri Azərbaycanın tam tarixini yazma ilk cəhdi kimi təqdim etməyə çalışır. Məsələ ondadır ki, Şirvan, Dağıstan və ətrafdakı bəzi ərazilərinin tarixini yazmağa həmin əsər mənbə kimi hesab edilə bilər,lakin Azərbaycan üçün deyil, çünki o vaxta qədər bölgədə «Azərbaycan dövlət» yox idi, Azərbaycan tarixi-coğrafi konsepsiyası isə Araz çayından cənubda yerləşən İran ərazisini nəzərdə tuturdu.
Müəllif orta əsr şərqi mənbələrinə əsaslanaraq kitabın birinci fəslində bölgənin qədim dövrünün tarixini təsvir edir. İkinci fəsli ərəb hakimiyyəti dövründə bölgənin tarixini təsvir edir. 9-cu əsr Babəkin ərəblərə qarşı üsyanına ayrıca istinad edilir.
Üçüncü fəslində Elxanilər, Teymurilər hakimiyyəti dövründə bölgənin qısa tarixi, eləcə də Şirvanşahların tarixi təsvir edilir (bəstələmək). Qaraqoyunlular və Ağqoyunlular haqqında məlumatlar var.Dördüncü fəsil Səfəvilər dövlətinə, Nadir şaha, Osmanlı-İran müharibələrinə, Qafqaza rus yürüşlərinə həsr olunmuş. Sonuncu, beşinci fəslində Nadir şahın öldürülməsindən sonra Gülüstan sülh müqaviləsinin imzalandığına qədər baş verən hadisələr təsvir edilibdir. Kitabın sonunda müəllif Şirvanın və ətrafdakı ərazilərinin məşhur insanların tərcümayi-hallarına istinad edir.
Azərbaycanlılar A. Bakıxanovu tarixşünaslığın banisi hesab etdiklərinə baxmayaraq onun nəşr olunmuş kitablarında yer almış şərhlərində tarixi hadisələrini azərbaycan dövlət təbliğatının göstərişlərinə uyğun olaraq təqdim edərək tarixi hadisələrini saxtalaşdırmağa çalışırlar. Bu baxımdan xüsusi ilə azərbaycanlı məşhur tarix qurucusu Ziya Bünyadov (1921-1997 illər)[1] «parladı», onun göstərdiyi səyləri nəticəsində 1991 ildə Bakıda rus dilində nəşr edilmiş «Gülüstani-İrəm» kitabı[2] məşhur iranşünaslar Villem Flora və Həsən Cavad tərəfindən tənqid edilib.
Sonuncular kitabda yer alan bir sıra saxtakarlıqları qeyd edirlər[3].
Bünyadov və azərbaycanlı diğər tarixçilər nədən qəsdən Bakıxanovun yazdığı əsərini saxtalaşdırırlar? Məsələ ondadır ki, Bakıxanov öz əsərlərində dəfələrcə erməni tarixçilərin qoyub getdiyi məlumatlarına da əsaslanır, bundan başqa qədim zamanlardan yaşadığı günlərinə qədər ermənilər və Ermənistan haqqında qeyd edir (adını çəkmək). Bu, əlbəttə ki, heç bir şəkildə Azərbaycan rəsmi, ideoloji saxta tarixşünaslığında yerləşə bilməz, orada xüsusiylə güyə ermənilər immiqrant olduğu və bölgədə heç əhəmiyyətli rol oynamadığı haqqında saxta tezisi irəliyə sürülür.
Nəticədə belə olur ki, Bakıxanov bir tərəfdən Azərbaycan elmi tarixşünaslığının banisidir, digər tərəfdən o hələ 19-cu əsrin birinci yarısında müasir azərbaycan millətçi, ermənilərə nifrətçilik tarixi konsepsiyasından kənara çıxmışdır. Əlbəttə 19-cu əsrdə yaşamış Bakıxanovun həttə xəbəri yox idi ki, özü azərbaycanlıdır və Azərbaycan tarixşünaslığının banisi olmalıdır.
Ermənistan və ermənilər haqqında bəzi nümunələr Bakıxanovun kitabından.
Belə, Bakıxanova görə qədim Ermənistanın sərhədləri Kür çayından keçərdi[4]. Əlbəttə burada Azərbaycan haqqında heç bir kəlmə (söz) yoxdur. Söz sadəcə Ermənistandan, Gürcüstandan, Albaniyadan gedir.
Bakıxanovun kitabında eləcə də Müqəddəs Qriqor Lusavoriçin və Ermənistan çarı Trdatın hekayəsi, Eçmiadzinin tikintisi, Ermənistanda xristianlığı dövlət dini elan edilməsi ilə bağlı[5] başqa hadisələr yer alıbdırlar.
Müəllif olduqca haqlı olaraq bütün bunu erkən orta əsrlər Erməni dövlətinin ən vacib mərhələsi kimi təqdim edir. Azərbaycan haqqında əlbəttə heç bir kəlmə yoxdur.
Bakıxanov eləcə də yazır ki, Suriya, Diarbakır, Azərbaycan (deyincə müəllif tarixi Atropatenanın ərazisini nəzərə alır) Muğan, Ermənistan, Şirvan[6] Səlcuq sultanı Məlikşahın (1072-1092) oğlu Muhammedin idarə altında idilər. Burada müəllif Atropatenanı, Ermənistanı, Şirvanı, Muğanı ayrı-ayrı ölkələr kimi aydın şəkildə fərqləndirir.
Kitabın digər bir hissəsində Bakıxanov bölgənin ölkələri üzrə rus-türk müqaviləyə istinad edərək qeyd edir ki, Ermənistan, Gürcüstan, Şirvan ərazilərinin bir hissəsi[7] Osmanlı imperiyasının tabeliyində qalırlar. Cənubi Qafqazda Azərbaycan haqqında bir kəlmə yoxdur.
Kitabın başqa bir hissəsində Artsaxda baş verən hadisələrini təsvir edərək Bakıxanov qeyd edir ki, Məlik Şahnazarın köməyi ilə Cavanşirlər sülaləsinə mənsub olan (Saracalu qəbilə başçısı) Pənahəli xan Şuşidə yerləşərək yerli erməni meliklərə qarşı mübarizə aparmağa başlayır[8]. Bu hissə də azərbaycan tarixşünaslığın saxta tezislərinə sığmır, ona ğörə güyə ermənilər Artsax ərazisində 19-cu əsrdə yerləşiblər və hakimiyyəti olmadı.
Digər bir hissədə Bakıxanov qeyd edir ki, qacarlar cəlairlər türklərin hələ Hülakü xanın İrana daşıdığı qəbilələrindən idilər. Onların sayı təxminən 200 min ailə qeyd edilir. Ondan sonra Əmir Teymur onların bir qisminə 50 min ailəyə Cənubi Qafqazda [9] ərazilər verir. Bakıxanov qeyd edir ki, onlardan çoxu sonradan Səfəvilər dövründə dövlət vəzifələrində çalışmışdırlar və Ermənistanı, Şirvanı idarə edirdilər. Beləliklə, Azərbaycan haqqında bir kəlmə yoxdur, Bakıxanova görə isə bölgədə sadəcə Ermənistan və Şirvan var. Müəllifə görə türk dilli qəbilələrin kütləvi şəkildə Cənubi Qafqaz ərazisində yerləşməsi sadəcə 14-cü əsrdə baş veribdir.
Kitabın sonunda Bakıxanov öz səyahətləri haqqında qeyd edərək, ziyarət etdiyi əraziləri haqqında yazır. O yazır ki, özü Şirvanda, Ermənistanda, Dağıstanda, Çərkəzdə, Gürcüstanda, Anadoluda və Azərbaycanda olubdur[10]. Burada kitabın müəllifi təkrardan Şirvanı Azərbaycandan ayrı tutur, bunu deyincə o tarixi İran Atropatenana istinad edirdi (nəzərə almaq).
Beləliklə, 19-cu əsr birinci yarısında yaradıcılıqla məşğul olan şirvanlı türk dilli tarixçisi Bakıxanov azərbaycanlı saxtakarlara öz idarəsinə zidd cavab verir, qədim Azərbaycan dövləti, ermənilərin miqrant (başqa yerdən gəldiyi), eləcə də Artsaxın güyə erməni ərazi olmadığı haqqındakı onların saxta tezislərini təkzib edir.
[1] Həmin məşhur «tarixçi» haqqında Sovet görkəmli şərqşünas İgor Dyakonov maraqlı bir xatirə buraxıb (qeyd buraxmaq). Sovet illərində öz şərəfinə təşkil olunan tədbirini təsvir edərək İ. Dyakonov qeyd edir ki, görüşdə eləcə də orta əsr müsəlman mənbələrindən birini yayımlanan məşhur biri iştirak edirdi, sonuncu həmin mənbədən ermənilərə aid bütün istinadları diqqətlə silibdi. İ. Dyakov həmin kitabda Azərbaycanda yazıçı Nizaminin ildönümünü qeyd etməyə hazırlaşdığına baxmayaraq orta əsr bu müəllif azərbaycanlı olmadığını, iranlı olduğunu vurğulayaraq maraqlı bir fikir bildirir.
Bax, Дьяконов И. М.,книга воспоминаний, СПб.,1995,с. 731.
[2] Гюлистан-и Ирам, Баку, Элм, 1991, 304 с.
[3] The Hevanely Rose-Garden: A History of Shirvan Daghstan. Abbas-Kuli-Aga Bakikhanov, Willem Floor, Hasan Javadi, Mage Publishers, 2009/
[4] Bax, Гюлистан-и Ирам, 1991, c. 11.
[5] Bax, Гюлистан-и Ирам, 1991, c. 24.
[6] Bax, Гюлистан-и Ирам, 1991, c. 37.
[7] Bax, Гюлистан-и Ирам, 1991, c. 67.
[8] Bax, Гюлистан-и Ирам, 1991, c. 77.
[9] Bax, Гюлистан-и Ирам, 1991, c. 85.
[10] Bax, Гюлистан-и Ирам, 1991, c. 142.