2025

Culfa xaçkarların məhv edilməsi (dağıdılması), beynəlxalq reaksiyassı

1990-cı illərin sonlarında Naxçıvandan sonuna qədər ermənilərin deportasından sonra, Azərbaycan tərəfi həmin ərazilərin erməni olduğu haqqında şahidlik edə bilən bütün sübutlarını və faktlarını aradan qaldırma öhdəliyini öz üzərinə alıb. Erməni mədəni irsinin mühüm məbədləri[1] olan xaçkarlar Azərbaycanın ermənilərə nifrətçiliyinin hədəfinə çevrildilər. Naxçıvanda Culfanın şəhər qəbiristanlığı vandalizasiya nedilib, sonuncu günümüzə çatan xaçkarlarla zəngin olan erməni ən böyük qəbiristanlığı idi. Səfəvi Böyük Şah Abbas tərəfindən təşkilo olunan ermənilərin məcburi deportasiyasından (1604) sonra 1648 ilində fraqnsız səyyahı Aleksandr dı Roddes Culfadan keçərək yerdə qalan təxminən 10000 xaçkar qeydə alıb, 1915 il fotoqraf Aram Vruyrun və 1928-29 illər S. Ter-Avetisyanın hesablamalarına görə isə 3000-ə qədər xaçkar. 1971 il datalarına görə burada sadəcə 2707[2] ədəd qalıbdır.

Sonradan Azərbaycan hakimiyyəti tərəfindən tamamilə məhv edilmiş (dağıdılmış) xaçkarlar bunlar idi.

1998 ilində Tehrandan memarlar A. Petrosyan, V. Arakelyan, Ed. Zohrabyan, V. Şahmirzayanın məktubları və azərbaycanlılar tərəfindən uyğun texnika ilə Culfanın köhnə qəbiristanlığı dağıtma haqqındakı fotoşəkilləri əldə edilir. İran İslam Respublikasının mədəni irsi qurumunun rəsmləri də buna istinad ediblər[3]. Lakin Ermənistanın və diasporanın etiraz dalğası nəticəsində BMT-nın abidələrinin mühafizəsi komissiyasının UNESCO-nun müdaxilə nəticəsində Culfa qəbiristanlığının dağıdılmasının qarşısını alınabildi. Amma ondan əvvəl artıq qəbiristanlığının təxminən 10-15 faizi dağıdılıbdır[4].

UNESCO və Abidələr, Tarixi yerlər üzrə Beynəlxalq Şurası (İCOMOS) Tərəfindən Culfada mədəni abidələrinin dağıdılmasını dayandırmağı tələb etdiyində böyük dəlillərə baxmayaraq azərbaycan tərəfi bildirib ki, bu ittihamları qəbul etmir qeyd edərək ki, həmin ərazilərdə heç vaxt ermənilər yaşamamışdı.[5].

Bu vandalizm 2002-2003 illər ərzində də davam edilib və 2005-ci ildə tamamilə tamamlandı[6].

2006 il Avropa Parlamenti Culfa Xaçkarların dağıdılmasını qınadı və qəbul edilən qətnamə ilə Azərbaycan hakimiyyətinə xaçkarların dağıdılmasına son qoymağına çağırıb[7]. Avropa Parlamenti eləcə də Culfaya nümayəndə heyəti göndərmək istəyirdi, amma sonuncu Azərbaycan höküməti tərəfindən rədd edildi, 2008 ilində İCOMOS isə Culfa tarixi qəbiristanlığı dağıdılma haqqında qətnamə qəbul edib[8].

Erməni və Beynəlxalq təşkilatları tərəfindən göstərildiyi səs-küydən, qınayan bəyanatlarından sonra Azərbaycan prezidenti onu təxribat kimi qiymətləndirib[9].

Hələ 2006 ilində Avropa parlamentinin deputatları abidələrin vəziyyətini yerində öyrənməyi təklif ediblər. Lakin azərbaycan tərəfi bu yanaşmanı «qeyri-obyektiv»[10]kimi qiymətləndiriblər.

Azərbaycan tərəfinin rədd etməsinə baxmayaraq 2006 il baharında Müharibə və sülh institutunun jurnalisti mənşəyi azərbaycanlı İdrak Abbasov qəbiristanlığını ziyarət edərək qeyd edir ki, sonuncu «tamamilə yox olubdur»[11].

Culfaya Avropa parlamentinin deputatlarının ziyarətini rədd etməsi ilə əlaqədar Avstriya Sosialist Partiyasının nümayəndəsi Hana Svoboda bildirib ki.«Əgər onlar bizi gəlməyə imkan vermirlərsə, onda bu açıq şəkildə göstərir ki, hər hansı pis bir şey olubdur. Əgər bizdən bir şey gizlədilirsə, onda biz sual veririk, nədən? Bu sadəcə iddialarının bir qisminin düzgün olduğu halda olabilir». O eləcə də xəbərdar edir ki, Avropaya yaxın olmaq istəyən hər hansı bir dövlət üçün ən mühüm elementlərindən biri qonşuların mədəni irsinə hörmətidir[12].

Avropa parlamentində britaniyalı nümayəndəsi Çarlz Tanok öz növbəsində qeyd edib.«Bu Taliban tərəfindən Budda abidələrini dağıdılmasına oxşayır. Onlar ərazini betonlayaraq hərbi düşərgəyə çeviriblər. Əgər onların gizlətməyə gərəkən bir şeyi yoxsa, onda bizi yerini görməmizə imkan verməlidirlər»[13].

Hesaba alaraq ki, xarici qruplar tərəfindən ərazinin tədqiqini qadağan edib Amerika Elmin İnkişafı Assosiasiyası əldə edərək mədəni dəyərlərinin yox etmə faktını qiymətləndirmək üçün peyk görüntülərini təhlil edib. 2003-2009 illər peyk görüntülərinin qiymətləndirməsinə əsaslanaraq dərnək belə nəticəyə gəlib ki, hələ 2003 ildə Culfa qəbiristanlığında 15-16-cı əsrlərə aid olan xaçkarlar olubdur, 2009 il fotoşəkillərində isə bunların bir qismi yoxa çıxıbdı.

Müasir texnologiyalardan istifadə etməklə həyata keçirilmiş araşdırmalar təxmin etməyə imkan verir ki, xaçkarlar torpağı qazan xüsusi avadanlıq vasitəsilə daşınıbdırlar, sonra isə torpağın həmin hissələri hamarlanmışdır[14].

Beləliklə, 1998-2006 illər ərzində Azərbaycan ordusunun bölmələri Culfanın erməni qəbiristanlığını dağıtdılar (məhv etdilər), sonuncu Azərbaycan höküməti tərəfindən hərbi atış poliqonuna çevrildi.

Cinayət və beynəlxalq hüquq üzrə mütəxəssis Rafael Lemkin öz «İşğal olunmuş Avropada əsas səlahiyyətlərin idarə edilməsi» əsərində sadəcə etnik və ya dini grupun fiziki məhvini deyil, eləcə də milli, mənəvi mədəniyyətinin məhvini soyqırım kimi qiymətləndirir[15].

Culfanın xaçkarların dağıdılması, eləcə də Naxçıvanda erməni izinin tamamilə silinməsi mədəni soyqırımının açıq təzahürüdür. Əgər beynəlxalq insan haqları təşkilatları və beynəlxalq ictimaiyyəti sərt tədbirlər görməsələr, onda buna oxşar siyasətinin növbəti qurbanı erməni Artsax olabilr.

[1] 2010 ildə UNESCO xaçkarların tikintisi «İnsanlığın qeyri-maddi irsinin nümayəndə siyahısına» erməni mədəni abidəsi kimi daxil edib, bax, https://ich.unesco.org/en/RL/armenian-cross-art-symbolism-and-craftsmanship-of-khachkars-00434.

[2] Ayvazyan A., Culfanın dağıdılmış xaçkarların simfoniyası, Y., 2007, SAYFA 9.

[3] http://www.aravot.am/1998/12/04/784527/ Culfanın köhnə qəbiristanlığı.

[4] Ayvazyan A., Naxçıvanın litoqrafiya irsi, sayfa 5.

[5] Pickman S., Tragedy on the Araxes, archaelogy.org, June 30, 2006.

[6] IWPR staff in Nakhichevan, Baku and Yerevan (CRS No. 336 19-Apr-06), İWPR reporter confirms that there is nothing left of the celebrated stone crosses of Jugha.

[7] European Parliament resolution on cultural heritage in Azerbaijan, 16 February 2006, Strasbourg.

[8] 16th General Assembly of ICOMOS, Quebec, Canada, 30 September-4 October 2008 RESOLUTIONS OF THE GENERAL ASSEMBLY/

[9] IWPR staff in Nakhichevan, Baku and Yerevan (CRS No, 336, 19-Apr-06), IWPR reporter confirms that there is nothing left of the celebrated stone crosses of Jugha.

[10] Castle St., Azerbaijan flattened sacred Armenian site. The Independent, 30 May 2006.

[11] IWPR staff in Nakhichevan, Baku and Yerevan (CRS No, 336, 19-Apr-06).

[12] Castle St., Azerbaijan flattened sacred Armenian site, belfasttelegraph.co.uk, 30 May 2006.

[13] Tannock Ch., Azerbaijan “vandalised” sacred Armenian sites, The Independent, 30 May 2006.

[14] High-Resolution Satellite Imagery and the Destruction of Cultural Artifacts in Nakhchivan, Azerbaijan, American Association for the Advancement of Science (AAAS).

[15] Lemkin R., Axis Rule in Occupied Europe, Washington, 1944, sayfa 80-85.

Telegram kanalımıza abunə olun