2025

Agulis (Əylis) qırğınları (qətl), azərbaycanlı yazıçı Əkrəm Əylislinin həmin qırğınlara istinadı

Erməni Goğtan[1](Ordubad) əyalətinin inkişaf etmiş qəsəbələrindən Agulisin (Əylis) əhalisi 17-ci əsrində 8000 erməni ailəsindən ibarət idi. Burada 12 monastır və kilsə[2]fəaliyyət göstərirdi. Agulis də türk-tatar qırğınlarından və dağıntılarından kənarda qalmadı. Agulis ermənilərini hətta özlərinin neytral mövqe mənimsədiyini və yerli müsəlman hakimiyyətini qəbul etməyi qurtarmayıb. 1919 il dekabrın 24-25-də Agulisdə qırğınlar (qətl) baş verdi, Yuxarı və Aşağı Agulislərin erməni əhalisinin böyük əksəriyyəti qırğınlarının qurbanı oldu. Qarabağ-Zangezurun general-komissarı Sergey melik Yolçyan həmin günlərdə Ermənistan Respublikasının xarici işlər nazirinə teleqraf göndərib.«Təsdiqlənmiş əlavə məlumatlara əsasən Naxçıvanın və Ordubadın tatarları türk və azərbaycanlı zabitləri Xəlil bəy, Əlif bəy və digərlərin rəhbərliyi ilə Aşağı Agulisin qırğınından sonra Yuxarı Agulisin bütün erməni əhalisini vəhşicəsinə öldürüblər. Yuxarı Agulisdə 400 nəfər, Aşağı Agulisdə isə 1000 nəfər öldürülüb. Əhali tamamilə qırılıb, 20 gözəl qızdan başqa, sonuncular hədiyyə kimi zabitlərə paylanıblar. Zəngin Panyanın qızı Edif bəyə verilib. Həm Aşağı həm də Yuxarı Agulisin əhalisi tamamilə silahsız idi və özünü çox sadıq aparırdı, amma bu vəziyyət də onları qurtarmadı. Tatarların Goğtana ilərləməsi davam edilir. Goğtanın sakinlərinin qalıqlarının axını Meğriyə (Meqri) çəkilir».[3]

Qırğınların təfərrüatlarını Agulisdə anadan olan, Praqa və Tehran universitetlərinin Tarix elmləri, fəlsəfə doktoru, Agulis qırğınlarının (qətl) şahidi Hovhannes Haxnazaryan öz «Goğtan əyaləti, Agulisin və ətrafdakı kəndlərinin qətli (qırğını)» sənədli memuarında təsvir edib.[4]

Həmin qətllərə (qırğın) eləcə də Agulisdə anadan olmuş azərbaycanlı yazıçı Əkrəm Əylisli öz «Daşlı yuxular» romanında istinad edib. Orada o Agulis qətli (qırğın) və 1988 il, sonrakı Sumqayıt, Bakı ermənilərinin qırğınları arasında paralellər aparır. Müəllif həmin dövrdə ölkədəki daxili mənəvi və psixoloji vəziyyəti, ermənilərə qarşı kök salan milliyyətçi düşmənçiliyi haqqında azərbaycanlının ağzında eşitmə imkanını yaradır.[5]

Əlislinin romanının Agulis qırğınlarının təsvir hissəsi budur.«...o zaman Əylisdə hələ orta yaşlı insanlar da çox idi, sonuncular öz gözləri ilə Əylis ermənilərinin dəhşətli qırğını görüblər... Belə olubdur, Əylisin erməni əhalisinin heç nəyi əvvəlcədən təxmin etməməsi üçün Edif bəy 30-40 türk atlı ilə səhər tezdən həm ermənilərin həm də müsəlmanların bütün evlərini dolaşaraq bildiriblər ki, həmin gün atəşkəs elan ediləcəkdi, bunun üçün hamı filankəs erməninin həyətinə toplaşmalıydı. Məhz razılaşdırılmış yerdə camaat toplaşdı. Türk əsgərlər müsəlmanlara ermənilərdən aldığı silahlarını payladılar, sonuncuları isə həyətin müxtəlif tərəflərində düzüldülər. Anidən hardansa yüksək səsli əmr eşidildi «atəş» və hər tərəfdən ermənilər üzərinə həyəti əhətə edən türk əsgərlərinin güllələri dolu kimi yağdı. Çoxları dərhal hələk oldu son insana qədər sağ qalanlarının boğazları xəncərlə kəsildi ya da süngülədilər. Həyət və bağçada dəfn eləməyi mümkün olanlara quyu (qəbir) qazıb basdırdılar. Həyətdə və bağda yer tapmayanlarını yaxınlıqdakı evlərin tövlələrinə dolduraraq yandırıblar. Həmin gün hətta evdən çıxmağa cəsarət etməyən müsəlman qadınlar, sonradan baş verəni belə təsvir edirlərdi.«Bütün çaylarının suyu bir həftə boyunca qan içində qırmızı idi». Edif bəyin qarğa kimi qara atı var idiş Edif atın üstündə, evin darvazasının yanında idi. «Atəş» bağıraraq atı qamçılayıb çapdı. Və həmin güllələr yağışı yağdı, sanki göy parçalanırdı, yuxarıdan kül yağırdı. Dünya yaranandan bəri heç kimin eşitmədiyi qışqırığı yüksəldi. Həyətlərdəki bütün itlər birdən uladılar. Ağacların bütün qarğaları banladı. Qorxmuş sağsağanlar və göyərçinlər birdən kənddən yoxa çıxdılar gizlənmək üçün dağlardan o tərəfə uçdular. Sanki bütün cəhənnəm açıldı, günəş yer üzünə hardasa düşəcəkdi...».[6]

Roman 2012 il dekabr ayında rus «дружба народов» jurnalında nəşr olunub. O Azərbaycanda kütləvi hiddətə səbəb olub. Yazıçının evinin qarşısında etiraz aksiyaları təşkil olunub, kitabları açıq şəkildə yandırıldı, xəyanətdə ittiham ediblər. Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Əylisli 1988 ildə verildiyi «xalq yazıçısı» adından və prezident təqaüdündən məhrum edilib. «Müasir musavat» iqtidaryönlü partiyasının lideri partiyanın gənclər qanadının üzvlərinə min manat mükafatı qarşılığında qulağını kəsməyi tapşırıbdır.[7]Bu təqiblər ilə bağlı Əylisli deyib. «Mən başa düşürəm ki, əsərim həm Azərbaycan hakimiyyətinə həm də rəsmi ideologiyaya müəyyən problemlər yaratdı. Amma mən heç vaxt romanımın Azərbaycan xalqının ləyaqətinin alçaldılması ilə bağlı fikirlərlə razılaşmayacağam». İlham Əliyevə mürəciət edərək Əylisli əlavə edir.«Canab prezident iqtisadi islahatlarla birlikdə Azərbaycana eləcə də ideoloji islahatları lazımdır».[8]

Düzdür, müəllif bəzi tarixi qeyri-dəqiqliklərə yol verib, amma onun əsərinin sadəcə bədii deyil, eləcə də böyük ictimai-siyasi əhəmiyyəti var, çünki yazıçı yalan və saxta çərçivəsindən çıxmağa çalışıb.[9]

Beləliklə, türk-tatar soyqırımçı siyasətinə eləcə də Agulisin erməniləri qurban oldular. Erməni Agülis və Goğtan əyalətlərindən erməniləri məcburi köçürüblər. Həmin qırğınlar on illərlə hətta azərbaycanlılar arasında danışıldığına qədər qeyri-insani və qəddar idi. Əliyevin despotizm(diktator) rejimi və ermənilərə qarşı nifrətçilik siyasəti şəraitində Naxçıvanda və ümumiyyətlə Azərbaycan ərazisində ermənilərin varlığı, mədəni və iqtisadi inkişafı haqqında danışan insanlar var. Eyni vaxtda indiki Azərbaycan ərazisində yaşamış erməni əhalisinin məcburi köçürülməsinə, qətliamına və davamlı şəkildə erməni izinin silinməsinə səbəb olan qeyri-insani qəddarlıqları haqqında danışırlar.

[1] Goğtan əyaləti (indiki Naxçıvan Respublikasının Ordubad rayonu) qədim zamanlarından tarixi Ermənistanın tərkib hissəsi idi. Goğtan əyaləti erməni xalqının salnamələr, yazı və yazılar, mədəniyyətinin əhəmiyyətli yerlərindən biri idi. Tarixi hadisələri ilə zəngin rayon olub, burada Mesrop Maştots təbliğat fəaliyyəti göstərib. Müğənniləri ilə məşhur idi, eləcə də «Ginevet Goğtn» adı ilə tanınırdı, görkəmli qəsəbə və yaşayış məntəqələri ilə (Agulislər, Agulislər (Əylis), Tsğna (Çənnəb), Tanakert (Anaqut), Paraka (Parağa), Bist, Vanand, Giran, Qağakik, Vordvar (Ordubad) və s.). Əyalət eləcə də ipək istehsalı mərkəxi idi, memarlıq abidələri ilə zəngin idi, görkəmli nəsilləri və sülaləri var idi.

[2] Təfərrüatlara baxın, E.Lalayan, Naxçıvan vilayəti, A hissəsi, Goğtn, Ordubad polis rayonu, etnoqrafik jurnal, Tiflis, kitab 11-ci, 1904, 253-270 səhifəsi.

[3] «Yarac» (qabaq), Erməni İnqilabi Federasiyası rəsmi qəzet, Yerevan (İrəvan), 1920 il, yanvar 13.

[4] Goğtan əyaləti, Agulis və ətrafdakı kəndlərinin qətli (qırğın), Tehran, 1991.

[5]  https://www.historyofarmenia-am.armin.am/images/menus/1285/Ruben%20Meliqyan.pdf, R.Melkonyan, D.Karapetyan, Əkrəm Əylislinin «Daşlı yuxular» roman-rekviyemi.

[6]     https://web.archive.org/web/20200224083027/http://asbarez.com/arm/361187/, Əylis qətlin 100 illik ildönümü ərəfəsində.

[7]  https://armenpress.am/arm/news/754586.html,  «Daşlı yuxular» həqiqətə əsaslanan hekayələrdir, Əkrəm Əylisli.

[8]  https://www.azatutyun.am/a/27686174.html, Əkrəm Əylisli. «Azərbaycanın ideoloji islahatları ehtiyacı vardır».

[9]  https://www.historyofarmenia-am.armin.am/images/menus/1285/Ruben%20Meliqyan.pdf  R.Melkonyan, D.Karapetyan «Daşlı yuxular» roman-rekviyemi.

Telegram kanalımıza abunə olun