2026
2024-04-29
Aprel ayının 5-də Google earth xidməti Askeran və Şuşi rayonlarının peyk şəkillərini yenilədi. «Artsaxın mədəni irsinin monitorinqi» veb-sayt grupu qeyd edib ki, Azərbaycan Şuşi rayonunun Qarintak (Daşaltı) kəndini öz köhnə məhəllələri, bulaqları, mülki infrastrukturları və təbii mühiti ilə təməlli şəkildə dağıdıb.
Qarintak kəndi Artsax Respublikasının Şuşi rayonunun Şuşi şəhərində cənubda şaquli qayaların altında, Karkar çayının sol sahilində yerləşir.
Son illər ərzində dəfələrcə faktlarla Artsaxda Azərbaycan tərəfindən erməni tarixi-mədəni irsinin sistemli şəkildə məhv edilməsi və mənimsəməsi təsdiqlənib, bu yeni bir şey deyil.
Vandalizmin unikal təzahürü kimi Qarintak hadisəsi xüsusi «qəddarlığı» ilə xarakterizə olunur və təbiətcə simvolik görünür.
Məsələ ondadır ki, Qarintak özünü müdafiəsi Birinci Artsax müharibəsinin ilkin mərhələsinin diqqətəlayiq hadisələrindən biridir, nəticəsində Azərbaycan qüvvələri ciddi məğlubiyyətə uğradı. Qarintak görkəmli döyüşləri 1992 il yanvar ayının 26-da baş veriblər. Azərbaycan qüvvələri hücuma başladılar, amma erməni özünü müdafiə qüvvələrinin və kənd əhalisinin göstərdiyi müqavimət nəticəsində onlarla itki verərək məğlub olublar. Qarintak hücumuna rəhbərlik etmək üçün Bakıdan Şuşiyə Azərbaycan müdafiə naziri Tacəddin Mehdiyev gəlibdir, lakin məğlubiyyətdən sonra işdən çıxarıldı.
Qarintak kəndi azərbaycanlılar tərəfindən 2020 il noyabr ayının 4-də işğal olunub.