2026
2024-04-17
1917 il fevral inqilabı və oktyabr inqilabı Cənubi Qafqazın gəlişmələri öncəliklə regionun Rusiyadan ayrılmasına səbəb olan, ondan sonra 3 müstəqil dövlətin Ermənistan, Gürcüstan, Azərbaycanın yaranması müəyyənedici dönüş nöqtələrinə çevrildi.
Fevral inqilabı keçmiş Rusiya imperiyasının ərazisində Milli hərəkətlərinin canlandırmasına səbəb oldu. Bu prosesdən eləcə də Cənubi Qafqazın müsəlmanları kənarda qalmırdı. Monarxiyanın devrilməsi müsəlmanlara federal əsasında dövlət yaratmasına və müsəlmanların məskunlaşdığı ərazilərində muxtariyyətlərin yaradılması üçün fürsət kimi görünürdü. 1917 il may ayında həyata keçirilən Ümumrusiya Müsəlmanlar Konqresinin əsasında məhz bu yanaşma düşürdü. Fərq etdiyiniz kimi Rusiyanın İslam icmasında Cənubi Qafqaz daxil olmaqla hələ açıq separatizm və ya müstəqillik yoxdur.
Oktyabr inqilabından sonra vəziyyət dəyişdi. Həmin hadisədən sonra Cənubi Qafqazın siyasi həyatı üçün partiyalara və millətlərə görə qruplaşmaları xarakterik idi, sonuncu getdikcə münaqişələrə və maraqların toqquşmasına səbəb olaraq dərinləşirdi.
Bölgə müsəlmanları arasında separatizmin alovlanması həm Oktyabr inqilabı ilə keçmiş imperiyanın dağılması ilə, həm də Qafqaz cəbhəsində baş verən hadisələri ilə ayrılmaz şəkildə bağlıdır. 1917 il oktyabr ayının 26-da İkinci Ümumrusiya şurasının Konqresi birinci dünya müharibəsi Rusiya iştirakınıdayandırması haqqında sülh fərmanı qəbul etdi. 1917 il dekabrın 5-də Qafqaz cəbhəsində atəşkəs elan edildi. Cəbhə xətti sürət ilə dağılmağa başladı. Qafqazın gələcək taleyi 1918 il mart 3-də Rusiya və İttifaq Dövlətləri Osmanlı imperiyası daxil olmaqla imzalanmış Brest-Litovsk müqaviləsindən asılı idi. Müqavilə ilə faktiki olaraq Qərbi Ermənistanın ərazilərindən başqa Osmanlı imperiyasına, eləcə də Qars, Ərdəhan, Batum qaytarılırdı. Buna görə də Osmanlı imperiyası və Cənubi Qafqaz arasında Trabzonda baş verən danışıqlarında osmanlı tərəfi Cənubi Qafqaz nümayəndə heyətinə ya Rusiyanın bir hissəsi olaraq Brest-Litovsk müqaviləsini qəbul etməyi ya da sadə məntiqlə öz müstəqilliyini elan etməyi məcbur etməyə çalışırdı.
Faktiki olaraq Cənubi Qafqaz üzrə Osmanlı imperiyasının siyasəti sonuncunun Rusiyadan ayrılmasına gətirib çıxarırdı, bu da hərbi və diplomatik əməliyyatlarında osmanlıların əllərini azad edərdi. Osmanlı təzyiqi nəticəsində 1918 il aprel 9-da Cənubi Qafqaz Rusiyadan öz müstəqilliyini elan etdi. Ondan əvvəl Osmanlı qoşunları öz müstəqilliyini elan etdi. Ondan əvvəl Osmanlı qoşunları öz yürüşlərini başlayıbdılar. Bunun məqsədi Qərbi Ermənistanın ələ kəçirməyi idi, ondan sonra Şərqi Ermənistan ərazilərinə daxil olaraq Zaqafqazyanın müsəlmanlar ilə məskunlaşdığı ərazilərinə hərəkət etdiyi idi. Bununla osmanlılar Zaqafqazyada öz Türkçülük planlarını həyata keçirəcəklərdi. Həmin programında əlbəttə Cənubi Qafqazın müsəlmanlarına müəyyən yer ayrılmışdır. Osmanlılar üçün eləcə də Bakı neftinə sahib çıxması mühüm idi. Bu prespektiv bölgədəki müsəlmanlar liderləri üçün çox həyəcanlı idi, onlar öz növbəsində həm Cənubi Qafqaz Federal respublikasının həm də Zaqafqaziya seyminin bölünməsinə töhfə verirdilər. Gürcüstan da separatçı siyasət yürüdürdü, sonuncunun sponsorluğu öz üzərinə götürmək üçün Almaniya müraciət edibdir. Bu vəziyyətdə Zaqafqaziya Federal respublikasının hətta faktiki mövcudluğu qeyri-mümkün oldu, 1918 il may 28-də Gürcüstan öz müstəqilliyini elan etdi və həmin günlərində gürcü-alman imzalanan müqavilələri ilə ona qarşı alman protektoratı qanuni olaraq təsdiq edildi.
Növbəti gün may 27-də müsəlman müvəqqəti milli şurası yaradıldı, onu M.E. Rəsulzadə idarə edirdi, şuranın icraiyyə komitəsinin sədri isə F. Xan Xoyski idi. May 28-də Milli şurasının ilk iclasında aşağıda qeyd olunan 6 nöqtədən ibarət olan Azərbaycan istiqlal bəyannaməsi qəbul edildi
Sənəd altında H. bəy Ağayev, F. xan Xoyski, N. bəy Yusif bəy oğlu, C.bəy Hacınski, Ş. bəy Mustafa bəy Rüstəmbəyli, N. Nərimanbəyli, C. Yeganov, M. Mahmudov imzalayıblar. Daha sonra F. Xan Xoyski müvəqqəti hökümətinin tərkibini açıqladı.
Bu yeni rus inqilabının gətirdiyi anarxiyasının və Osmanlı ekspansionizminin birgə nəticəsidir. Hətta «Azərbaycan» ad özü də hansı məqsədi olduğunu göstərir. İranın şimalıdakı tarixi Atropatena-Azərbaycan əyalətinin adının Bakı və keçmiş Gəncə quberniyası ərazisinə yayılması «tarixi» qanuni nizamından məhrum olduğuna baxmayaraq Osmanlı İmperiyasına genişmiqyaslı geosiyasi manevr həyata keçirməyə icazə verirdi, yəni Azərbaycanların birləşdirmə şüarları ilə İranın şimal-qərbini ələ keçirmək, bütün İranı nəzarət altına almaq. Tarixi qanuni nizamını qoruma baxımından geosiyasi və etnoqrafik çaşqınlıq ilə yeni yaradılmış bu dövləti Arran-Şirvan respublikası adlandırmaq olar, amma həmin ad Müsavat hakimiyyətinin ambisiyalarından daha təvazökar sərhədləri güman edərdi.